/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Türk Diyari Güney Azərbaycan Bilinən, Amma Gözyumulan Gərçəkləri -AYNUR TALIBLI

Türk Diyari Güney Azərbaycan Bilinən, Amma Gözyumulan Gərçəkləri -AYNUR TALIBLI

OğuzTV:Azərbaycan, Oğuz Türk Yurdu, ərlərin, ərənlərin torpağı, başı bəlalı vətənimdir. Tarixin hər dönəmində düşmənə yağlı tikə kimi görünən torpağımız yağı düşmanın daima hədəfi olmuşdur. Amma biz Oğuz türklərinin çox gözəl atalar sözü var: “Aləmdə şər, oğuzda ər tükənməz”. Bu dəyərli sözlərin Dədəmiz Qorquda aid olduğunu da söyləyənlər var .

 

Həqiqətən çox dəyərli və doğru sözlərdir. Mən hər zaman bu düşüncədə olmuşam . Türk yurdunun, obasının qoruyan ərlər, igidlər və xanımlar, xatunlar var olduqca türk yurdu var olar. Hər zaman bunun önəmini anlamalı və bu bilinclə yaşamalıyıq.(1) Bu vətəni qorumaq bizlərin borcudur.
Vətən torpağının bütünlüyünü yenidən bərpa etmək də əsas vəzifəmiz olmalıdır. Bütöv Azərbaycanın, türk yurdumuzun parçalanmış halı həqiqətən insanın qəlbini parçalayır. Bizim söz haqqımız olmadan torpaqlarımızın yad qüvvələr (farsla, ruslar və ermənilər) tərəfindən bölünməsini qəlbimdə açdığı yaranın acısını, bu nacizanə misralarımda əks etdirirəm:

Parçalanmış doğma yurdum,
İlk beşiyim,son mənzilim,
Atalardan yadigarsan,
Yad əlində İrəvanım,
Həsrət dolu Kəkükümsən.
Boynu bükük Qarabağım,
Gözü yolda Təbrizimsən.
Sən Türk eli,Türk yurdusan!

 

Dəyərli  həmvətənlərim,   bizdən ayrı  düşən vətən   torpaqlarımız  unutmamalıyıq.  Soydaşlarımızın yaşadığı tarixi torpaqlarımızda, öz yurdlarında məruz qaldıqları zülmə göz yumarıqsa, onlara qarşı xainlik etmiş olarıq. Bu gün Kərkükdə axan qan, Qarabağda əsir düşən ana -bacılarımızın, qardaşlarımızın taleyi, Güney Azərbaycandakı soydaşlarımızın məruz qaldıqları fars zülmü bizim əsas  milli dərdlərimizdən, problemlərimizdəndir. Tarixi torpaqlarımız və soydaşlarımız Azərbaycanımızın əsasıdır.

Tarixi Azərbaycan Əraziləri

Çünki bu torpaqların sahibi bizlərik. Bu yazımda sizlərə Azərbaycan türklərinin torpağı olan, ümumilikdə türk mədəniyyətimizin mərkəzi hesab ediləcək tarixi zənginliyə, mənəvi ruha malik olan Güney Azərbaycanımızdan və ordakı soydaşlarımızdan  bəhs edəcəyəm. Müasir dönəmdə farslar tərəfindən məruz qaldıqları zülümdən və görməzdən gəlinən acı həqiqətlərdən söz açacağıq.

Sizlərin də bildiyi kimi tarix boyu farslar türk millətinə qarşı daima gizli və açıq şəkildə bir düşməncilik güdmüşdür. Bu yolda farslara zaman-zaman ərəblər, özəlliklə tarixçi adlandırılan ərəblərdən bəziləri dəstək olmuşdur. Buna örnək olaraq İbnül-Esrin (İzzəddin İbn əl-Əsir) adını çəkə bilərik. Belə ki, böyük  ərəbdən olma – kürd tarixçisi İbnü’1-Esir belə yazar: Səlcuqlu sultanı Toğrula İranda nəfis bir badəm tatlısı – şirniyyatı olan lavzinec verildikdə, bunu şapır-şupur mədəsinə endirib “İyi bir tutmaçdır (tutmac anadolu türklərinə aid ayranlı bir çorbadır), ama içində sarımsaq yoxdur” dedi.

Baxın bu, XI yüzildə türklərin farslara necə göründüyünü əks etdirən bir tablodur. Nəfis yemək bişirmə sənətindən belə anlamayan barbar bir millət. Həqiqətdə burada dilə gətirilmiş olan aşağılama, eyni ilə xalqlar arasında var olan hər türlü nifrət kimi bilgisizlikdən qaynaqlanmaqdadır. Özlərini həddindən çox dərəcədə öz mədəniyyətlərinə bağlamış  olan farsların , VIII əsrdə tikilmiş Orhon yazılarından da, bunların qeyri-adi gözəllikdə ədəbiyyat əsərləri olduğundan da xəbərləri yox idi. Bir qismini  Kaşğarlı Mahmudun yazıya aldığı əski türk dastanlarını bilmirdilər, çox zəngin Uyğur Türk ədəbiyatını heç tanımırdılar. Məlumdur ki, farsların çoxunda Türklərə qarşı nifrət bu günə qədər öz hiddətini qoruyub saxlayır.

Örnək olaraq, Fahrüddin Şadmanın Teshir-i temeddün-i Frengi başlıqlı kitabında bu nifrət bu sözlərlə dilə gətirilir: (Tahran 1948, s. 24)(2) “Avropalılar nə yalın ayağ, ac və köçəri Ərəblərə, nə də düzənlədikləri basqın və qətliamlardan sonra atlarından enib bir müddət dincəlincə bizim naxışlarımızın və bağça şənliklərimizin əfsununa düşən, təsirində qalan… daha sonra da Mövlana Cəlaləddin-i Ruminin, Sədinin, Hanzın şeirləriylə əhliləşən içkici, qana susamış türk və moğollara bənzərlər..”(3). Bu sözlərdən bəlli olur ki, farslar hələ də tarixi bilmir və Orhon kitabələrindən, qədim türk dastanlarından ya xəbərləri yoxdur, ya da fəsdalıqdan və türklərin minilliklərlə onlara hökm etməsindən irəli gələn əzikliklə bu həqiqətləri görməzdən gəlirlər.

Bu gün xəritələrdə “İran” adlandırılan Güney Azərbaycan xalis türk yurdu, Azərbaycan türklərinin torpağıdır. Əslində İran adının tarixə nəzər saldığımızda bir uydurmadan ibarət olduğunu görərik. Bəzən, İran adının mövcud olma tarixini M.S. V-VI. yüzillərdə Sasanilər zamanında qələmə alınmış “Avesta”dakı mifolojik “İranviç” adı ilə bağlaşlandırılmışdır(4). Ancaq “Avesta” araşdırmacısı, illərdən bəri bu abidəni araşdıran və İran üniversitetlərində “Avesta” Pəhləvicəsinin hocalığını, müəllimlikliyini edən  Prof. Dr. Hüseyn Düzgünə görə, “İranviç” günümüzdə uydurulmuş yapay-sonrdan uydurulan kəlimədir və “Avesta”da belə bir ad yoxdur.(5) “İran” adı əslində folklorik, mifoloji bir qavramdır.

Bəzi araşdırmaçılar hesab edir ki, “İran” sozü  fars şovnizminin babası Firdovsi tərəfındən qələmə alınmış bir əfsanədəndir. Fars milli ruhunu yüksəltmək üçün Firdovsinin mifologiyaya dayanaraq, bəzən də öz xəyal gücünün ürünü olaraq yazdığı “Şəhnamə” əfsanələri, İran-Turan savaşlarını yansıtmaqdadır. Əslində əsərdə bəhs edilən İran somut-həqiqi tarixdə var olan bir qavram deyil.

 

Buna görə də, araşdırmaçılar bəzən Farsistanı İran, Azərbaycanı Turan saymış, bəzən də Farsistan, Pakistan və Əfganıstan, Tacikistanla birliktə İran, Orta Asya Türk Cumhuriyyətlərini  də (Türkistan) Turan hesab, qəbul ediblər. Amma qədim tarixi-coğrafi qaynaqların heç birində  İran adı qeyd edilməmiş, sadəcə mifolojik qavram olaraq  “fasların yaşadığı yer” olaraq bəhs edilmişdir. Məsələn, Firdovsidən bir müddət sonraya aid Mahmut Kaşğarlının “Divanü Lüğat-it-Türk” (XI. yüzil) əsərinə əlavə edilmiş, dünyanın bilinən ilk Türk xəritəsində Azərbaycan, Xorasan, Kirman, Fars, hətta Cabarka (Yaponiya) göstərildiyi halda, “İran” ismi göstərilmirdi. Amma nədən İran ismi göstərilmirdi? Halbuki Kaşğarlı bu coğrafiyanı çox gözəl bilir və burda var olan coğrafi məkanlara və adlarına bələd idi.

Hətta “Divanü Luğat-it-Türk”ün əlimizdəki nüsxəsini XIII. yüzildə çəkən Mehmet bin Abubekr Savəli Güney Azərbaycanın Savə (Ərak yaxınlığındadır) kəndindəndir, yəni, İranı da tanımalı və tanıtmalı idi. Amma xəritədə İran yoxdur, çünkü bu  “iran” sözü o dövürdə bir mifolojik qavram olub nə siyasal, nə də coğrafi baxımdan gerçəyi yansıtmırdı. Gərçək, xəritədə göstəildiyi kimi idi və bu torpaqlar iran yox Azərbaycan Türklərinin torpaqları idi.(6)
Antik dövürdən qalma bir gələnək olaraq avrupalıların Persiya/Persian dedikləri dövlət – ölke XIX yüzyilə qədər İran olaraq adlandırılmamışdır; hətta  Güney Azərbaycanı bizdən ayıran rəzil və tarixin ən ədalətsiz müqaviləsi olan, “Gülüstan” müqaviləsinin (12.10.1813) Rusca mətnində “Persidskoe qosudarstvo” (Persiya Dövləti) yazılmış, farsca mətnində isə “Doulet-e Şahenşahi” (Şahlıq Dövləti) adı keçmişdir.(7). Sizlərə də bəlli olduğu kimi 997-ci ildən 1925-ci ilə qədər, yəni  təxminən min il boyunca  indi  dünya xəritələrində İran adlanan torpaq türk egemenliyi altında qalmışdır.

Bu min il ərzində bu torpaqlarda saray və ordu mənsublarını, soylu təbəqəni türklər təşkil edirdi. Məhs bu səbəbdən Pəhləvi xanədanı dönəmində, yəni 1925-ci ildən sonra bu günümüzə qədər, hazırda İran adlanan yerdə türklüyün kültürəl etkinlikləri – gələnəksəl özəlliklər həmən bütövlüklə qadağan edilmişdir. Türklərlə əlaqədar hər cür mövzuda da elmi araşdırma aparmaq  çox çətinləşmişdir.(8)

Bunun səbəbi heç şübəsiz farsların türklərin onlara yenidən hökm etməsinin önünü alma siyasətidir. Çünkü əhalisinin yarıdan çoxunun türk millətinə məxsus olması və türklərin öz soyunu və dəyərlərini araşdırıb, keçmişini unutmazsa yenidən küllərindən doğaraq onlara hökm edəcəyini farslar çox gözəl bilirlər.
“İran” kəliməsi farslar hər nə qədər “fars yurdu” kimi qələmə versələr də , fars ölkəsi və ya farsi anlamda istifadə edilməmişdir.  İranda heç bir zaman “Pars” adlı bir yer və “Parsiyan” adlı bir qövüm, qəbilə olmamışdır. (Purpirar 1381/2002a: 155).(9)“İran” bir ölke adıdır (Heyet 1371/1993: 18).(10).

“İran” və ya “İranilik” fars və ya farsi anlamını ifadə etmir. “Qafqaz” kəliməsi deyincə nə qədər gürcü, nə qədər Qabartay və ya çeçen anlaşılırsa, İran deyincə də o qədər fars anlaşıla bilər. İran, fars etnik qrupunun adı deyildir. Əgər “İran” adı ilə bir millət ifadə ediləcəksə “Türk”ü ifadə etmək daha uyğun olacaqdır. (11) Bu fikrin nə qədər doğru, düzgün olduğunu İran adlanan yerin etnik tərkibini araşdırsaq daha aydın görərik.

.
DAVAMI VAR……

İstifadə edilən mənbələr:
1. Tarih və medeniyet araştırmacısı Aynur Talıblı’nın “Yeni Türk nəsli necə yetişdirməli” isimli       məqaləsindən,
2. .Tahran 1948, s. 24.
3. İRAN’DA TÜRKLER* PROF. DR. GERHARD DOERFER,
4. Rafael Blaga, ‹İran Halklar› El Kitab›, 1997, s. 97.
5. Hüseyn Düzgün (Sad›k), Der Bare-ye Zebanhayi ‹rani, Babek Yay›nlar›, Tahran, 1972.
6. SATRANÇ TAHTASINDA AZERBAYCAN ve FARSİSTAN Arif REHiMOĞLU*, Avrasya        Dosyası s.345.
7.  Şövket TağIyeva, Ekrem Rehimli, Semed Bayramzade, Güney Azerbaycan, Orhan Yay›nlar›.        Bakü.2000., s. 20.
8. İRAN’DA TÜRKLER* PROF. DR. GERHARD DOERFER, s.243
9.  PURPİRAR, Nasir (1381/2002a), (Teammül-é Der Bünyân-é Tari{-é İran), Devazdeh Ġern    Sükût! Kitab-é Evvel: Ber Âmeden-é He{amenişyân, Neşr-e Karenk, Téhran.
10.  HEYET, Cevad (1371/1993), Azerbaycan’ın Türkleşmesi ve Azerî Türkçesinin Teşekkülü,    Varlık, S. 87, s. 5-20, Tahran.
11. İRAN TÜRKLERİ.Yazan Dr. Ali Kafkasyalı, istanbul  2010,s. 29.
P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyəxüsusi təşəkkürümü bildirirəm!

 

YAZAR:AYNUR TALIBLI.TARİH VE MEDENİYET ARAŞTIRMACISI .İSTANBUL 2017

Comments,Baxışınız
oguz gif telegram