/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » SALAM OLSUN, Türk Yurdu TƏBRİZƏ, İRƏVANA!..Bütöv Azərbaycana! -Aynur Talıblı

SALAM OLSUN, Türk Yurdu TƏBRİZƏ, İRƏVANA!..Bütöv Azərbaycana! -Aynur Talıblı

OğuzTV: Sizlərlə uşaqlıqdan yadımda olan bir andan bəhs edərək məqaləmə başlayacağam.Biz məktəbdə, daha doğrusu ibtidai sinifdə oxuyanda müəlliməm bizlərə vətənlə bağlı şeirlər əzbərlədərdi.Bir gün mənə əzbərləməm üçün şeir gətirdi və dedi ki,” bunu yaxşıca əzbərlə tədbirdə oxuyacaqsan”.Şeir yazılı vərəqi aldım və bu misralar yazılırdı: Niye ikidir adın? Ay sene qurban canım. Cənub Azerbaycanım, Şimal Azerbaycanım !.

Şeiri oxuyunca həqiqətən təəcübləndim, o yaşlarda ” niyə?” mənim vətənimin ikiyə bölündüyünü anlaya bilmirdim. Həm Azerbaycana niyə Cənub-Güney və Şimal-Guzey deye adlandırılıdığını da anlamırdım.Sonradan müəlliməm izah etdi ki, bizi böldülər ,parçaladılar. Arazın o tayinda bizlərlə eyni qandan, eyni candan olan soydaşlarımız var.Bizi rusların və farsların ayırdığını , ananın burda ,oğulun o tayda , qardaşın burda , bacinin o tayda qaldığını, sadəcə həsrətlə illərlə yol gözlədiklərindən bəhs etdi.Düşündüm ki, mənim torpağımı,mənim vətənimi necə olur , ya far və rus bölür? hansi səbəbdən? ,niyə?.

Bu suallar məni çox narahat edirdi, aldığım cavablar məni qane etmirdi. Bəlkədə o zamanlar siyasət nə olduğunu bilmədiyim üçün anlamırdım. Ama yaşa dolduqca dünya siyasətinin çirkin və riyakar üzünü anladım. Zamanla Azerbaycanin ikiye yox bir neçə parçaya bölündüyünü öyrəndim .Cənub Azerbaycan,Şimal Azerbaycan,Qərbi Azərbaycan,Dərbən və. s. Bütün bu gərçəkləri öyrəndikdən sonra məni çox üzən bir halda , Azərbaycan Türk cəmiyyətində özümüzün özümüzü bölməsi,parçalaşası oldu. Belə ki, Güney Azərbaycanlıya ” həmşəri”, Qərbi Azərbaycanlıya ” yeraz” deyilərək ötəkiləşdirildiyinin də zaman-zaman şahidi olmuşam.Bu həqiqətən heç bir şəkildə doğru olmayan bir yanaşmadır.Bu yanaşma rusların və farsların Azerbaycan üzərindəki işğalından irəli gəlir.Yəni onlar Azərbaycanı parçalamaqla qalmayıb, soydaşlarımızı bir-birindən uzaqlaşdırmaya,ötəkiləşdirməyə də çalışmışlardır.

Bunun nəticəsində “həmşəri”,”yeraz” kimi anormal və bölücü ifadələr meydana çıxmışdır.Ama zamanla Azərbaycanımız Müstəqil və Azad oldu.Bununlada, bu doğru olmayan ifadələr tədricən soydaşlarımız arasında istifadə olunmur və bizlər Azərbaycanımızın bütünlüyü üçün çalışır və bunu hər sahədə müdafiə edirik.Bu yazımda sizlərlə Cənubi-Güney Azərbaycanımızdan ,Qərbi Azərbaycandan,Bizi bölən qüvvələrdən bəhs edəcəyəm vəAzərbaycan Türklərinin yaxın tarixindən bəhs edəcəyəm. Oğuz Türk yurdu olan Azərrbaycan, 1. Pyotr (1696-1725) zamanından başlayaraq; Çar Rusyası’nın yayılma siyasətinin əsas ünsürü olan, işgal planları arasında önəmli bir yer tutmaqda idi.

18. yüzildə xanlıqlara bölünmüş Azərbaycan’ı, 1786-ci ildə siyasi məqsədlərlə gəzmiş olan Rus polkovnik(rusca)- subayı Burnaşev, buradaki Şəki, Qarabağ, Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz, Ərdebil, Xoy, Urumiyə, Talış, Marağa, Maku xanlıqlarının bəzilərinin idarə quruluşunu yarı bağımlı, bəzilərinin isə bağımsız oluğunu dəqiqləşdirmişdir. Bunlardan Urumiyə, Şəki, Qarabağ, Quba və Xoy Xanlıqları, digərlərinə görə daha güçlü idi. 18. yüzilin 2-ci yarısında, bu xanlıqların xanları, hər biri ayrı- ayrılıqda siyasal güçləri artırdıqca, Azərbaycan xanlıqlarını öz- yönətimlərində- idarələrində bir dövlət kimi toplamaq amacını-məqsədini güdməkdə idilər.

Güney Azərbaycan’da Urumiyə Xanı Fətəli Xan Əfşar, Quzey Azərbaycan’da isə, Şəki Xanı Hacı Çələbi ve Quba xanı Fətəli Xan Qubalı bu məqsəd üçün çabalamışdır.Lakim müvəffəq ola bilməmişdir. 18. yüz ilin sonlarında, , Quzey Azərbaycan’dakı xanlıqları da (bütün Güney Qafqazı) egemenliği- hakimiyyəti altına almağa çalışan İran hakimiyyəti ile Rusya arasında bir çox çatışmalar ,savaşlar oldu. 3 Ocak –yanvar 1804-cü il tarixində, Gəncə Xanı Cavad Xan’ın güçlü dirənişinə baxmayaraq buna qarşın, Ruslar, Gəncə Qalasi’ni işgal etdilər. Cavad Xan və oğlunun da ön saflarda can verdiyi savunmada, çox qan döküldü.

 

10 Temmuz-iyul 1804 tarixinde, Rusya ilə Qacar arasında savaş başladı. Rus Ordusu, bir-birinin ardıyla, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Lənkəran Xanlıqlarını ələ keçirdi. Belecə, quzeydəki bir çox xanlıq Rusya’nın egemenliğine-hakimiyyətinə girdi. Qacar Orduları’nın, Rusları durdurma çabaları başarısızlıqla nəticələndi.

Bunun sonucunda, Qacar ilə Rusya arasında 1813-cu ildə rəzil və tarixin ən ədalətsiz müqaviləsi imzalandı. Sizlərin də biliyiniz kimi vətənimiz Azərbaycan ruslar və farslar tərəfindən ikiyə bölünmüşdür.Türk millətinə qarşı bu iki şərr qüvvə dəfələrlə düşmənçilik etmişlərdir.Azərbaycanımızın bölünməsi də bu düşmənliyin ən gözdə örnəklərindəndir. Dünya tarixinin ən acımasız və ən rəzil müqavilələrindən bəhs edərkən sözsüz Gülüstan və Türkmənçay müqavilələrini də xüsusi qeyd etmək lazımdır.Heç bir hüquqa və ədalətə sığmayan bu müqavilələrlə Azərbaycan Türk yurdu və Azərbayca Türkləri özlərinin xəbəri və istəyi olmadan, iki yadın – Rusiya və İranın istəyi ilə bölündü, parçalandı.Bu müqavilələrin nə qədər acımasız və ədalətsiz olduğunu müqavilələri inələyincə daha aydın görürük. Belə ki, Bölünən Azərbaycan Torpaqları olduğu halda ruslar və farslar xüsusi ilə Azərbaycan adını bu iki anlaşmanın heç birində qeyd etmir və bu yollada işğalçılıqlarını gizlətməyə çalışmışlardır. Digər tərəfdən bu anlaşmaların yalnız Rusiya və İranın istəyi ilə olduğunu düşünürsəniz yanılırsınız.

Azərbaycanı bölən bu məlum sazişlərdə İngilis və Fransızların xüsusi “əməyi”,”çabası” vardır. Bunu doğrulayan bilgilər vardır. Örnək olaraq,Rusiya tərəfindən bölücü Gülüstan müqaviləsini imzalayan general Ratişevin yazışmalarını göstərə bilərik. Bele ki, Ratişev İngilis diplomat olan Qor Uzeley “e “İran dövləti ilə ümümrusiya imperiyası arasında “əbədi sülh haqqında traktat” kimi təqdim olunan Gülistan müqaviləsini bağlanilmasında İran Qacar hakimiyyətini niyyətləndirməyə nail olduğu üçün minnətdarlığını bildirmişdir. Beləliklə öncədəndə qeyd etdiyimiz kimi İran ilə Rusiya arasında 13 ekim-oktyabr 1813-cu ildə ( hicri 1228-ci ildə, təşrin-əvvəl ayının 13-də ) Qarabağın Gülüstan adlı bir köşesində müqavilə imzalandı və adı da bu məkandan qaynaqlanır.

Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzaladı. Bu ədalətsiz anlaşmanın izmalandığı anı Türk dünyasının görkəmli şairi Azərbaycan Oğuz Türkü Bəxtiyar Vəhabzadə öz sözləri ilə çox gözəl əks etdirir: İpək yaylığıyla o, asta-asta Silib eynəyini gözünə taxdi. Əyilib yavaşca masanın üstə Bir möhürə baxdı, bir qola baxdı. Kağıza həvəslə o da qol atdı, Dodağı altından gülümsəyərək. Bir qələm əsrlik hicran yaratdı, Bir xalqı yarıya böldü qılınc tək. Öz sivri ucuyla bu lələk qələm, Dəldi sinəsini Azərbaycanın. Başını qaldırdı, Ancaq dəmbədəm Kəsdilər səsini Azərbaycanın. O güldü kağıza qol çəkən zaman, Qıydı ürəklərin hicran səsinə. O güldü haqq üçün daim çarpışan Bir xalqın tarixi faciəsinə. Əyləşib kənarda topsaqqal ağa, Hərdən mütərcimə suallar verir. Çevrilir gah sola, baxır gah sağa, Başını yellədib təsbeh çevirir. Qoyulan şərtlərə razıyıq deyə, Tərəflər qol çəkdi müahidəyə… Tərəflər kim idi?

Hər ikisi yad! Yadlarmı edəcək bu xalqa imdad?! “Əbədi barış ve dostluq” anlaşması olaraq adlandırılan bu safsata ilə Oğuz Türk yurdu Azərbaycan və Oğuz Türkü olan Azərbaycanlılar iki parçaya bölündü. Bu nəticə, güç və adalətsizliyin, gücünü birləşdirməyə nail olmayan Türk millətinə qarşı, bu günədək qazanılan bir düşmən zəfəri oldu. 11 maddədən ibarət olan bu anlaşmaya göre, bu iki istilacı-işğalcı dövlət (Rusya və İran) arasındakı sınır-sərhətt xətti Araz çayı-nəhri olaraq qəbul edildi ve Azərbaycan, Quzey AzƏrbaycan ve Güney AzƏrbaycan olaraq ikiyə bölündü. Bunun acisini,ağrısini illərlə soydaşlarımız yaşadı və yaşayır.

Bu gündə fars zülmünə məruz qalıb öz ana dillərində təhsil ala bilmir və öz torpaqlarında farslar tərəfindən ötəkiləşdirilir ,zülmə məruz qalırlar.Düşünü qardaşı-qardaşdan,iki sevəni birbirində və yurdundan ayri salan bu acımasiz anlaşma soydaşlarımızın ürəyində sağalmaz yara açdı. Sonralar, xalq arasında çox yayqınlaşan bu dörtlük, bir ulusun-millətin bölünmüşlüyünün ürəklərdə yaratdığı ortaq acının yansıması oldu: Arazı ayırdılar Qum ile doyurdular Mən səndən ayrılmazdım Zülm ilə ayırdıları. Bu ədalətsiz müqavilədən bir müddət sonar yeni bir müqavilə imzalama gərəyi duyan farslar və ruslar işğalçı siyasətlərinə davam etdilər.

İran hakimiyyəti, Gülüstan müqaviləsi ilə Güney Qafqazdakı toprağlarından vazkeçmek istəmirdi. Bu dəfə də İngiltərə və Fransa’nın yardımı ilə itirdiyi toprakları geri alma savaşına girmişdi. Sizlərə öncədən də qeyd etdiyim kimi Azərbaycanın bölünməsində ruslar və farslar qədər ingilislər və fransızlar da xüsusi “canfəşanlıq ” göstərirdilər. çünki onlar Azərbaycan Oğuz Türk yurdunu ” yağlı tikə” olaraq görürdülər. Vətənimizin verimli torpaqlar,gözəl iqlimi ,təbii sərvətləri və statejik önəmi yadların iştahını qabardırdı.Ümumiyyətlə sizlərə açıqca bildirə bilərəm ki, ruslar,farslar və avropalı işğalçılar daima Türklərə qarşı” böl, parçala və ud” siyasətini həyata keçirmişlər. 16 Temmuz-iyul 1826-ci il tarixində quzey xanlıqları geri almaq məqsədi ilə başladılan bu savaşlarda, Abbas Mirzənin idarəsində İran Ordusu’nun yenilgisi nəticəsində, 10 Şubat- fevral 1828 -ci il tarixində yeni başqa bir ingilis diplomatın, İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı.

Bu anlaşmaya görə, Naxçıvan və Rəvan (İrəvan) xanlıqları da Rusya’ya verildi. Rusya, 1850 -ci ildə Revan Xanlığı’ndan Erivan vilayəti yarataraq, gelecekde quracaqları qondarma “Ermenistanın” təməlini atdılar.Həqiqətə isə İrəvan torpaqları ən qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlı türklər çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Ruslar, Türkmənçay müqaviləsinin 14. maddəsi çərçivəsində, İran erməniləri yəni 40.000 dən çox ermnini Güney Qafqaza, özəlliklə Rəvan, Naxçıvan ve Qarabağ bölgələrinə köç etdirdi. Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər, demək olar ki, torpaqsız olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, “ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi”.

 

Beləliklə Rusya , Qafqazı xiristianlaşdırmaq siyasətinə son sürətlə həyata keçirmiş olurdu.” Xıristiyanlaşdırma” siyasəti nəticəsində, 20. yüzilin əvvəlinə qədər 1.300.000 Ermeni, sözü edilen bölgələrə köç etdirildi. Bu erməni topluluqların bir qismini Qarabağ’ın dağlıq bölgələrindəki topraqlara yerləşdirdilər.Beləliklə sözü gedən torpaqları Ermeni yerləşim bölgələri halına gətirdilər. Azerbaycan’ın bugün yaşadığı Qarabağ sorununun təməlləri, ruslar və farslar tərəfindən büyük bir ileri görüşlülükle, 188 il öncesinde atılmışdır. Sizlərə Azərbaycanımızın ruslar və farlsar tərəfindən necə bölündüyündən bəhs etdim.Bizi hər zaman bölən ,parçalayan qüvvə olan farslar və ruslar, bunu Türk millətinin birliyndən duyduqları böyük qorxuya əsaslanaraq edirdilər.

Bu günlərdə özlərini siyasətçi,akademik və ya millət vəkili hesab edən yaşini ,başını almış bəzi işbazlara Azərbaycan Türk Tarixini incələməyi məsləhət görürəm. Bəziləri deyəsən xarici qüvvələrin (rusların və ermənilərin) xüsusi sifarişi ilə heç də tarixi gərçəyliyi olmayan safsataları millətin beyninə yeritmək istəyir. Siz düşünün Azərbaycanı bölən ,parçalayan qüvvə olan rusları və yenə xiristian qardaşları olan erməniləri İrandan Azərbaycan Türklərinin tarixi torpaqları olan İrəvana və Qarabağa ,Naxçıvana ,Bakıya xüsusi işbazlıqla və işğal siyasəti ilə köçürən Rusların,Rus İmperiyasının Azərbaycanın qurulmasında necə bir rolu ola bilər? Təbii ki, heç bir rolu yoxdur! Əksinə ən ağır zərbəni Azərbaycan Türklərinə Tarix boyu Rus və FARS hakimiyyətləri vurmuşdur.Bəziləri idda edir ki Azərbaycan xalqının formalaşmasında Rusların rolu var.Bu özlərini akademik və siyasətçi adlandiranlara söyləmək istərdim ki,Sizin Azərbaycan xalqı dediyiniz Azərbaycan Oğuz Türkləri minilliklər boyudur vardir və formalaşmişdır!Biz Türklər hər zaman dövlət qurmuş və xalqları yönəltmişik.

Ruslar ,sizin o sevdiyiniz Rus İmperiyasi ,Azərbaycan xalqını yox erməni xalqının formalaşmasında ,qondarma ermənistanin yaradılmasında böyük rol oynamışlardır.Sizin söylədikləriniz QƏDİM VƏ KÖKLÜ TARİXƏ MALİK OLAN BİZ AZƏRBAYCAN TÜRKLƏRİNƏ VƏ ŞƏHİDLƏRİMİZƏ QARŞI BÖYÜK TƏHQİRDİR. Sİzİn rus sevdanız bizim Azərbaycanımızın Bütövlüyünə zərər verir və hər zaman vermişdir.Azərbaycan müstəqil Türk dövlətidir və bizlər müstəqilliyimizi şəhidlərimizin qanı ilə əldə etmişik!Bizim Müstəqil dövlətimiz və dövlət başçımız vardır! Siz hansı hüquqla bizləri rus işğalçılarının meydana gətirdiyi qondarma bir xalq kimi qələmə verməyə çalışırsınız?.Azərbaycanın müstəqilliyini əsla bu qara və məkirli düşüncələrinizlə kölgələyə bilməyəcəksiniz! Bizlərin bu dönəmdə də Mübariz və Fərid kimi canını fəda etməyə hazır ərlərimiz ,igidlərimiz vardır!


Son zamanlar dəb halına gəlib ,yerindən qalxan “Türk milləti deyilik “və ya “ruslar Azərbaycanın qurulmasında xidmət edib” ,”ruslar dəstəkləyib” kimi safsatalar yaymağa çalışır. Azerbaycanın mərhum lideri,dövlət başçısı Heydər Əliyev “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” deyə söyləmiş və bu yöndə siyasət həyata keçirmişdir! Siz hansı haqla bu siyasətə qarşı çıxırsınız?.Digər tərəfdən görünür siz ,Bakının mərkəzində yerləşən “ŞƏHİDLƏR XİYABANI” nı heç ziyarət etməmişsiniz.Çünki , orda yatan şəhidlərimizi görən birisi əsla “ruslar Azərbaycanın qurulmasına xidmət etmişdir “deyə bilməz! .

Əgər Azərbaycanın Şərqdə İLK CUMHURİYYƏTİ qurmasına dəstək və xidmət edənlərin kim olduğunu bilmək istəyirsinizsə ,sizə yenidən ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMƏYİ MƏSLƏHƏT GÖRÜRƏM.ORAYA ZİYARƏTƏ GEDİNCƏ AZƏRBAYCAN TÜRK yurdunu erməni,rus quldurlarından xilas etməyə dəstək üçün gələn Anadolu Türkü soydaşlarımızı,İstanbuldan yola çıxan Türk ordusunun əsgərlərinin yəni Türkiyənin dörd bir yanından gələn qardaşlarımızın məzarını mütləq ziyarət etmənizi məsləhət bilirəm. O zaman anlayacaqsınz kimlər bizlərə dəstək olmuşdur.Bütün bu gərçəkləri inkar etsəniz o şəhidlərin qanı və Azərbaycan Torpağının havası suyu sizlərə haram olar!

Bu arada sizlərə Mustafa Kəmal AtaTürkün bu sözlərini xatırlatmaq istəyirəm “Azərbaycanın sevinci bizim sevincimiz ,kədəri bizim kədərimizdir”.

Yəni çox yox, azacıq tarixi araşdıran gərcəkləri görə bilər. Bu sebebden qərəzli və bölücü düşüncədə olanlar yolu yol deyildir!

İstifadə edilən mənbələr:
1. 
AZERBAYCAN TARİHİ’NDEN(Rus ve Fars Egemenliği Altında Kuzey ve Güney Azerbaycan’da Kültürel Kimlik Arayışları)
Bilgicik.COM
2.http://anl.az/down/meqale/azerbaycan/2011/fevral/156832.htm
3.
Dr. Okan YEŞİLOT: “Türkmençay antlaşması ve sonuçları” makalesinden alıntı
www.mehmetcik.tr
Xüsusi Teşekkür verdiyi dəyərli bilgiler üçün Türk komutan İshak Çelik beye saygılar..

✍️YAZAR:AYNUR TALIBLI.İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyet Araştırmaları Bölümü.Yüksek Lisans.İstanbul 2017.

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture