/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » AVROPALAŞAQ, MODERNLƏŞƏK , YOXSA  ÖZLƏŞİB  TÜRKLƏŞƏK ?-Aynur Talıblı.

AVROPALAŞAQ, MODERNLƏŞƏK , YOXSA  ÖZLƏŞİB  TÜRKLƏŞƏK ?-Aynur Talıblı.

OğuzTV: Siz də ,mən də  tez- tez bu ifadələri  eşidirik  “avropalaşmaq ” ve  ” modernleşmek”. Bu kimə ?, nəyə? , nə üçün? lazımdır.  Ümumilikdə bu anlayış nədir ? və  toplumda necə? anlaşılır. Digər tərəfdən ” Türkləşmək” yeni  ” özləşmək” , özümüzə dönmək bizə  ” ne qazandırar?”  və həyatımızı ” necə deyişer ?” kimi suallara cavab tapmağa çalışacağam bu yazımda.Bu cavabları araşdırarkən Avropanın öz yazarlarının, düşünürlərinin yazılarına ve düşüncələrinə müraciət edəcəyəm.  Öncəliklə ” modernləşmə” necə  meydana gəldi ?

 

sualına cavab tapaq ve anlamı ilə əlaqədar fikirlərə diqqət yetirək:  
  Sözlük anlamı  çağdaşlaşmaq, yeniləşmək, əsrileşmek  yəni  yüzilə uyğunlaşmaq  olan “modernləşmə” (1), geri qalmış bir mədəniyyətin irəli  səviyyədəki  mədəniyyətə (uyqarlığa) yetişə bilmək üçün göstərdiyi cabaların, səylərin ortak adıdır. (2) Bu özlüyündə xarici təsirlərlə  meydana gələn toplumsal dəyişiklik sürəsidir (3).Milatdan sonra 5. yüzildə xristianlığı rəsmən qəbul edən Roma yeni dönəmi, köhnə Pagan dönəmindən ayırmaq üçün istifadə etdiyi ”modern” kəlməsi kökən olaraq latınca olan ”modernus ”dan gəlməkdədir(4). Qeyd edək ki, bəhs etdiyimiz dönəmə qədər  eyni Avropa Hz İsaya ,xiristianlığa qarşı çıxmış savaşmışdır. Hz İsanı qətl etmişdir.

Sonrasında orta çağlardan yeni çağlara keçən Avropanın yeni bir anlayışı,yeni başdan doğuş süresini ifade etmək üçün  istifade etdiyi ” modern anlayışı”,Qerbin-Avropanın tarixsəl zaman dilimi içərisində özünə xas  inkişaf təcrübesini  ifadə etmişdir. İlk dəfə Hengel tərəfindən istifadə edilən ” modern”  sözcüyünün Avropa qitəsini əhatə etməsi bunun bir göstərgəsidir, sübutudur.(5). Demək bu özü ” modern” dən törəyən  modernite termini  Avropada bəlli bir  dönəmdə yaşanan  böyük  köklü dəyişkliklərin qarşılığıdır  və bəhs etdiyimiz zaman diliminin  fərqliliklərini  ifade etmək üçün istifadə edilir.(6).
  Öncədən qeyd etdiyimiz kimi Avropanın orta cağdan , yeni çağa keçərken ” moderleşmə” deyə adlandırdığı bu dönəm nə üçün önəmlidir.? _ Orta cağ _  ,qövümlərin böyük köçü ile başlar və 1453 – cü ildə Fatih Sultan Məhmədin İstanbulu fəthi ilə sona çatır._ Yeni Çağ _isə 1453-cü il İstanbulun fəthi ile başlayır   və Fransız inqilabı ilə 1789- cu ildə sona catır.  Bu dövürlər  sözün əsl mənasında Avropanın rəzillik , gericilik və  natəmizliydən əmələ gələn yoluxucu xəstəliklərlə dolu olan tarixidir . Öncəliklə avropalıların orta çağ yaşamına,  mədəniyyətinə nəzər yetirsək “modernləşməyə ” nə qədər çox ehtiyacları olduğunu anlayarıq.

Halhazırda özlərini mədəniyyətin beşiyi zənn edən avropalıların keçmişləri heç də ürey açıcı deyil.  Onlar sözün əsl mənasında mədəniyyəti geyimi, təmizliyi ,elmi müsəlmanlardan, Türklərdən öyrənmişlər. Onlar daima sömürgəçilik siyasəti yeritmişlər .Bununla yanaşı nə gigiyenik , ne de elmi bilgilere malik olmayan Avropalılar  kilsenin ,kralın və feodal bəylərin köləsi kimi həyatlarına davam edirdilər.   
 Bu dönəm Avropasında  yuyunmamaq  modaydı və kilsə də yuyunmağı qadağan edən əmrlər verirdi.  Hətta o vaxtlar yuyunmağı əxlaqsızlıq olaraq görürdülər. O zamanlar vəba ,tifüs firəngi kimi xəstəliklər yaygınlaşdı. Firengi xəstəliyi Fransadan bütün Avropaya yayılmışdı.Zatən firəngi sözünün kökü, o dönəm firəng adlanan fransizlardan gəlir. 16. yüz ilin ortalarına qədər Avropa xalqı yuyunmağı tamamən unutdu. Onlar sadəcə  əllərini ,ağızlarını  yuyurdular . Çox az qisim elit təbəqə ildə bir və ya iki dəfə yuyunardı. Örnək olaraq  İspanya kralıçəsi 1. Isabel  (1451-1504) həyatında iki dəfə yuyunmuşdur birincisi evlənərkən ikincisi doğum etdikden sonra.bu Isabel ne sebebdendir bilinməz o zaman aldığı qərarla Xiristian olmayanlara çox təyziq göstərmiş və 200 min İspanı ölkəsinin kənarına sürgün etdirmişdir.

Bu kraliçə kimi ildə iki dəfə yuyunmaq ”mədəniyyətinə” sahib olar Fransız Kralı XIV. Louisdir. Fransanı ziyarət edən bir rus elçisi  dönüşündə yazdığı qeydlərdə XIV. Louisin vəhşi heyvan kimi qoxduğunu qeyd edir. Bu səbəbdən  də  səyyah avropa tərəfindən  bir daha qəbul edilməmiş və sərt tərzdə xəbərdarlıq edilmişdir. Ruslar da onlardan geri qalmırdı ən azından  ayda bir dəfə təmizlənirdilər. O dövürlərdə Avropa saraylarının necə qoxduğunu siz təsəvvür edin. Bu bərbad qoxunun qarşısını almaq üçün ətirlər kəşf etdilər.Bu gün utanmadan fəxr etdikləri Fransız ətirlərinin yaranma səbəbini hərdən fransızlar xatırlasalar pis olmazdı! (7). 
”Yamyamlığın  yalnız Afrikaya aid olduğunu zənn edənlər ola bilər ama yanılırlar. Həqiqi yamyalar avropalılardır.” Bu sözlər mənə deyil, bu yaxınlarda  ”Mumyalar,Yamyamlar ve Vampirlər ”adlı kitabı ilə Avropa və Amerikada  dava dalaşa səbəb olan Durham Üniversitetinin müəllimlərindən Dr. Richard Sugg’a aiddir. Sugg’un fikirlərinə görə avropada kökü qədimə  dayanan bir yamyamlığ, yəni insan əti,qanı,sümüyü və.s tükətmək adəti var və bu adət təkçə orta çağa aid deyildir. Bizim guya ”aydınlanma dövrü” dediyimiz  18. yüzildə belə bu adət var idi.

Dahası sadəcə fakir, kasıb süfrələrində deyil möhtəşəm saraylarda, yemək masalarında da  qafatası tozu  ve ya mumya parçalarına rastlana bilinirdi.”Geo” dərgisi,jurnalı keçən sayılarından birində bu anormal halın gizli bəlgələrini açtı və yamyamlığın” Avropanın qaranlığ  sirri” olduğunu ifşa etdi. Ancaq nedənsə Türkiyədə və Azərbaycanda Avropa sevərlər bu gizli bəlgələrin açıldığından xebərsiz oldular və bu gərçəyləri görməzdən gəldilər. Həm də Avropanın biz Türkləri qətliam edən elan etdiyi,barbarlıqla suçladığı bir zamanda bu vəhşiliyin görməzdən gəlinməsi həqiqətən normal deyil. Yamyamlığı başqa irqlərə aid edən Avropaya bu bəlgələrin işığında baxıldığında yamyamlığın ən uzun zaman yaşandığı qitə halına gəldiyi görünür. Bu baxımdan özünü aydınlanma mərkəzi görən Avropaya qarşı Suggun kitabını ,həm də “Geo”nun xəbərini gündəmə gətirməyin tam zamanı deyə düşünürəm.

Özləri yamyamlığa davam etdiyi halda karikaturalarında hər zaman” bəyazları bir qazanda bişirən Afrikalı yamyamlar” imajını  tez- tez tekrar edirlər. Onu da qeyd etmək istərdim ki,  19. yüzilin Danimarkasinda  belə başı kəsilən məhkumların altında əllərində qablarlan  gözləyən insanlari görə bilərsiniz. Özəlliklə idam edilən məhkum gəncsə ondan axacaq qanın sarılıq xəstəliyini tədav,müalicə edəcəyi düşünülürdü. İşin qəribə tərəfi, bu adət 19.yüzilin ortalarina qədər davam etmişdir.Hətta idam edilən məhkumun qanını içən adamın ağzını sildiyi  dəsmal belə əldən ələ gəzərək şəfa umulurdu.(Sugg,səhifə 81). Məzar açmaq,”tibbi yamyamlıq”  da avropalıların adəti idi. Belə ki, 15.yüzildə Papa VIII.İnnocent ölüm döşəyindəykən  aldatılaraq öldürülən 3 gənç qurbanının  qanı içirilmiş və şəfa tapacağı umulmuşdu.

Ancaq  bu tədavi işə yaramadı və  Papa 25 iyulda həyatını itirdi.Bu hal sadəcə papazlar və xalq arasında deyil, anli şanli Avropa saraylarında da geçərli idi.Bele ki. Qanuni Sultan Süleymanin “Sən ki, Fransa Kralı Françeskosun ” deyə xitab etdiyi I.François,yanında kiçik mumya parçasi daşıyırdı.Bu arada Bilimsəl Devrimin filosofu olaraq deyərləndirilən Francis Bacon da mumya  parçasının qanı durdurmaya yararlı bir derman olduğuna inanmışdır.İngiltərə kralı II. Charles”ə ölüm döşəyində bol-bol qafatası tozu içirilmişdi ki, guya acılarını dindirəcəymiş. Zatən İngiltərədə Stuart xənadanının xüsusi marağlandırırdı “cəsət tibbi”.
 Sözün qısası” modern”,”modernləşən”Avropada 200 il boyunca zəngin olsun,təhsilli və ya cahil heç fərqetməz, hərkəs az vəya çox dərəcədə olaraq yamyamlıq etdiyini yazir Richard Sugg. Bu halda kim həqiqətən yamyam və barbardı? deye Avrupalılara sual etmək lazımdır . Yabani və ilkər deye küstahcasına adlandırdığı bizlərmi, yoxsa bu işi  kitablara mövzu olacaq qədər edən Avropalilarmı?

Bunuda qeyd edək ki,genc insanların edam edilməsi  xəstələr üçün şəfa umudu idi.Ünlü tibb adami Paracelsusun öyrəncisi kimyacı Johann Schroeder, ölü bədənin nece bir həyat iksiri halına gələbiləcəyini bu sözlərlə belə ifadə edir:”cinayət sırasında ölmüş 24 yaşında qara dərili birinin cəsədini birgecə ay ışığında gözlədilməlidir.Beləcə qoxusu,tustulənmiş bir ət kimi olur.” Nəyə görə qara dərili biri tərcih edilir ? deye düşünə bilərsiniz. Bunun səbəbi avropalılar qara dərililəri insan hesab etmir heyvan kimi dəyərləndirirlər .Günümüzdə Avropada yaşayan Afrikalıların avropalılar tərəfindən heyvan kimi ovlananıb köle olaraq istifade edilen insanların nəvələri olduğunu da unutmayaq. Daha yeni 22.01.2017 tarixinde Avropada siyah derililərə  təyziq edilir ve fudbol meydanında “meymun” deyə təhqir edilirlər.(8).
Image result for turan mapƏn qədim tuvaletlərə, milatdan öncə 40000 li illərdə Mezopatamiyada rastlanir.Avropalıların bəyənmədiyi və ötəkiləşdirdiyi Hindistanda ,Suriyada və digər irqlərdə biz türklərdə olduğu kimi tuvalet mədəniyyəti qədimdən vardır. Hətta Misirdə Firavunların məzarlarına tuvalet və hamam otağı əlavə edilmişdir.Türkiyədə, Van şəhərində milatdan öncə 8. yüzilə aid tuvalet qalıntısı tapılmışdır ki,bu bu gün istifadə edilən tualevlərə bənzərdir.Ama Avropaya baxdığımız zaman onlarda bu mədəniyyətində olmadığını açıq görürük .

Məsələn, Herodotun yaşadığı o parlaq dövrdə yunanlilar tuvalet nədir bilməzlərdir.Hər kəs gecə küçə aralarında işini həll edərmiş. Tarixçilər bir məkan olaraq tuvaletin ,Şərqdən Qərbə geçdiyindən həmfikirdilər. Ama bu keçiş yüzillər sürmüşdür.Avropada görülən xəstəliklərin də başlıca səbəblərindən biri budur. Məsələn 1388 -ci ildə İngiltərə Kralı II. Richard göl və dərələrin tuvalet yerinə istifadəsini qadağan etmiş ama bu işi harda etmək gərəkdiyini qeyd etməyi unutmuşdur.Zavalli xalq da nə etsin çözümü küçə aralarinda və evlərindəki pislikləri pəncərədən atmağda görmüşlər. .Fransada da vəziyyət eynidir.bunun üçündə qeyd etdiyimiz kimi paris ətirləri kəşf edildi. 
  Osmanlı Türk imperatorluğunun ilk Paris elçisi Yirmi Sekiz Mehmed Çelebi xatiratlarinda fransızlarin kişi və qadin fərq etməz su kimi parfum istifadə etdiyini qeyd edir.Ancaq  çevrədən   və fransızların vücudundan gələn pis qoxuyla parfum  birləşdiyində daha da bərbad qoxduqlarını və pis qoxularını heç bir  parfum,ətir cinsiylə qapata bilməyəcəklərini qeyd edir.

Çələbi vətənə döndüyündə ayağının tozu ilə “Türkçə deyimlər” sözlüyünə yeni bir ifadə hədiyyə edər ki, bu “üzerinə tüy dikmək” yəni ” üzərinə tük əkmək” ifadəsidir. Bu ifadəni xətanın xəta ilə təlafe edilməsinə qarışılığ olaraq istifade edilir. Bu ifadənin necə meydana gəldiyini sizlərlə bölüşəcəm.Fransada Versay sarayinda” tüy tikmek” yəni” tük” əkmək metodu bele idi,koridorlarin köşələrinə nəcislərini edən fransiz krallarının nəcisləri xizmətçilər tərəfindən təmizlənmədən öncə üzərinə bir qaz tükü elave edərlərmiş və quruduğu zaman o tükdən tutub  pisliyi pəncərədən küçəyə atarlarmış.Bu da beləcə  “üzərinə tük əkmək” olaraq dilə daxil oldu.
Avropanın təmizliyi və tuvalet mədəniyyətinin önəmini anlaması çox yenidir. Binalar  yüksəldikçə tuvalet problemi dert oldu və nəticədə “sifon”un binalara bir təmizlik aracı olarq  girməsi ilə su təsisatçılığı başlayar. Avropa şəhərlərində modern su təsisatları, kanlizasiyon sistemi , ancaq 19. yüzilin sonlarına doğru quruldu.(9).
 Avropalılar elm sahəsində də hər şeyi Müsəlmanlardan,Türklərdən öyrənmişdir.Məsələn, Astranomiyanı müsəlmanlardan öyrənmişlər ki, ulduzlarin adıda ərəbcədən gəlir. Aldebaran (avropa dillerində) -al-Dabaran(ərəbcə),Algenib(avropa dillərində)- al-Cənub( ərəbcə),Altair(avropa dillərində)-al-Tayr(ərəbcə).
XI.yüzildə Bağdadda böyük bir rəsədxana qurulmuşdur.Timuroğullarından Türk Xaqani Uluğ bəy (1394-1449) eyni zamanda dünyanin ən böyük riyaziyyat ve astranomiya bilgələrindəndir. Uluğ bəy illərcə Səmərqənddə rəsədxananın başında durmuş,etdiyi araşdırmalarla qədim yunana bilgələrinin və daha sonra isə ilk ərəb Astranomlarının səhvlərini düzəldərək bugün ki, Astranomiyanin təməlini qoymuşdur.
Bu gün Avropa qitəsinin X.Columb tərəfindən kəşf edildiyi söylənsə də ,ondan çox uzun illər öncə dünyaca ünlü dənizçi səyyah Piri Rəisin əli ilə çizdiyi xəritədə bu günkü texnalogiyanin ancaq uydu  fotolarında görə biləcəyi ayrıntıların olduğunu unutmamalıyıq.Bu arada böyük Türk bilgini İBN Sina  həkimliyin ,tibbin qurucusudur. Onun “El-Şifa”,El-Necat”,El-Kanun -Fit -Tib” kimi əsərləri bütün Avropa Universitetlerində XVII. yüzilin sonlarına  qədər oxudulmuşdur.(10)
 Türk-İslam dünyasında ortaya çıxmış elm və öyrətim qurumu,ocağıda mədrəsədir. Bu günün universitetləridə mədrəsədən ilham alaraq yaradılmışdır .Fəqət universitetləri avropalıların qurduğu deyilsədə ,İslam dünyasinda ilk yüksək öyrətim müəssəsi XI. yüzilin ortalarında rəsmi bir bəlgəylə ortaya çıxan mədrəsə sistemi Səlcuklu Türlərinin əsəridir.Ayrıca bu öğrətim sisteminin Səlçuklu öncəsində bir inkişaf sürəsi keçdiyini və bu hazırlığ dönemində də Xorasan və Maveraün nəhri və ya Kaşğarli Mahmudun ifadəsi ilə Çayardi bölgəsinin yəni nüfusunun heç deyilsə bir qismi və hər halda böyük bir qismi Türk olan coğrafi çevrələrin və Qaraxanlılar ,Qəznəvilər böyük payı olduğu görünməkdədir. Beləcə İslam Dünyasının yüksək öyrətim,təhsil qurumu olan mədrəsə də həmən həmən bütünü ilə Türklərin bir əsəri,İslam Dünyasinin kültür və mədəniyyətinə Türklərin önəmli bir qatqısı olaraq qarşımıza çəxmaqdadır.(11)

Xaçlı  səfərlərində də müsəlmanlardan yuyunmağı,yemək mədəniyyətini,seramik sənətini və bir çox şey öyrənmişdir avropalılar.Elm,bilim,mədəniyyət.texnalogiya ve.s bir çox şeyi bu gün bəyənmədikləri  hətta barbar ,gerici adlandırdığları Müsəlmanlardan ,Türklərdən öyrənən Avropanın həqiqi mənada barbar olduğunu gördük.Bəzi Avropalılar  Müsəlmanların ,Türklərin önemini bu sözlərlə bildirir:”Müsəlman Əndəlüsdən bizə 30 kitab qaldı,atomu parçalaya bildik. Əgər ,Şayət yandırılan bir milyon kitabin yarsı qalsaydı çoxdan uzayda galaksilər arasında gəzir olacağdıq” Pierre Cure (Nobel ödüllü Fizikçi)
“Tarixdən Türkü çıxarsanız geriyə tarix deyilən bir şey qalmayacaqdır”Wolfgan von Goethe.
Sizde yazılardan gördünüz, Avropa üçün geride qalmış mədəniyyətlərini inkişaf etdirmək baxımından iləri mədəniyyətdən yəni ,bizlərdən müsəlmanlardan,türklərdən bir çox cəhətdən nələrsə öyrənmək “modernləşmək “önəmlidir və mütləqdir. Bes bizlər “modernləşirik” deyə niyə Avropanın geridə qalmış mədəniyyətini yamsılayırıq.?Avropalaşmaq  düşüncəsini “modernləşmək” olaraq anlayıb Avropalilarin fast food dedikləri sağlığsız yemək tərzini,etik olmayan,mədəniyyət normalarına uymayan geyim tərzini və vulqar sözlərlə dolu musuqilərini mənimsəyərək modernləşdiyini düşünənlər var yeterincə ama yanılırlar!.Bizlər özləşməliyik ,özümüzə dönməliyik .Tarixə meyadan oxuyan, dunyanın Fateh deyə adlandırdığı  ilk Avropaya hökm eden Atillanın ,Oğuz xanın nəvələri ,şanlı Türk milləti olduğumuz unutmamalıyıq.Bizlər özləşib ,türklüyümüzün fərqinə varmasağ modernləşə bilməyəcəyik. Elmimizə və mədəniyyətimizə sahib çıxmasaq ,avropalıların bizim mədəniyyətimizi mənimsəyərək elmdə,texnalogiyada irəliləmələrini uzağdan izləməyə sadəcə  daima məhkum olarıq .Sonda sizə Mehmet Akif Ersoyun,Cəlil Məmmədquluzadənin və Mustafa Kəmal Atatürkük sözlərini xatirlatmaq istəyirəm və düşünməyə çağırıram.
“Kim demiş Avrupa insanı medeni?
 Nə edep var ne haya çırılçıplak bedeni!
Eğer medeniyet açıp saçmaksa bedeni;
Desenize hayvanlar bizdən daha medeni!”  Mehmet Akif Ersoy.
“Azərbaycan qadını çarşabdan çıxıb başını açanda müasirləşdi deyə sevincimdən papağımı göyə tulladım,o gün bu gündür papağımı tapa bilmirəm.” Cəlil Məmmədquluzadə.
““Muhtaç olduğun kudret damarlarindaki ASİL KANDA MEVCUTTUR” MUSTAFA KƏMAL ATATÜRK.
YAZAR: Aynur Talıblı.İstanbul Sabahattin Zaim Üniversitesi Tarih ve Medenıyyet Araştırmaları bölümü Yüksek Lisans.

İstifadə edilən mənbələr:
1.Mehmet Doğan, Büyük Türkçe Sözlük, Ġz yay. 11.Bas., Ekim 1996, s.780.
2. 9 Halil Ġnalcık, “Atatürk ve Türkiye‟nin ModernleĢmesi”, Belleten, c.LII /63, s.986
3.0 Emre Kongar, Toplumsal DeğiĢme Kuramları ve Türkiye Gerçeği, Remzi kit. 6. bas. Ġst.1995, s.227
4.Ergün Yıldırım, Hayali Modernlik: Türk Modernliğinin Ġcadı, Doğu Kit., 2. Bas., Ġst. Haz. 2012, s. 15
5.Şeyhmus Demir, Mutlu Sesli, Veysel Yılmaz, “Türk ModernleĢmesi: EleĢtirel Bir BakıĢ” Sosyal Bilimler Araştırmaları Dergisi- 2, 2008 s.78;77-90
6. Gönül Pultar, (Der.), Türk Bilim Adamlarının BakıĢ Açısından Ġslâm ve Modernite, Remzi Kit.1.Bas.Ġst.2007 s.23;42
7.Harris, Karen (Karen Larsdatter), “Baths in Medieval and Renaissance Works of Art.
Hull, Marvin. “Bathing and Washing During Medieval Times,
Image result for Von Furstenberg, Diane. The Bath.Fissel, Mary E. “Steamy Encounters,” Women’s Health in Primary Care
Von Furstenberg, Diane. The Bath.
Fissel, Mary E. “Steamy Encounters,” Women’s Health in Primary Care
8.dunyagerceklerim.blogspot.com.
9.Dini ve TARİHİ GERÇEKLER.facebook.com.
10.http://www.ekemer.com/avrupa-medeniyeti-bizden-ogrendi-samet-beyaz
11. Aydın Sayılı, “Higher Education in Medieval İslam”, Ankara Üniversitesi Yıllığı, cilt 2, 1948, s. 30-71.
Comments,Baxışınız
oguz gif telegram