/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » “AZƏRBAYCAN MİLLİ HƏRƏKATI”NDA TERMİN GÜNDƏMİ! DİKTAT NƏDİR?
“AZƏRBAYCAN MİLLİ HƏRƏKATI”NDA TERMİN GÜNDƏMİ! DİKTAT NƏDİR? آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

“AZƏRBAYCAN MİLLİ HƏRƏKATI”NDA TERMİN GÜNDƏMİ! DİKTAT NƏDİR?

OguzTV:ƏN UFACIQ DİRƏNC GÖSTƏRMƏDƏN QALİB DÜŞMƏNİN BUYURUQLARINI MANQORTCASINA UYQULAMAQ ƏMRİNƏ DİKTAT DEYİLİR!
Öncə doğma türkcəmizdə qıssa, anlamlı və siyasal terminolojik gündəm yazılar uluşduran Davud bəy Turan qardaşıma təşəkkür edirə.
Gündəm Qonu: Bir neçə gün öncə İran adlanan ölkənin Eyitim Baxanlığı,ndan ləhcəli farscanın eyitim sisteminə buraxılmamasıyla bağlı rəsmi dövlət bildirisi yayılır. Bu bildiriyə görə, ölkənin eyitim sistemində işə alınan öyrətmənlərin ilk aşamada ləhcəsiz farsca testindən keçməsi gərəkir. Bu isə, öyrətmən olmaq istəyən, ancaq fars olmayan vəya farslaşmayan yüzdə 75-i oluşduran vətəndaşın ap-açıq eyitim sistemindən qovulması deməkdir. 
Düşüncə Qaynağı: Aparteid, Afrikadan yayılan irqsəl ayrı-seçkiliyin ən radikal və yıxıcı biçimidir. Bu anti bəşəri biçimin təməlində azınlıqlı etnik iqtidarı dayanır. Aparteid genosid özəllikli etnik diktatorluğunun üzərində qurulmuş kəskin dövlət sistemidir. Günümüzün qoşullarına görə, aparteid, etnik şovinizmin faşizmə doğru irəliləmiş ən son aşaması sayılır. Bu aşamada, azınlıq etnik dövlət tərəfindən açıq-aydın yerli çoxunluq topluluqlara qarşı milli diskriminasiya və seqreqasiya sistemi uyğulanır. Sözsüz ki, aparteidin ən kəskin silahını assimilə və elinə olmuş yerli insanlar uluşdurur. Hər hansı nədənlə, üzdə öz görünən özgələşmiş yerli qulluqçular, irqçi düşmənin ən ucuz, ən kəskin silahı kimi öz toplumuna qarşı işə alınır. 
Uyqulama Mikanizmi: Farsçı rejim, 95 illik ömrünün ən kəskin aparteid bildirişini yayır. Görən-bilən insan və insan toplusu farsçı rejiminin aparteid sayağı bildirisini qınayır. Ancaq, əlil doğan, zəlil ölən sözdə Türk Fraksiyonunun neçə nəfərindən başqa, özünü Türk adlandıran 100-dən çox deputatı – görmədim-eşidmədim biçimində lal-kar olaraq susur! 6 təbrizli millət vəkili daha irəli gedərək, Səhənd şəhərciyinin əski sorununu bahana tutaraq, Fars eyitim baxanına acizcə diləkcə yazırlar! Yazıda Fars eyitiminə aid olan mərkəzlərin az olduğunu dilə gətirərək daha çox Fars dilli eyitim oxulların açılmasını diləyirlər! 
Hədəf Kütlə: Panfaşist farsçı rejim qamoy uluşdurmaq üçün sözdə Türk olan Təbrizli nökərlərinə buyuruq verir! Onlara, uyğun olası geniş kütlənin qafa bulandırması yönüdə əmir verilir. Rejim tərəfindən diktat olunur ki, “susqunluq pozulsun, qamoy oluşsun”! 6 nökər isə, heç dirənc göstərmədən faşist ağalarının buyuruğunu uyğulamağa özən göstərirlr. 6 təbrizli manqort deputat, rejimin dünyanı şaşırdan faşist bildirisinə ən ufaq işarə etmədən Baxan ünvanına yayındırıcı diləkcə imzalırlar! Diləkcə, körüklənərək böyük bir olay kimi reklam olunur. Hədəf aparteid içərik ləhcəsiz farsca bildirini kütlə gözündən yayındıraraq yavaşcasına dövlət sistemində yerləşdirməkdir!
Sonuc: Milyonlar gənc Türk, rejimin aparteid sayağı ayrı-seçgi siyasətinə qurban gedərək, onların millət vəkili ünvanını daşıyan quzu balası Fars nökəri Məhəmmd Hüseyn Fərhəngi farsçı rejiminin parlamentində ilin ən sakin, düz gəlib- düz gedən, başağrısı verməyən və nəzmili nümayəndəsi seçilir. Hanı deyərlər ki, “Ağadan nökərə heç qalmasa da, bir köpək payı qalar!” 
Eldar Qaradağlı

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture