/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » 12 Şəhrivər bəyannaməsinin 71-ci il dönümüdür

12 Şəhrivər bəyannaməsinin 71-ci il dönümüdür

OğuzTV:Bu gün Azərbaycan Demokrat Firqəsinin, 1945-ci ildə təsisini elan edən 12 Şəhrivər bəyannaməsinin(2 sentyabr ) 71-ci ildönümüdür.

12 Şəhrivər bəyənnaməsi İran adlanan yerin tarixinin 1325-ci il Şəhrivər ayının 12-nə yəni miladi tarixlə 1945-ci ilin sentyabr ayının 2-nə təsadüf edir.İran işğalində olan GüneyAzərbaycanlılarının tarixindəki bu mühüm milli hadisədir.

Azərbaycan parçalanmasınından və qacarların yıxılışından bəri , Azərbaycanda milli-siyasi hərəkatların təcrübəsi çox olduğundan Azərbaycan xalqında İran işğalçılığına və Rzaşah diktatorası dövrünün törətdiyi fəsadlara qarşı mübarizə əzmi daha da yüksək idi.

Bu istiqamətdə Seyyid Cəfər Pişəvərinin rəhbərliyi altında mütərəqqi və azadlıqsevər qüvvələr qərara gəldilər ki, bu məntəqədə bir daha azadlıq bayrağını dalğalandırsınlar. Səttərxan və şeyx Məhəmməd Xiyabani davamcıları 1324-cü il şəhrivərin 12-də(3 sentyab 1945) xalqın istək və arzularını gerçəkləşdirmək üçün bir yerə toplaşıb təşkilat yaraqtmağa qərar verdilər. Bu yığıncaq 12 Şəhrivər müraciətnaməsinin nəşri ilə nəticələndi. Demək olar ki, 12 Şəhrivər müraciətnaməsi ümumi şəkildə 12 maddədə Azərbaycan xalqının istək və arzularını bəyan edirdi. Azərbaycan xalqının və ölkənin demokratik qüvvələrinin əksəriyyəti bu müraciətnamə müdafiə etdilər.

Müraciətnamənin nəşri mərkəzi dövlətin məmurları və fars irticaçı qüvvələr tərəfindən mənfi qarşıladı, bu bəyanat öz məqsədinə çatmasın deyə onlar hər cür pozuçuluq fəaliyyətinə əl atdılar. Lakin buna baxmayaraq bir ay çəkmədən, yəni ilin mehr ayında 247 nümayəndədən ibarət Azərbaycan Demokrat Firqəsinin ilk qurultayı Təbrizin Firdövsi salonunda təşkil olundu. Qurultay geniş müzakirədən sonra Azərbaycan Demokrat Firqəsinin nizamnamə və proqramını təsdiq etdi. Həmçinin qurultayda 41 nəfərdən ibarət mərkəzi komitənin üzvlərini seçildi. S.C.Pişəvəri ADF-nin sədri seçildi.

Beləliklə 1324-cü il azər ayının 21-də(12 dekabr 19450) Azərbaycan Milli Hökuməti rəsmi şəkildə öz işinə başladı. Azərbaycan Milli Hökuməti mərkəzin bütün pozuçuluq fəaliyyətlərinə baxmayaraq qısa müddət ərzində Azərbaycanda iqtisadi, ictimai və mədəni sahələrdə çoxlu islahatlar həyata keçirtdi .

 

Comments,Baxışınız
oguz gif telegram