/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 13 sentyabr (12,Şəhrivər)Şeyx Xiyabaninin şəhid düşməsinin 98-inci il dönümüdür
OğuzTV:14 sentyabr 1920(12 Şəhrivər 1299) Milli dövlət qurucusu ,Millət vəkili ,Milli Mucahisd Şeyx Xiyabaninin şəhid düşməsinin il dönümüdür شهریور آی نین ۲۲ - جی گونو ، آزربایجانین,ميللي موجاهيدي، قورخماز میللت وکیلی ,آزادلیق جارچیسی و ميللي دؤولت قوروجوسو ، شیخ محمد خیابانی نین شهادتینین ایل دؤنومودور.

13 sentyabr (12,Şəhrivər)Şeyx Xiyabaninin şəhid düşməsinin 98-inci il dönümüdür

OğuzTV:13sentyabr 1920(12 Şəhrivər 1299) Milli dövlət qurucusu ,Millət vəkili ,Milli Mucahisd Şeyx Xiyabaninin şəhid düşməsinin il dönümüdür.

Şeyx Məhəmməd Xiyabani 1879-cu ildə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur. O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlmişdir. Bundan əlavə, Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəmiş, kəlam – islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim olmuşdur.

Şeyx Məhəmməd Xiyabani fəsahətli və gözəl danışığı ilə Təbriz əhalisinin hüsn – rəğbətini qazanmış, Təbrizdə məşhur ruhani və inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim xan məscidində imam və vaiz olmuşdur.

Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq, Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: “Haqqı verməzlər, haqqı almaq lazımdır”.

Həqiqətdə Xiyabani minbəri azadlıq və demokratiyanı yaymaq üçün təbliğat kürsüsünə çevirmişdir. 1907-1911-ci illərdə Xiyabani Qacar totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş Səttarxanla və mücahidlər sırasında mübarizə aparmışdır.

İctimaiyyun-amiyyun sosial-demokrat partiyası onun elmi və ictimai cəhətdən yüksək dərəcəyə malik olmasını dərk edərək, Azərbaycan əyalət əncüməninə üzv seçmişdir. Xiyabani Azərbaycan tarixində ən ağır və böhranlı zamanda inqilabi hərəkata qoşulmuş, həm daxili irticaçı qüvvələr, həm də xarici dövlətlər: Rusiya, İngiltərə, Almaniya  dövlətləri əleyhinə fəal mübarizə aparmışdır. O, Güney Azərbaycan tarixində ilk dəfə Demokrat Firqəsini və demokratik rejimi yaratmışdır. Hətta, xarici tarixçilərin fikrincə, onun başçılıq etdiyi demokrat rejimi dövründə, qısa olsa da, Təbriz əhalisi bu kimi rifah və əmin-amanlıq görmüşdür.

Xiyabani 2-ci Məclis dövründə vəkil olduğu zaman Tehranda təşkil edilmiş iran Demokrat Partiyasının üzvü olmuşdur. Xiyabani Təbrizə qayıtdıqdan sonra Təbrizdə Güney Azərbaycan Demokrat Partiyasını (firqəsi )təşkil etmiş və gizli fəaliyyətə başlamışdır.

1917-ci ildə Rusiyada inqilab olan zaman Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə başlamış, 1917-ci il aprelin 9-da “Təcəddüd” qəzetinin ilk sayı nəşr edilmiş və aprelin 30-da Xiyabaninin “Həqiqət nur saçacaqdır” başlığı ilə ilk məqaləsi çıxmışdır. Orada o deyirdi: “Artıq məşrutə qanunlarını icra etmək vaxtı gəlib çatmışdır. Həqiqəti açıq demək lazımdı”.
 
Xiyabaninin 2-ci məqaləsində deyilirdi: “Dünyada ən mürtəce və totalitar dövlət olan çar rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına alınmış məşrutə qanununu qoruyub icra etməlidir”. Xiyabani məşrutə qanununa uyğun seçkilərin həyata keçirilməsini tələb edirdi. Uzunmüddətli böhrandan sonra üçüncü məclisə İranın digər nöqtələrindən vəkillər seçilmiş, lakin Azərbaycanda hakim olan Eynüd Dövlə və mürtəce dairələr seçkilərdə təxribat törədərək, seçki vərəqələrini cırmışdır.
Buna görə də Məclisin bu dövründə Azərbaycan vəkilləri iştirak etməmiş, Məclisin 3-cü dövrü ancaq 39 gün davam edib, uzun sürən böhran dövrü başlanmışdır. Xarici dövlətlərin əlaltısı olan Rzazadə kimi provokatorlar məşrutə və Azərbaycan Demokrat Firqəsi əleyhinə təşəbbüs yeritməyə başladılar. 1918-ci ildə Azərbaycan Demokrat Firqəsi olduqca mürəkkəb vəziyyətdə fəaliyyətini davam etdirdi. O zaman rus qoşunları inqilab nəticəsində Qacar emperyasının ərazilərindən çıxarıldılar. Ruslar boşaldan yerləri ingilis qoşunları tutdular.

Rizazadə kimi ingilis casusları Təbrizə göndərildi. Digər tərəfdən, Almaniya və fransa Azərbaycana soxuldular. Bundan əlavə,bu qüvvələr Azərbaycanın batısında özəliklədə Urmiyada kürd ,aysor və erməni silahlı dəstələri yaradıb və bunlar bölgəni türklərdən təmizləməklə yanaşı bütün şəhəri və bazarı və türk izlərini yandırdılar.

1919-cu ildə ingilislərlə Vüsuqüddövlə arasında 1907-ci il müqaviləsini əvəz edən bir müqavilə bağlandı. Azərbaycan Demokrat Firqəsi bu müqavilə əleyhinə kəskin mübarizəyə başlayıb, bəyannamə nəşr etdi.
Bəyannamədə deyilirdi: “İran dövlət başçıları məşrutə qanunlarını ləğv edirlər, xalqın tələbatını qəbul etmirlər”. Bəyannamədə xəbərdarlıq edilir ki, biz qiyam odunu bütün İranda alovlandıracağıq. Azərbaycan Demokrat Firqəsi daha kəskin taktika qəbul edərək Tehran hökumətinə qarşı daha ciddi mübarizəyə başladı. Nəticədə Tehrandan Təbrizə göndərilmiş Biorink və yoldaşları geri qaytarıldı. Təbriz hakiminin müavini Əminülmülk və maliyyə rəisi Tərcümanüddövlə Azərbaycandan gedib, Demokrat Firqəsi tərəfindən inanılmış, pak şəxsiyyət təyin edildi


1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edildi. Mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha gücləndirməyə çağırdılar. Bu mitinqdə iştirak edənlər təklif etdilər: “Azərbaycan bütün tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olmuşdur. Bu münasibətə görə də onun Azərbaycanın qurduğu dövlətin adı   “Azadistan” (azadlıq sevən) adlanması daha düzgündür”. Bu təklif mitinq iştirakçıları tərəfindən qəbul edilmişdir.
 
Bu mitinqdən sonra qiyam hərəkatı Azərbaycanın digər şəhərlərinə: Zəncan, Marağa, Miyanə, Əhər, Xoy və daha sonra Ərdəbilə də yayıldı. 1920-ci il 22 iyunda Azərbaycan Demokrat Firqəsi ümumi səslə milli hökumətin quruluşu haqqında qərar qəbul etdi və Şeyx Məhəmməd Xiyabani milli hökumətin sədri seçildi. 1920-ci il iyunun 22-də hökumət başçısı kimi Xiyabani Alaqapıya köçdü. Bu, Güney Azərbaycan tarixində yaranmış ilk demokratik milli hökumət idi.

Xiyabani Alaqapıda milli hökumət başçısı olduqda az müddətdə Təbrizdə bir çox islahatlar aparmağa başladı. O cümlədən: jandarm təşkilatını genişləndirərək öz başçılığı ilə yerli Azərbaycan türklərindən Milli Qvardiya yaratdı. Məşhur azərbaycanlı maarifpərvər Əbülqasım Füyuzatı maarif rəisi təyin etdi. “Məhəmmədiyyə” və “Hikmət” adlı iki qadın məktəbi açdı.

Məktəblərdə təhsilin Azərbaycan dilində keçilməsinə göstəriş verdi. Məktəblərdə Azərbaycan dilində öyrənməyə göstəriş verdi. Tehrandan göndərilmiş maliyyə rəisi və hakim müavini Tehrana qaytarılıb yerinə yeni şəxslər təyin edildi. Xiyabani Azərbaycanda əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər Xiyabani milli hökumətin başçısı olduğu zaman əyalətdəki yüksək dərəcədə olan əmin-amanlıq haqqında danışırdılar. Bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı. Şeyx Məhəmməd Xiyabani öz xalqına və vətəninə vurğun idi. O, Azərbaycan türk xalqının azadlığı və rifahla yaşaması uğrunda canını qurban verdi.O Azərbaycanın ərazi bütövlüğünə və onun milli bağımsızlığına çox əhməiyət verirdi.O mitinglərinin sonun hərzaman “Öz əlimiz Öz Başımız Yaşasın İstiqlalımız ” kimi şüarlar səsləndirirdi.

“And Olsun Şərəfimə İstiqlali Olmayan Millətin Heç nəsi yoxdur” deyən Şeyx Məhəmməd Xiyabani hələdə Azərbaycan xalqı tərəfindən sevilir.
Onun ölümü haqqındda onun ən yaxın dostu Hacı Şeyx Həsənəli Miyanəçinin nəvəsi belə nağıl edirdi: “Müxbirüssəltənə və ingiltereye bağlı olan Riza xan qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi Bağır xan Salarimillinin  damadi Mirzə Hüseyn xan Haşimini (sərtib Haşimi və riza xana bağlı olan biri) və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum etməyi əmr etmiş və Xiyabaninin ölüsünü, ya dirisini onun yanına gətirməyi istəmişdir. Onlar belə bir vaxtdan istifadə etmişlər ki, jandarm və hərbi qüvvələrin çoxu Qaradağda Əmir Ərşədlə müharibəyə göndərilmişdir və Təbrizdə hərbi qüvvələr yoxdur. Kazaklar Alaqapıya hücum etdikdə Xiyabani gizlənməyə məcbur olmuş və evinə gəlmişdir.

Xiyabaninin yaxın dostlarından biri Sərtibzadə “mən gəlməyincə evdən çıxma” demişdir. Lakin o gəlməmişdir. Xiyabani dörd saat evdə gözlədikdən sonra evdən getməyi qərara almışdır”.

Onun Höküməti həftənin birinci günü 13 sentyabr 1920(12 Şəhrivər 1299) arxadan zərbə yiyərək 3 saat içərisində köçürüldü və Azərbaycan Tekrar Qazaqların kontroluna(Rza palanni və ingiltere dəstəsinin) keçirildi.Xiyabanı neçə güllə ilə öldürlərək şəhid düşübvə Haşimi tərəfindən onun cəsədi saatlarca Təbriz xiyabanlarında gəzdirilib.
Ruhu Şad Yolu Dəvamli olsun

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture