/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » İranın Q.Azərbaycana qarşı planları ara vermir,İran Ermənistanı yenə “yemləyir”

İranın Q.Azərbaycana qarşı planları ara vermir,İran Ermənistanı yenə “yemləyir”

OğuzTV:“Azad iqtisadi zonanın nə qədər uğurlu olacağı böyük şübhə doğurur”.bunu Fikrət Yusifov Sabiq maliyyə naziri bildirib.

İranın Q.Azərbaycana qarşı planları ara vermir. Üzdə özünü ölkəmizə dost göstərən rəsmi Tehran Ermənistanla yaxın əlaqələrini nəinki dayandırmır, ən ağır günlərində onun yanında olur, hərtərəfli dəstək olur. Son olaraq, İran-Ermənistan sərhədində – Mehri şəhərində azad iqtisadi zonanın (AİZ) açılışı cənub qonşumuzun növbəti dəfə Azərbaycana münasibətini ortaya qoydu. Bu fakt bir daha onu göstərir ki, Image result for Fikrət Yusifovmüsəlman həmrəyliyindən dəm vuran İran əslində buna əməl etmir.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, Ermənistan hakimiyyəti blokada vəziyyətinə saldıqları ölkənin iqtisadi durumunun getdikcə ağırlaşmasından ciddi narahatdır: “Bu ölkənin iqtisadiyyatında tənəzzülün getdikcə dərinləşməsi sosial həyatın da ağırlaşmasına aparır. Belə vəziyyətdə Ermənistan əhalisi kütləvi şəkildə öz ölkəsini tərk etməyə üz tutub.  Belə  vəziyyətdə Ermənistan-İran sərhədində azad iqtisadi zonanın yaradılmasını ortaya atıblar. Belə bir ticarət zonasının yaradılması nəzəri cəhətdən mümkündür, lakin Türkiyə və Azərbaycan tərəfdən tam blokada şəraitində qalmış bir ölkədə bu zonanın nə qədər uğurla işləyəcəyi böyük şübhə doğurur.

 

Belə bir ticarət zonası yaratmaqla Ermənistanın Rusiyaya və Avropa İttifaqı ölkələrinə də uğurla çıxa bilməsi bir mifdir. Biz də İrana dost deyib öz işimizi bilməliyik. Biz İranla iqtisadi münasibətlərimizi elə səviyyədə qurmalıyıq ki, onlar bu münasibətlərdən Ermənistanla olan iqtisadi münasibətlərdən daha çox fayda götürə bilsinlər. Belə olanda, İran daha çox bizim ”dostumuz” olacaq. Təcrübə göstərir ki, belə ölkələrin iqtisadi maraqları bir qayda olaraq onların dostluğundan yuxarıda olur”.

Image result for Politoloq Nəzakət Məmmədova

Politoloq Nəzakət Məmmədova Ermənistana iqtisadi gücü yüksək olan bir dövlətlə əməkdaşlığın hava-su kimi lazım olduğunu söylədi: “Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamalarına görə, İran iqtisadiyyatı milli istehsalın həcminə görə dünyada 18-ci yerdədir. Yaxın Şərqdə və OPEK ölkələri arasında isə birinci yerdədir. Eləcə də ümumdaxili məhsulun səviyyəsi çox yüksəkdir. Lakin bu ölkə uzun illər sanksiyalara məruz qalıb və yenə də bu təhdidlə üzləşib. Hazırda ABŞ-da hakimiyyətdə olan israilpərəst administrasiyanın İrana münasibəti məlumdur. Belə bir şəraitdə bu ölkə istənilən vasitə ilə dünyaya çıxmağa, iqtisadi-ticarət əlaqələrini genişləndirməyə çalışır. Eləcə də, Ermənistan Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən layihələrdən öz işğalçı siyasəti ucbatından kənarda qalıb. Belə bir şəraitdə, yoxsul, istehsal gücü çox aşağı səviyyədə olan Ermənistan istehsal gücü çox, lakin daim təcrid təhlükəsi ilə üz-üzə qalan İranla əməkdaşlığı daha da dərinləşdirmək yolu tutub. Bundan bir neçə ay əvvəl İran parlamenti İranla Ermənistan arasındakı Norduz sərhəd terminalında İranın müsbət ticarət balansının saxlanılması məqsədilə əməkdaşlıq müqaviləsini ratifikasiya etmişdi. Ermənistanda istehsal sahəsi zəif olduğu üçün onun İrana ixracatı bu il cəmi 17 milyon dollar təşkil edib.

Halbuki ümumi ticarət dövriyyəsi 300 milyon dollar təşkil edir. Deməli, burada uduşlu tərəf İrandır. Ermənistan İran üçün sadəcə, tranzit ölkə, xammal və satış bazarı rolunda olan bir ölkədir. Lakin Azad Ticarət Zonasının yaradılmasının Ermənistana müəyyən dividentlər gətirəcəyi şübhəsizdir. Burada 1500-2000 iş yerinin açılması, investisiya qoyuluşu baxımından əhəmiyyətlidir. İran üçün isə bunun cəlbediciliyi onunla bağlıdır ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür, eyni zamanda Avropa Birliyi ilə imtiyazlı ticarət rejimi əldə edib və bu, beynəlxalq aləmə çıxmaq istəyən İran üçün əlverişli fürsətdir. Avrasiya İqtisadi Birliyinin Gömrük Məcəlləsi Birlik ərazisində duty-free sistemi ilə fəaliyyət göstərəcək olan 7 belə azad iqtisadi zonanın yaradılmasını nəzərdə tutur ki, Ermənistan artıq onun birini Sünik vilayətində yarada bilib və bununla da İran, Avrasiya İqtisadi Birliyi və Gürcüstan arasında halqa rolu oynamaq istəyir”.

İranın Cənubi Qafqaza nüfuz etmək, Avrasiya İqtisadi Birliyi ilə yaxınlaşmaq, Avropa şirkətlərini öz sərhədinə gətirmək və beləliklə, ABŞ-ın təhdidlərinə qarşı müqavimətini artırmaq istədəyini deyən N.Məmmədova hesab edir ki, Yaxın Şərqdə, xüsusilə İraq, Suriya, Yəmən, Livan kimi ölkələrdə siyasi- hərbi mövqelər uğrunda mübarizə aparan İran şimal istiqamətində də zəiflik göstərmək istəmir, iqtisadi layihələr vasitəsilə həm də geosiyasi nüfuzunu artırmağa çalışır: “İran üçün ilk növbədə fars şovinizmi üzərində qurulmuş dövlətçilik maraqları əsas olduğu üçün o, kimliyindən asılı olmayaraq daima əlində bayraq elədiyi dini təəssübkeşlik prinsiplərini belə kənara qoyaraq öz maraqlarını həyata keçirməyə çalışır. Azad İqtisadi Zona layihəsi də növbəti belə bir plandır. İran üçün hər bir dövlət ilk növbədə onun maraqlarını həyata keçirmə vasitəsidir. İran Azərbaycanla da Şimal-Cənub layihəsini həyata keçirmək, Bakı-Qars dəmiryol magistralına qoşulmaq istəyir. Görünən odur ki, bu ölkə istənilən yolla beynəlxalq çıxış əldə etməyə çalışır”.

Cavanşir ABBASLI

Comments,Baxışınız
oguz gif telegram