/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Müharibə, yoxsa terror ?-Sami Süleymanlı

Müharibə, yoxsa terror ?-Sami Süleymanlı

OğuzTV:Ermənilər müharibə adıyla kütləvi qətliamlar törədib, alçaqcasına terror aktları həyata keçiriblər.

Yüz illərdir ki, ermənilər Türkə qatı düşmən kəsiliblər. 1896-cı ildə yaradılmış daşnak partiyasının məramı üzrə ermənilər bu düşmənçiliyi “milli xəstəlik” halına gətirərək, tarixdə heç zaman mövcud olmamış “böyük Ermənistan” yaratmaq xülyası ilə keçən əsrin əvvəllərindən başlayaraq, (müəyyən fasilələrlə) türklərin yaşadıqları torpaqlarda kütləvi qətliamlar törədiblər, alçaqcasına terror aktları həyata keçiriblər.

Hiyləgər tülkü olduqları halda, yazıq qoyun cildinə girib dünyanı yalan informasiyalar yayıblar. Bütünlüklə uydurma olan “erməni soyqırımı” haqda dünyaya car çəkirlər, hələ bu yetməmiş kimi, Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağı öz ata-baba yurdları adlandırırlar. Bunun müqabilində dünyanın aparıcı ölkələri və bəzi beynəlxalq təşkilatlar ermənilərin azərbaycan türklərinə qarşı törətdikləri, sözün həqiqi mənasında soyqırıma bir reaksiya vermirlər.

Terrora qarşı mübarizə aparan bəzi ölkələr erməni terroruna göz yumur

Planetin bir çox bölgələrində “terrora qarşı mübarizə” aparıldlğı zamanda bəs niyə əməlləri ilə ən böyük terror tarixi yazmış Xocalı soyqırımını törədən şəxslər azadlıqda gəzirlər. Guya bilmirlər ki, Xocalı soyqırımı zamanı terrorçuların başında duranlardan biri birzamanlar Ermənistan prezidenti olan Robert Köçəryandır ? Guya bilmirlər ki “Xocalı faciəsi” açıq-aşkar bir terrordur ? Əlbəttə ki, bilirlər, lakin susurlar və əsrin faciəsini terror yox, “müharibə” adlandırırlar. Sizcə dinc əhalini vəhşicəsinə qırmaq, onları işgəncələrlə öldürmək terror deyilmi?

 Xocalı faciəsi erməni terrorudur 

Tarixə nəzər salan hər bir insan bunu anlar. Belə ki, 1992-ci il, fevral ayının 25-dən 26-na keçən gecə Xankəndində yerləşən Erməni terrorçuları zirehli texnika və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalını ələ keçirərək əsrin ən böyük qətliamlarından birini törətdilər. Ermənilər Xocalını hər tərəfdən mühasirəyə alırlar. Guya Kətəyən dağı istiqamətini isə sakinlər üçün çıxış yolu qoyublar. Lakin erməni cəlladları əllərində pulemyot həmin yerdə pusquda durublar. Terrorçu ermənilərdən qaçan dinc sakinlər qəflətən atəşə tutulub qətlə yetiriliblər. Ümumiyyətlə, bu dəhşətli terror zamanı 613-nəfər həlak olub, onların bir çoxu işgəncələrlə qətlə yetiriliblər. Həlak olanların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamailə məhv edilib. 657 nəfər əlil olub. 1257-nəfər isə girov götürülüb. Onlardan 150-nin taleyi hələ də məlum deyil. Böyük ehtimalla, erməni terrorçuları onların daxili orqanlarını, müxtəlif ölkələrin varlı şəxslərinə satıb, pul əldə ediblər. Hətda ermənilər Xocalı soyqırımında insan ağlına gəlməyən növbəti bir alçaq əmələdə əl atıblar. Belə ki, onlar öldürdükləri insanların cəsədlərini video çəkilişə alıb, həmin axşam bütün dünyaya yayıblar ki, bəs azərbaycan türkləri bizi qırıblar. Bu alçaqlığın lap son həddidir və öz yalanları ilə dünyanı bu cür aldatmağa çalışan bir xalqın şərəfsizliyidir.

İndi bir düşünün, bu cür alçaqlığı edən, bu qədər vəhşilikləri törədən, türklərə qarşı dəfələrcə soyqırımı hayata keçirən bir xalq ən böyük terrorçu xalq deyilmi? . Təəssüflər olsun ki, günü bu gün də bütün bunları görməli olan bəzilərinin gözləri sanki kor, qulaqları kardır.

Sami Süleymanlı-OğuzTV

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture