/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Azərbaycan Bağımsızlıq və Cumhuriyyət bayramı, 50 milyon Azərbaycan türkünə qutlu olsun(Video)
28May Azərbaycan Türkünün Bağımsızlıq və İstiqlaliyət bayramı

Azərbaycan Bağımsızlıq və Cumhuriyyət bayramı, 50 milyon Azərbaycan türkünə qutlu olsun(Video)

OğzuzTV:Uzun bir dövr ərzində Parçalnamış Azərbaycanın Quzey parçası , Rusiyanın müstəmləkəsi olub. AncaqAzərbaycan Türkləri həmişə hər iki tayda Rus və fars işğalçısına qarşı və əbədi azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.

 

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də(7 xurdad 1297) Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

 

AXC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi, və bu cümhüriiyətin idarəsi Güneyli ısliyəti olan Xoylu Fətəlixan ya Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər şurasının sədri,(Noxostvəzir) həm də daxili işlər naziri vəzifəsini tuturdu.

 

Başnazir Xoylu Fətəli xan və Cumhur başqani Məhəmməd Əmin Rəsulzadə İlk dəfə Parçalanmiş Azərbaycanın bütövlük idiyasini ,xəritəsini və bayrağını yaradıb ortya qoydular .. Ancaq AXC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

Bu dövlətin ilk başbakanı Güney Azərbaycanlı fəthəlixan xoveyski(xoylu) olub .Parçalanmış Azərbaycanın bütövlük xəritəsi ilk dəfə bu cümuriyyət tərəfindən cılıb.

Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edili.
Güney Azərbaycanın istiqlaliyəti və azadlığı diləyilə ,öndərlərimizin yolları dəvamli olsun, Milli dövlətimiz əbədi yaşasın .
İnsanlara Hüriyyət Millətlərə İstiqlal
Bir dəfə qalxan bayraq bir daha enməz

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture