/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Saleh Kamrani-Azərbaycan Milli Hərəkətində Fərdi Haqlar

Saleh Kamrani-Azərbaycan Milli Hərəkətində Fərdi Haqlar

OğuzTv:Haq toplumsal həyatın gərəkdiği bir olqudur. Başqa bir dəyiş ilə, haq ən azı iki insanın rabitəsinin mahiyətini belirləyən bir varlıqdır.

Eger bütün varlıqda bir insan olsaydı və ya yalniz kauynat heyvanlarla oluşsaydı, o zaman haqqında doguşunu təssevvur etmək çetin olardı. Bir misalla bəlkə üste dedigimi daha aydın gösterme şansim olar. Bir adanı təssevur edin ki, orda yalnız bir insan yaşayır ve o insanın yaşadigi adadan başqa tanıdğı bir dünya yoxdu,o zaman hər kəs təsdiq edəcək ki burda haqdan danışmaq anlamsız olacaqdır. Qalsin ki, siyasi, ictimayi, mədəni ,cəmi ve sayırə haqlar..
Butun tarixi ve elmi faktlar insanin en azından tarix sonrası, dönəmindən beri, toplu şəkildə yaşadığını göstərməkdədir.Onun üçündə elə o zamandan haq və huquq dogmuşdur. Baxmayaraq ki, bu günə qədər hələ huquq, heqiqi yerni bulamamışdır və siyasət, iqtisad və huquq dəngələməsində, üstünlük siyaset ve iqtisadla olmuşdur.
Bu dəngəsizliğə baxmayaraq, haq ve huquq normalarında, yaşadıqımız dönəmdə böyük gəlişmələr ve dəgişmələr olmuşdur. Onun ücün haqqinda, məfhumu, çeşitliliğı, mahiyyəti və…günü gündən daha gəlişmək və … aydınlaşmaqdadır. Umumi bir qənaətdə huquqçular haqqı, yasal güc olaraq, tanımlamaqdadirlar. Onun üçün haq özlügündə bir güc qaynaqıdır və bu gücüdə qanundan, almaqdadır.Qanun denildiğində. özəl bir ölkənin qanunu nəzərdə tutulmamaqdadır.Baxmayaraq kı, ölkələr qanunu öz hövzəsinde sözu gedən meşru gücə ciddi sankisyon sağlamaqdadir.
Huquqçular genel bir alanda haqqı bireysəl (fərdi),cəmi və milli haqlar olaraq bölməkdədirlər.
Biresəl haq o haqlardır kı, insan fərd olduğu üçün bütün mədəni,siyasi,kültürel ve toplumsal haqları “temettöen” və “istifaen” sahibdir. Bu haq fərdin bütün hayat alanlarını, qapsamaqdadır. Bu haqqa yeni siyasi söyləmdə vətəndaşlıq haqqı (civil rights) deyilməkdədir.
Cəmi haq, o haqlara deyilir ki, fərd bir qurup ve cərəyan vəya cinsə və ya örgütə bağlı olduğu üçün ,o haqdan yararlanmaqdadir .Partiya ,dərnək,sendika ve,…qurup və ya o cəmlerə qatılma və ya ordan ayrılma haqqı və ya qandın haqları bu qururpda yer almaqdadır.
Milli və etniki vəya toplu haqlar, o haqlara işarə etməkdədir ki, insan bir etnikə və milli azınlığa ,millətə ,məzhəbə və… bağlı olduğu üçün o haqlardan yararlanmaqdadır. Öz müqəddəratını bəlirləmə, ana dilini öğrənmə ve öğrətmə ,dini və məzhəbi, vicdani və ədatlərdən özgürcəsinə yararlanma bu bölumdə yer almaqdadır.
Bu genəlləməni nəzərdə tutaraq, ardıcıl yazilarda ,her üç önəmli haq quruplarını “Güney Azərbaycan Milli Hərəkətində” ilişkin toxunub və bu baglamda cərayan edən olayları nezere alaraq, qənaətlerimi. paylaşacagam.
Üstə gedən üç çeşitli haqqın önəminə gəlincə deməliyəm ki, huquqı olaraq, hər üçüde bir dərəcə önəmə malikdirler. Ancaq!hər üçü de ,gəlişim sürəcləri ,sankisyonal durumları və özəllikə Azərbaycan millətinin durumu açısından fərqlənməkldədir.
Bu günə qədər bütün yazılı və şifahi çalişmalarimda milli haqların üzərində çaba göstərməyə cəhd etmişdim. Ana dili haqqı, öz müqəddəratını təyin etmə haqqı, istqlal haqqı, 21Azer soyqırım məsələsi, çevrə haqqı (urmu gölü ilə ilgili) və… bu dogrultuda olmuşdur. Bu dogrultuda ehtiyaclar və zərurətlər devam edərək ,hərəkətin indiki durumu, 2 başqa haq qurublarını özəllikə bireysəl haqları günədəmə gətirilməsini və hərəkət üçün önəmini ,daha qabarıq şekildə aydınlaşmasını gərəkdirməkdədir. Baxmayaraq kı, ilkəsəl olaraq, fərdi haqlar heç zaman Azərbaycan Milli Hərəkətində heç bir müxalifətlə qarşılaşmamişdır və yazar bir insan haqları aktivisti olaraq fəaliyetlerinin cox bölümünü əməldə bu sahədə sərf etmişdir. Ancaq! etiraf etmək gərəkirsə qəbul etməliyik, bu sahədə lazımlı qədər çalışılmamışdır və bu boşluq hərəkətin sağlam istiqamətdə seyr etməsinə ciddi zərbə vurmuşdur.
Bu sahədə, hərəkət içi demokrasi, ploralizim, təsahul, insani kəramet, fərd və ayilə və özəl yaşam ,güvənligi,hərəkət içi söz azadlığı və buna bənzər ciddi məsələlər umumı olaraq, tartışılmamışdər. Bəzi dağınıq çalışmalar şəxsi ixtilaflara, bulaşdıqından dolayı, ciddi bir umumi mübahisə və təhqiq alanı oluşduramamışdır. Bu nədəndən dolayı, bir cox insan və milli faalımız özü və ayiləsi özəl yaşam və düşüncə və inanc haqqı əzilməsinə məruz qalmışdır.
Demokratik və fərdi haqların lazimi gədər dərinləşməməsindən dolayı ,hərəkətin umumı görüntüsünə həm Azərbaycan milləti nəzdində həmdə başqa millətlər və cərayanlar içində yalnış görüntü yaranmışdır və bu vəsilə ilə hərəkət ciddi mütəzərir olmuşdur. Butün bunlar bu sahənin nə qədər önəmli olmasına yetərli dəlildir. Bu sahənın genişlənməsi və dərinləşməsi insani dəğərlərin yüksəlməsinə ciddi qatqi sağlıyacağına inaniram.Onun üçün toxunduğum qonularda şəxsi davaları bir tərəfə buraxıb ,uumi məsələlərə toxunacağım. Ancaq şəxslərin huquq dışı əmməllerini tənqid ve qınamaqdandan vaz geçməyəcəğim. Sonra kı, yazım bu doğrultuda olacaqdır.

 

Azərbaycan Milli Hərəkətində Fərdi Haqlar 2. (Insan istiqlali)

Kəçən məqaləmdə gənəl məslələrə toxunmaqima rəğmən ,müxtəlif və bəzən təzadlı təpkilərlə qarşılaşdım.Təpkilər umumiyətlə müsbət olmasına rəğmən ,ciddi mübahisə və diskosya fəzası içərilikliğindən yoxsunudur.Bəzi təpkilərin gündəm fəzasindan özünü qurtara bilməiği üçün tamamilə ilgisiz bir zəmində seyir etməkdəydir. Sözü gədən yazının facəbook ,email qrupları, bir bəzi sitələrimiz istisna olaraq hər yerdə yayılması, məni sevindirib və daha maraqlandırmasılə birlikdə ,qonunun hərəkətimiz üçün nə qədər gərəkli olduğuna da ciddi bir işarətdir.
Bəzi təpkilərdə media huququna zid ,örtülü və bəzən acıqcasına mənim təkcə imkanım olan facəbook sayfamda yox bəlkə də! başqa bir geniş media vasitəsilə mənə cavab vərmə imkanı olmadan səsləndirimişidir. yöntəmin dəvam etməsini hərəkətimiz cıxarlarına uygun olmadığını düşünərək, hərkəsın huquq çərçivəsində mənim yazılarıma eləşdiri haqqının olduğunu və o haqqın bir müdafiəçisi olduğumun bir daha altını çizirəm. Azərbaycan milli hərəkətinin gündəm məsələlərindən ,bəzi geçici rahatsızlıqların olub olmamasınan asılı olmayaraq, insan haqları, azadliq, demokratik və.. başqa dəğərləri daxili mübahisələrin hər zaman lazim olmasını bir daha xatırlayıb və bu doğrultuda yazılarımı dəvam etməyə çalışacağımı düşünürəm. Muqqədəməni bundan artıq uzatmadan bütün təpki göstərənlərə təşəkkürümü bildirərək ikinci maqalənin əsas qonusuna geçirəm.
Nədən Insan Istiqlali?
Insan istiqlali fərdi haqlarıdan sonuc olan ,bir huquqi məhsuldur və təməl haq və özgülüklərin ana amacını oluşdurmaqdadır.Buna insan haqları çalışmalarında insan özərkliğidə deyilmakdədir.
Bağımsızlıq, özgürlük, insan özgürlügü, bireysəl özgürlügü və… qonus ilə tam irtbatı olan kələmələr və mübahislərdir. Bir yığcam sözlə bir fərdin butun siyasi, iqtisadi, içtimayi , kütürəl və..toplaşmasıla insan istiqlalani oluşumunu sağlayan haq var olmaqdadır. Başqa bir deyişlə müstəqil insan o insandir ki bütün sözü gedən haqlari (subutən və isbatən) normda və pratikdə sahib olsun.
Bəzi düşüncə və idolojik sistemlərdə insan özərkliğindən (Insan kəraməti və Zati haqlar ) də söz edilməkdədir. Bu haqqa onun üçün birdə təməl haq və özgürlüklər dəyilir ki bu haqlar insanin şəxsiyətilə o qədər qaynaşmış ki uluslar arası toplumlar bunu , bu unvanda tanıyır və onusuz insandan bir şəy anlamaq mumkun olmur. Insan bağımıslığını təmin edən haqlar özət olaraq bunlardan ibarətdir, yaşam haqqı, sərbəst getgəl, dolaşma, səfər etmə və mühacirət haqqı, yaşam yeri və məskun edilmə ixtiyari, özəl güvənlik və toxunulmamazlıq haqqı, sərbəst yazişma və mukatibə ,telefonlaşma, bir sözlə özgür müxabirat haqqi, şəxsi sir və özəl həyatının ifşa olunmama haqı və şəxsi əsrarı toxunulmamazlığı, daxili və özəl yaşama azadlığı, fikir, düşüncə, məzhəb və söz azadlıgğı və….
Göründügü kimi, əgər ustə gedən haqların yerinə gətirlməsi olmazsa, insan kəramətli, özgür, bir sözlə insan kimi yaşayışının oluşması olumsuzdır.

Fərdi haq çeşidlərinin hər birisi özlüğündə bir mübahisə və yazi qonusudur və onların hər təktəkinin açıqlanmasını gələcək yazılara buraxmaq zorundayam, Məsələn yalınz yaşam haqqın nəzərdə tutarsaq bu qonu özlüğügündə insan haqlarının unurqasını oluşdurmaqdadır. Ona görə ki, insanın ölüm qalımı məsələsilə ilgilidir və hər insan təbii ölümlər dışında, bilərək və ya bilməyərək agır basqılar nəticəsində ölub və ya öldürülməməsini əngəlləməkdədir, başqa dəyişlə insan nəfsini qoruyan ən təməl ilkədir.

 

Bu qonunu əlahəddə olaraq huquqı incələmək və qonumunu insan haqları və uluslar arası eynı halda İran huquq sistimidə bəlirləmək, onun ilgisini Azərbaycan toplum ilə aydınlaşdırmaq, Azərbaycan milli hərəkətinin qonus ilə ilgili tutumu görəbiləcək işlərin bəyan ətmək yeri boş və eyni halda yapılmamış işlərdən biridir. Üstə gədən ilkə və haqları hər təktəki bu önəmə malikdir. Bunların bir coxu hakimiyyət tərəfindən əzildiği üçün və milli hərəkət bir milli və azadliq mucadiləsi içində oldugundan dolayı, bəzisisə həm hakimiyyət .həmdə təssuflə bəzən milli hərəkətə mənsub olan və ya mənsub olmayan, ancaq! özlərini mənsub göstərən ,eyni halda rəyasiti faliyət içində olan mərkəziyətci opozisiyon tərəfindən pozulduğu üçün diqqətə alınması gərəkməkdədir.
Ustə gədən haqların içində milli hərəkətlə oludugu irtbat və əhəmiyyət , eyni halda əhtiyac etibari ila, şəxsi və daxili yaşamda haqqı və özgürlügü incələmək üçün öncəlik qazanmaqdadir.
Ona görə ki bu ilkənin yətərincə açıqlanması və təsuflə bazən hərəkət daxili ciddi şəkildə pozulması, hərəkətimizə və insanlarımıza ciddi ruhı, mənəvı və insani zərər və ziyan vurmuşdur.
Bu qounuya girməkdən öncə bir məsələni vurqulamaq zorundayam. Sırf kilasik huquqı tartışmların tərh olmasının yararlı olmasına rəğmən, qonun milli hərəkətlə doğru düzgün irtibatinin bəlirlənməməsi təqdirdə yorucu və nəticə etibarila əz faydalı olması düşüncəsindəyəm. Ona görə ki, Azərbaycan milli hərəkəti siyasi içtimayi bir hərəkət oldugu halda eyni halda bir düşüncə sistimi olduğuna da düşünürəm.Ötə yandan hərkətin böyüməsi ilə bəzi sorunlarla qarşı qarşı gəlməsidə qaçınılmazdır. Bizim görəvimiz bu sorunları tanıyıb və açıqlamaq və onların azalmasına yardım etməkdir. Bu sorunların ən önəmlisi milli dəyərlər və demokratik dəyərlərdən suistifadə edilməsidir. Bu şəkildə ki ,bəzi şəxlər və cərəyanlar özlərini demokratik dəyərlərin mütəvəllisi sayaraq, əllərindən gələn basqı və hücümləri milli dəyərlər və onun daşıyıcıları ələyhinə yapmaqdadərlar.

 

Ötə yandan bəzi şəxslər və cərəyanlar milli dəyərlər təqəddüsünə sığınaraq ,demokratik və insani haqlar ilkələrini əzməklədir.Öncə adını çəkdiğim səxslərə və ya cəraəyanlara bilərək, cox hallarda bilməyərək ,zəmın yartamaqdadırlar. Onun üçün, mill hərəkət mənsublari hər şəyin doğru düzgün yərini bulmaqda çaba sərf etmkləri ən gərəkən görəvləridir. Dünyada və Azərbaycan muasir tarixində öncə adı çəkilən zumrələrin nə qədər öz millətlərini fəlakətə sürüklədiklərini hər kəs bilməkdədir. Nə cox ölkələr ki milli dəyərlər, dini və ya geyri dini idolojilər təqqədu altında suri və zahiri bağımsizlıqa goşulmaqla birlikdə bütün insani dəyərləri başda öz millətləri olmaq şərtilə yox etmişlər.

 

“Zambia” , Ərəb ölkələrinin coxu gecmiş Soviyet-lər birliyi, və… bunun ən açıq örnəkləridirlər və nə cox ölkələr ki demokratik dəyərlərin aydınları və lidərlər tərfindən yalınş düşünülməsi və bəzən oyuncaq olması nəticəsində öz milli muqəddəratından yoxsun düşmüşlər və insalarıla bərabər sömürgə durumuna düşmüşlər. Bunun ən açıq örnəyi Günəy Azərbaycnın indi ki, acınacaqlı durumudur. Onun üçün insan istiqlalı olamdan milli istiqlalın, və milli istiqlalsız insan istiqlalənın gərçəkləşməsi boş şözdən başqa bir şəy ola bilməz. Bu dogrultuda ünlü ondər “Məhəmmədəmin Rəsulzadənin 2 tarixi ( İnsanlara azadlıq ,millətlə istiqlal) tarixi sözu hələdə öz aktuəlliğini göstərməkdədir .

Bu xatırlamanın gərəği Azərbaycan milli hərkətində, birinci məqalədə vurgulanan, üç qurup haqların dogru düzgün acıqlanması və hərəkətə tərfindən mənimsənməsi, milli hərəkətimizi sağlayanlardan biri sayılmaqdadır .Bu məsələnın mənimsənməsi hər hankı gələcək diktorluqlarin və əyni halda geyri milli oluşumların var olmasına ciddi bir əngəl olma rolu oynayaraq, başarılı olmasını düşünürəm.
Əğər milli hərkət indi ki, durumunda hərhansı dikatorluq, istər şəxsi və quruhi karizmalardan törənən və ya bəlli maddi mənəvi imkanlardan qabaga gələn zəminləri və eyni halda hər hansı popülər düşüncə bazarlıqlarından törənən milli caydirmalarının önünü kəsəməzsə, gələcəkdə ciddi təhlükələrdən qurtarma şansı sıfır dərəcəsindədir.Umudu edirəm gələcək yazilarda bu xatırlamalar gərək qalmasın.

Dədik ki, özəl daxili və özəl yaşama və özgürlük haqqı indiki durumdan incələnməsi öncəlik daşımaqdadır, ona görə ki hərəkət bu noqtədən ciddi şəkildə zərər almaqdadır.bu ilkə İran islam cumhuriyəti tərəfindən ciddi şəkildə pozullaraq içəridəki milli falların özəl yaşamını təhlükəyə salmişdir, xaricdə isə azad fəzadən su istifadə edərək həm rejim tərəfindən ,həmdə bəzi həddini bilməyən insanlar tərəfindən pozulmaqa mərüz qalamqdadır. Bu ilkə birinci dəfə olaraq 26, August 1689 ilərdə Fransa insan haqları və vətaəndaşlıq bəyannaməsində öz əksini tapmışdı, sonralar isə ,Amerika və başqa coxlu ölkələr ana yasasında yansıyaraq təməl haq və özgürlüklər sıralarına geçmişdir. Bu ilkə eyni halda uluslar arası insan haqları bəyannaməsı, uluslar arası mədəni, siyasi və uluslar arası siyasi, mədini iqtisadi və kütürəl konvansionlarila yanaşı bir cox anlaşmalarda norm olaraq öz yərini təsbit etmişdir.
Bu haq öncədən ibarətdir ki hər fərd şəxsən eliyə bilər şəxsən başqalarnın müdaxiləsi olamdan o yaşamına dəvam etsin. Bu haq cox yayqın haqları qapsamaqdadır, .O cumlədən özgürcəsinə atifi şərik seçmək, öz yaşam tərzini bəlirləmək, zahiri profile, necə geyim seçmə, dost seçmə, ayilə ilişgiləri, necə va hanki siyasi, iqtisadi, kütürəl və… fəaliyətlərdə bulunmamaq, şəxsın cısmnı kimin və ya kimlərin görüb görməməmisi, onu ləms edib etməməsi, ayilə güvənligi, ev güvənligi və…

Şəxi hayat gövənlgi, o anlamdadir ki şəxin yaşamı media, dövlət, başqa insanlar tərəfndən müdaxilə olmaqdan qorunmaqda olsun. Burda yalnız bir istisna var onuda qanun bəlirlər. Qanunua gəlincə huquqı olaraq ,hər hansı qanun ki, insani dəyərləri içərməsə, zahirdə qanun görünsədə gerçəkdən qanun sayılmır və butun qanunun vericilər bu ilkələri gözləmək zorundadırlar.
Indiki durumda bu ilkə ciddi şəkilə İran İslam cumhuriyəti tərəfindən butun millətlər, özəllikə Azərbaycan milli fallari üçün pozulur və nəticə etibarı ilə bir insan haqları pozuntusu sayılır. Bu ilkə hərəkət içindədə bəzən pozulmaqdadır istər içəridə olsun istər dunyanın hər bir yərində, insanlarin şəxsi həyati qanun dışı təftiş və hətta ifşa olunursa, bu əməllər tamami ilə huquq dışı əməllər sayılır və hər bir ölkə huquqı pozulan şəxsə yetkili məhkəmələrə başvurma və maddi, ruhi və mənəvı zərərnin qarşılanmasını tələb etmə haqqı yaratmaqdadir. Bu haq özəlliklə bu günlər daha cox internet alanındə pozulamqdadir .Cinsəl ilişgilər, ayilə filimləri və narkotik qullanma kimi olaylar daha cox adlim insanlarlarla ilgili tipik numunələr oluşdurmaqdadir.

 

İranda bu curmulərlə ilgili hala qapsamlı bir qanun bulnmamaqdadir, ancaq bəzi qanunı zərfiyətlər belə mucrimləri təqib etmək ,üçün aramaq mumkundur. Amerika və Avrupaya gəlincə, bu curmlər qanunvərıcilərin və yarqı sistiminin ciddi və sərt təpgisi ilə qarşılanmaqdadır. Bu ölkələrdə belə suçluları ağır para cəzası və həpslər gözləməkdədir. Örnək olaraq, bir Amerikali şirkət Amrikan ulduzu (Parişilton)nan 2 dəqqəlik filim yaydıqı üçün, mutəzərririn 30 milyon dolarlıq təzminat davası ilə qarşılamışdr.

 

Buna bənzər Amerika və Avrupada yüzlərcədir. Özəllikə Avrupada bu tipli qanun pozuntularına ciddi həssasiyət var və hatta bəzi ölkələrdə o cumlədən Fransda bu haq ana yasya girmişdir.
Haqqın pozulması toplumda mənəvi və pisikolojik güvənsizlik yaradır və toplumu qarşılaşılmaz zinyanlara məruz qoyur.

Bizim hərəkətdə qaydadən istisna dəgildir. Bir coxlu tanımış və ya tanınmamış insanımız bu haqqın pozuntusuna məruz qalmışdır, o cumlədən şəxsi ilişgilərinin onlara mənsub olub olmamsından asılı olmuyaraq internet sahəsındə ifşa olunması, bir cox insanimizin o ya bu şaxs tərəfindən o ya bu ölkənin casusu elan olunması, qacaqçi, mafyaçi ,terorçu və ya terorist təşkilatlarin dəstəkçısı olmsında suçlanmaları gəniş şəkildə yayılmışdır. Bunlar hamısı özəl yaşam haqqı pozmaqdadır və hərkətimiz eyni halda mutəzərir olan isanlarin rəvani və mənəvi güvənlərini yaralamadadır. Bunlar hamısı Avrupa və Amerika məhkəmələrındə təqib oluna bilən suclardırlar. Əgər hərəkətə güclü və təcrubəli huquqçular və Avkatlardan oluşan inasan haqları təşkilatlatimz yaranarsa, bu tipli vətəndaşlarımıza huquqı yardımları vərməklə hərəkətimizn və dolaysıla toplumumuzun əminyətini qorumaqda ciddi rol oynama şansımız ola bilir. Bizim kimsəni məhkum və ya hakim etməyə nə haqqımız nə də görəvimizdir. Bu haq və görev yalnız yətkili məhkəmələrə ayitdir. Ancaq ilkələri gənəl olaraq açıqlanması və hərəkət tərəfindən mənimsənməsinin alt yapısını sağlamqda ciddi faydası olacağını düşünürəm. Gələcək yazida başqa fardi və təməl haq və özgürlükləri qələmə almaq umudu ilə.

Saləh Kamrani
İSvəç

 

 

Comments,Baxışınız
oguz gif telegram