/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Azərbaycanın 17 yaşlı ilk Kəskin nişanci( snayper) və kəşfiyyatçı qadını
Azərbaycanın ilk Kəskin nişanci( snayper)qadını

Azərbaycanın 17 yaşlı ilk Kəskin nişanci( snayper) və kəşfiyyatçı qadını

OğuzTv:Dünyada elə qadınlar var ki, zərif görüntülərinə baxmayaraq əlləri silah tutur, müharibədə çiyin-çiyinə döyüşür, düşmənin üzünə dik baxırlar.

Azərbaycan tarixində də bu cür şücaətə malik qadınlar olub. 17 yaşında müharibəyə yollanan Azərbaycanın ilk Kəskin nişanci(Tək tir əndaz – snayper) qadını Ziba Qəniyeva da öz cəsarəti ilə tarixdə iz qoya bilib.

Qeyri-adi gözəlliyə malik 17 yaşlı qız Böyük Vətən Müharibəsi illərində öz alayının siyahısında snayper-kəşfiyyatçı-ratsiyaçı kimi qeyd olunub.

O, 1923-cü ildə Şamaxı şəhərində anadan olub. 1940-cı ildə Moskvaya gedib və Teatr Sənəti Dövlət İnstitutuna aktyorluq fakültəsinə daxil olub. Amma başlayan müharibə onun bütün planlarını alt-üst edib.

Müharibənin ilk günlərində yüz minlərlə digər tələbə kimi Ziba da hərbi komissarlığa cəbhəyə getmək üçün müraciət edib. Bir neçə gün sonra onun xahişi qəbul edilib və gənc qız atıcılıq kurslarının müdaviminə çevrilib, bu kursları bitirdikdən sonra isə 1941-ci ildə Moskva uğrunda döyüşlərdə iştirak edib.

Taburda ratsiyaçı-kəşfiyyatçı olub. 1941-ci ilin həyəcan dolu qışında 16 dəfə düşmənin gerisindən gedib, ratsiya ilə vacib məlumatları ötürüb və düşmən haqqında xəbərlər verib. Cəsur qız kəşfiyyata və ya döyüşə gedən döyüşçülərlə öndə gedərək onların rəğbətini qazanmışdı. Döyüş şəraitində Ziba Qəniyeva snayperlik sənətini də mənimsəyib.

Döyüşçü rəfiqəsi V.Qalanina xatirələrində bu balaca cəsur qızı belə xatırlıyır:

“1942-ci ilin yazında bizim taburun hücumu başa çatdı, biz Zibayla bərabər  müvəqqəti sakitlikdən istifadə edərək, snayper “ovu” ilə əsaslı məşq etmək qərarına gəldik. Mövqelərimizdə on metrlərlə aralıda hitlerçi əsgərləri yerləşirdi və səngərlərini möhkəmləndirirdilər. Onlar özlərinə çox arxayın davranırdılar. Biz mövqe seçərək məqsədimizi təyin etdik. Bərabər atəş açdıq və iki faşist eyni anda öldürüldü”.

3-cü Moskva Kommunist atıcı taburun tərkibində Ziba Qəniyeva 1941-ci ilin noyabr ayının 7-də Qırmızı Meydanda keçirilən məşhur paradda iştirak edib. Leninqrad və Şimali-Qərb cəbhələrində döyüşlərdə iştirak edib.

1942-ci ilin yanvar ayında 3-cü Moskva Kommunist atıcı taburun bazasında 130-cu atıcı tabur yaradılıb. 151-ci moto-atıcı kəşfiyyat batalyonunun snayper-kəşfiyyatçısı Ziba Qəniyeva Leninqrad vilayətinin Çernoye Ojetsı, Lunevo və Dyaqilyov kəndləri ərazisində 1942-ci ilin aprel ayının 12-dən may ayının 23-nə qədər fəaliyyət göstərib, bu müddət ərzində 20 alman məhv edib, bunlardan ikisi zabit idi.

1942-ci ilin may ayının 23-də Ziba Qəniyeva Leninqrad vilayətinin Molvotiski rayonunun Bolşoye Vraqovo kəndi uğrunda gedən döyüşlərdə xüsusilə seçilib. Bolşoye Vraqovo kəndinin qarnizonu üzrə snayper atəşi açmaq tapşırığını alan Qəniyeva kəndin şərqindəki yüksəkliklərə qalxıb. Tank tağımının hücumundan sonra düşmən geri çəkilməyə başlayıb, o, 9 döyüşçüdən ibarət qrup təşkil edərək geri çəkilən düşməni atəşə tutub. Özü irəli keçərək isə altı alman öldürüb.

Bu zaman isə kəndin özündə sovet döyüşçüləri hücuma keçmişdilər. Qəniyevadan onlara yardım etməsi barədə xahiş edilib. Daha 6 döyüşçü götürərək qrupunu yardıma aparıb. Kəndə doğru irəliləyərkən, Zibanın dəstəsi dağılmış binada mövqe tutmuş avtomatçı tərəfindən atəşə tutulub. Amma Ziba özünü itirməyib, düşməni geridən pusaraq onu güllələyib

Bu döyüşdə göstərdiyi qəhrəmanlığa görə Şimali-Qərb cəbhəsinin qoşunlarının 1942-ci il 16 iyul tarixli  əmri ilə snayper-kəşfiyyatçı Ziba Qəniyeva “Qızıl Bayraq” ordeni ilə təltif edilib.

II Dünya Müharibəsi illərində o, 129 işğalçı məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə Ziba Qəniyeva çoxsaylı dövlət mükafatları ilə, o “Qırmızı Ulduz” ordeni ilə, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilib.

ziba snayper ile ilgili görsel sonucu

O, dövr üçün çox vacib sayılan “Sovet Sosialist Qəhrəmanı” adını da layiq görülə bilərdi, ancaq anası repressiya qurbanı olduğu üçün onun mükafat vərəqəsi doldurulmamış qalıb.

1942-ci ildə Zibanı Ali Şuranın sədri Nikolay Şvernik və onun həyat yoldaşı Mariya Fyodorovna Şvernik hamiliyə götürüblər. Moskva xəstəxanasında işləyən Mariya Fyodorovna qızın sözün əsl mənasında həyatını xilas edib, çünki Ziba qan zəhərlənməsindən ölmək üzrə idi. 11 ay Mariya Fyodorovna onun yatağının yanından çəkilməyib. O ayağa qalxanda isə yaşla dolmuş gözlərini ona dikərək: “Bütün normal qadınlar övladını 9 ay bətnində gəzdirir mən isə sənə 11 ay keşik çəkdim”. Beləcə Ziba Nikolay Mixayoviçin və Mariya Fyodorovnanın qızı olub.

Müalicədən sonra Ziba rahat həyat yaşaya bilərdi, ancaq cəbhəyə qayıtmağı seçivb. İkinci dəfə yaralanandan sonra isə 2 ilə yaxın müddəti hospitalda keçirib.

Müharibədə böyüyən qız savaş bitdikdən sonra özünə yeni həyat qurmağa çalışıb. Ziba SSRİ-nin Türkiyədəki səfiri Tofiq Qədirovla evlənib. Elmlə məşğul olub, şərqşünaslıq üzrə doktorluq dərəcəsi alıb. Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture