/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Şah xətayi mirasi və vəsiyyəti :dilimiz, vicdanımız, Vətənimiz”
شاه ایسماعیل نئجه اؤلدو؟؟ 🇦🇿 @oguztv 📺 📺OğuzTV📡اوغوزتی‌وی📺

Şah xətayi mirasi və vəsiyyəti :dilimiz, vicdanımız, Vətənimiz”

OğuzTv:Şah babamızın vəsiyyəti — “Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, vicdanımız, Vətənimiz”  Azərbaycan tarixini adı qızıl hərflərlə yazılmış tarixi şəxsiyyətlərdən biri də Şah İsmayıl Xətaidir. Şah İsmayıl Xətai Səfəvi imperiyasının qurucusudur.

Onun bölünmüş Azərbaycanı necə birləşdirməsi, qüdrətli imperiya qurması barədə kifayət qədər romanlar, əsərlər, oçerklər, məqalələr yazılıb.23 may tarixində əbədiyyətə qovuşan Şah Xətainin vəsiyyətini çatdırır.

Şah İsmayıl Xətayinin vəsiyyəti:

Çox çalışdım. Artıq kamala dolmuşdum. Çox əlləşdim – müharibə olmasın, dedim, – olmadı.

Budur, Çaldıran döyüşündən on yıl keçib. Hələ bir dəfə yüzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb…

…Ömrün son günlərini yaşayıram… Sizin üçün bu az ömrümdə əlimdən gələni eylədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım.

Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahirətdən üstün bildim. Hər ikisinin – Vətənimizin və dilimizin əbədiyyəti üçün.

Nə bacardımsa onu eylədim. Yaxşı nə başladımsa – onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur!..

Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, vicdanımız, Vətənimiz – can sizin can onlar əmanəti!

Hikmət

Comments,Baxışınız
oguz gif telegram