/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Pişəvərinin BMT-yə məktubu

Pişəvərinin BMT-yə məktubu

OğuzTv:pişəvərinin BMT baş danışmanına yoladığı məktub

Dünyanın ən qedim xalqlarından olan Azərbaycan xalqı özünün zengin milli tarixine malikdir. Esrlərin keşməkeşlərində o, öz milli dilini, adət və ənənələrini qoruyub saxlayabilmişdir. Iran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansıizcasına taladılar.
Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağilmaq həddinə gəlib çatdi.
Şovonist böyuk dövletçilik siyaseti yürüden İran hökmdarları Azərbaycanlıların varlığını tamamile inkar etməyə cəhd göstərir, onların dilini əlinden almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirlər.

Buna baxmayaraq Azərbaycan xalqi bir gün de olsun, öz azadliqi uqrunda mubarizesini
dayandırmadı.Azərbaycanlıların öz milli azadlıqları uğrunda mubarizesinin en parlaq numunesi Səttarxan,Baqırxan, Şeyx Məhəmmed Xiyabani və başqalarının hereketleridir. Bu cesur insanlar mubarizenin başçıları, həmdə şəhidləri idi.Qanlı faşizmin üzərində demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkanverdi, yeni şerait yaratdı.

Tehran hökumətinin müqavimətinə baxmayaraq bu ilin 21 Azərində (12 Dekabr 1945) Azərbaycan xalqının əsrlərdən bəri apardığı mübarizəsi qələbə ile başa çatdi. Atlantik Xartiyasına uyqun olaraq Milli Məclisin,Azərbaycan Milli Hökumətinin qurulması ile nəticələndi.Azərbaycanda demokratik əsaslara dayanaraq bir Milli Hökumət qurulub və öz fəaliyyeti barədə bütün dünyaya məlumat yayıb.5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin kömeyi ile özünün müasir bir xalq olduğunu derk etdi və bir də heç vaxt Fars zülmünün altında inləməyə, Fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalığına icazə verməyəcekdir.
Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətine qurban vermeye hazirdir.Yeni, demokratik Azərbaycan hökuməti qisa vaxt ərzinde ictimai, iqtisadi, mədəni sahələrdə ciddi dəyişmələr edə bilib, daxili tehlükesizlik tam bərqərar olunub.


Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insan şəraitində yaşamağa başlayıb. Bununlada o, öz milli dövlətini qorumağa, onu idarə etməyə qadir olduğunu göstərir.
Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyuk demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır.


BMT Baş Assambleyasına müraciəti ile Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin varlığı faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özu tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin.


Azərbaycan Milli hökumətinin baş vəziri Seyid Cəfər Pişəvəri.

28 Yanvar 1946. Təbriz

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture