/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » “AZƏRBAYCAN MİLLİ HƏRƏKATI”NDA TERMİN GÜNDƏMİ! (2) “SOL FEDERALÇILIQ”! Eldar Qaradağlı
“AZƏRBAYCAN MİLLİ HƏRƏKATI”NDA TERMİN GÜNDƏMİ! (2) “SOL FEDERALÇILIQ”! Eldar Qaradağlıآزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

“AZƏRBAYCAN MİLLİ HƏRƏKATI”NDA TERMİN GÜNDƏMİ! (2) “SOL FEDERALÇILIQ”! Eldar Qaradağlı

OğuzTV:MARKSİZMƏ VERƏN İLLƏRİNİN İRANÇI ÖZLƏMİLƏ, AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ TÜRKÇÜ GÜNDƏMİ ARASINDA SÜRÜNƏ-SÜRÜNƏ ƏZİLƏN KƏSİMƏ “SOL FEDERALÇLAR” DEYİLİR! Bir az qərib və klasik olmayan anlatım oldu! Özüm də qəbul edirəm! Ancaq, adından da bəlli olası “Termin Gündəmi”nin özəl baxışındayıq. Gündəm Qonu: Son günlərdə yox sayılan “Azərbaycan Federal-Demokrat Hərəkatı”nı göylərə qaldıraraq Güney Azərbaycanın özgürlüyü və bağımsızlığı uğruna mücadilə edən Türkcü-İstiqlalçı qurumları etibarsız sayan bir yazıyla qarşılaşdım. Doğrudan çox şaşırdım! Məni şaşırtan qonu isə, türkçü-istiqlalçı qurumların güclü-gücsüz olması deyil, bir İran sevdalısı federalçı mesajin fars mediyası alanında yayılmasıdır. “iraniyəm, iranisən,…, iraniyik, iranisiz,…!” kimi kimlik sərfini sürəkli dilə gətirən sol federalçıların məsum istəklərinin məmnunluqla fars mediasında yayılması çox normaldır. Ancaq, başa düşülməz olan qonu, onların Azərbaycan Milli Hərəkatının alanında deyil, İrançı mediaların meydanında farsçı-irançı faşistlərin çörəyinə yağ sütməkləridir. Bunlar, sadəcə düşmənə yavşaqlıq etməklə deyil, “Azərbaycan Milli Hərəkatı”nın can bahasına qazanmış olan bağımsız terminlərinin də iraniləşdirməsi ilə fərqlənirlər. Qonu Qaynağı: Alışqan olduğumuz bir demokrat Fars, tanınmış federalçı soydaşımıza separatçı adı verməklə, onu iran(fars) düşməni, yalançı, Azərbaycanın İrandan ayırması yolunda gizli pantürkist, təcziyəçi adlandırır. Sol federalçı dostumuz bu ifadələrə qızaraq iç qorxusunu öz istiqlalçı soydaşlarını vurmaqla beləcəsinə ortaya qoyur: (qısatmış cümlə anlatım biçimində farscadan türkcəyə çevirmişəm) – Siz, məni ilk öncə qovmi federalçılıqda, sonra isə separatçılıqda (Azərbaycanı İrandan ayırmaqda) ittiham edirsiniz. Bu şərmdən uzaqdır. İttihamdır, iftiradır, antidemokratik davranışdır….Bu gün güc sizin əlinizdə olarsa boş iddialara dayanaraq məni DAR AĞACINDAN asardınız! Elə deyilmi? Mən 27 ildir İranda demokratikləşmə və xalqların barış içində yaşamı üçün çaba göstərmişəm…İran xalqları hərəkətlərinin mərkəzçi müxalif qurumlarıyla dialoğa girməlidir. Bu, İranda kütlənin gənəl milli məsləhətləri üçün yardımçı olur… Sizin ultra nasionalist fikirləriniz çox təhlükəlidir…. Sizin tutumunuzla İRAN DAĞILABİLƏR! OYSƏ MƏN XALQLARIN BİR YERDƏ YAŞAMASINA DƏRİNDƏN İNANIRAM… SİZİN GERİÇİ FİKİRLƏRİNİZƏ ÜZÜLÜRƏM!!!! Termin və sloqan dəyişməkdə israrlı tutum: – Millətin qazandığı termin: Nə az, nə çox “Azərbaycan Milli Hərəkatı”! – Sol Federalçı kəsimin meylicə:“İran və Azərbaycanda Türk Xalqının Milli-Demokratik Hərəkati”! – Millətin qazandığı termin: Türk Milləti! – Sol Federalçı kəsimin meylicə: İranın türk xalqı! – Millətin qazandığı termin: Güney Azərbaycanın Milli-Siyasi mücadiləsi! – Sol Federalçı kəsimin meylicə: İran və Azərbaycanda milli demokratik xalq mücadiləsi! – Millətin qazandığı termin: Azərbaycan Türk Millətinin milli haqları! – Sol Federalçı kəsimin meylicə: İran xalqlarının etnik problemməri! – Millətin qazandığı termin: Fars Şovinizminə ölüm olsun! – Sol Federalçı kəsimin meylicə: Molla rejiminə ölüm olsun! – Millətin qazandığı termin: Güney Azərbaycan üçün Milli Dövlətçilik! – Sol Federalçı kəsimin meylicə: İran üçün Federal dövlət! Və saysızca dəyişən terminlər! Düşüncə Qaynağı: Güney Azərbaycan Türkü olan sol federalçıların böyük kəsimi Avrupada yaşayır. Solçu İran partiyalarında siyasiləşən bu yaşlı kəsim içində nostalijik olayların böyük rolu vardır. Avrpada sürən qurumsal ilişgilər, kişisəl və ailəvi dostluqlar, keçmişdən qalan neçə etnikli ideolojik bağlar və buna bənzər çoxlu bağlantılarda iranilik və farsçılığın ortaq rol oynaması fars üstünlüyünə nədən olmuşdur. Ölçüm sırasıyla pasif, İrançı fəal, Azərbaycançı fəal kateqorusunda yerləşən solçu federalist soydaşlarımızın ortaq zehniyyətləri marksizmdir. Bu zehniyyətə görə, millətçi düşüncə geriçi, kapitalist, imperyalist, ayrımçı, anti proliter və qavqaçıdır. Bu zehniyyətin bir də dərin bağlantısı İran adlanan yerdəki xalqlar dostluğunda dayanır. Bu düşüncəyə görə, əzib-əzilən xalq yoxdur. İran adlanan yerdə yaşayan bütün xalqların bir dövləti, bir dili, bir bayrağı vardır. Etnik sorun varsa da, yalnız və yalnız var olan şərtlər içində qonuma gəlməlidir. Bu isə, o deməkdir ki, bu kəsim üçün Azərbaycanla İran arasında seçim olursa kəsinliklə İran uğrunda Azərbaycanın İstiqlalı və gələcəyi qarşısında duracaqlar! Azərbaycan Milli Hərəkatı içində geniş alanlı federalçı kəsim bulunmaqdadır. Geniş federalçı kəsimi, Liberal türkçülükdə, irantürklüyündə habelə dinçi azərbaycanlılar sırasında da incələmək olar. Ancaq, bu gündəmdə yalnız sol və marksizmə bağlı olan federalçı düşüncə ələ alınır. Sonuc: Solçu federalçılarda olan aşırı İran sevgisi, zaman-zaman Güney Azərbaycan İstiqlalçılarını qarşısına alır. Bu qarşı durmanın nə anlamı vardır? Güney Azərbaycan Türk Millətçiləri üçün solçu Federalistlərin bu tutumu çox acıdır. İstiqlalçılar üçün 40 milyonluq Güney, 10 milyonluq Quzey və milyonlarca dünyaya səpələnmiş Azərbaycan Türkü vahid anlam daşıyır. İstiqlalçılar üçün, millətimizin bölük-bölük olması deyil, çoxulcu olması gərəkir. Millətimizin gələcəyi üçün dilçisi də, federalçısı da, İstiqlalçısı da gərəkir. Bunların bir arada olmasıyla millət anlam tapar! Bir-birini inkar etməklə deyil! İstiqlalçı kəsimə görə, federalçı azərbaycanlının farsçı-irançı rasizminin qarşısında əyilməsi, əzginləşməsi, ufanması və savurnur duruma düşməsi deyil, igid bir Türk kimi dim-dik dayanması gərəkir. Fars dilində, düşmən mediasında İstiqlalın ziyanlı, qorxulu, bölücü, alansız və ufacıq olmasını göstərməyin anlamı dərin farslaşma və iraniləşmə deyilsə, bəs nədir!? Bunun harası vətənsevərlik, vətəndaşlıq və soydaşlıqdır? Bir faşist farsın razılaşması üçün milyonlarca bozqurdçu soydaşın günəş kimi parlaq gərçəyini spor həyəcanı adlandırmaq, yaşillərə aldanmamasını bir kəsim istiqlalçının avantorasına bağlamaq kimi yüzlərcə mızıcasına davranışların harasında qardaşlıq ruhu dayanır!? Eldar Qaradağlı 2017-09-08

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture