/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş »  TÜRKLƏRDƏ BAYRAQLAR,SANCAQLAR VE TUĞLAR……

 TÜRKLƏRDƏ BAYRAQLAR,SANCAQLAR VE TUĞLAR……

OğuzTV:Tarihdə var olan əski dövlətlərin və millətlərin mövcud olduqlarını sübüt edən ən mühüm  fakt -dəlillər ,simgələr bayraqlardır. Bayraqlar həm də var olan dövlətlərin mədəniyyətlərini ,qiymət verdikləri mənəvi dəyərləri özündə əks etdirir. Bu baxımdan bayraqlar , başqa deyimlə sancaqlar  və ya aləmlər dünya tarixində mühüm önəmə sahibdirlər. Biz Türklərin ataları əski və köklü dövlətlər qurduqlarından ,bizim də mədəniyyətimizdə bayraqların xüsusi əhəmiyyəti vardır. Bu yazımda “bayraq nədir?sualına cavab tapacağam ,türklərdə bayrağın önəmindən və bayraqların,sancaqların və tuğların fərqindən  bəhs edəcəyəm.
 İnsanlıq tarixinin ən qədim ,ən ərdəmli və dəyərli duyqularından biri heç şübəsiz vətən millət və bayraq sevgisidir.(1)Bayraq bir ruhdur.Minlərcə ildən bəri əldə daşınmış ,evə asılmış və şəhidlərimizin məzarlarının üzərinə sərilmişdir. Ovda və savaşda ondan yardım dilənilmişdir. Uğurun bayraqda olduğuna inanılmışdır. Bayraq qoruyucu bir ruhdur.Bayraq ölərmi?
Ölməz!Çünki o Türk  millətinin soyunun bir  kökü və simgəsidir.(2)Türklərdə bayrağın kökü yerə sağlam saplanmalı,başı isə göylərdə olmalı və ən uca yerdə dalğalanmalıdır. Bu yerdə ilk Azərbaycan Cumhuriyyətinin  qurucusu ,görkəmli ədibimiz,Türk millətinin dəyərli düşünürü Məmhəmməd Əmin Rəsulzadə  bu sözlərini xatırlatmaq istərdim”Bir kərə yüksələn bayraq, bir daha enməz!” Türklərin bayrağa verdiyi dəyəri və bu sözlərdə əks etdirilmişdir.  Türk tarixinin önəmli tarixçilərindən olan  Prof. Dr. Bahaeddin Ögel bayraqla əlaqədar bunları qeyd etmişdir.:”Bayraq qoruyucu bir ruhdur. O, bir zəfər tanrısıdır. Bayraq qutlu- müqəddəs və mübarək bir insan kimidir; əsəbləşər, sevinər, küsər, düşerse onu tutanlarda yox olur. Kökü, dibi yerde; başı ise göylerde olan bir varlıqdır. Göylərdə enginləşir, yayılır, ucalır, millətlərin soyunun ve kökünün semvoludur.”(3)                 
 Bayraq sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər vardır. Kimisi “bayraq” sözcüyünü ərəb mənşəli hesab edir ,râye və liva kəlimələrinin qarşılığı olan “bayrak” keliməsinin  Türkçe qarşılığın alem veya yaygın olarak “sancaq” olacağını düşünür. (4). Sancak, orduların təmsil etdikləri dövlətin əlâməti-simgesi olaraq istifadə etdikləri bayrağın adıdır. Simge: Belli bir insan öbeğinin,topluluğunun razılaşma yoluyla hər hansi bir əşyaya bəlli bir anlam verdiyinin göstərgəsidir. Bir şeyi göstərən, bir anlamı, bir düşüncəyi bildirən görülə bilir nəsnədir. Görülməz bir gərçəkliyi canlandıran imge ya da özəl-xüsusi nəsnəyə simgə deyilir. Bu mövzuda baxınız. Bedia Akarsu, Felsefe Terimleri Sözlüğü, İnkılâp Kitapevi, İstanbul, 1988, s.16.(5) Bayrak, çox  qədim bir şeydir. Əski Misiırlilərlə, müasir mövcud olan yaxud onlardan mədəniyyət örnəyi alan qövümlər nəzərində bayraq qoruyucudur . Dünya millətləri nəzdində əks etdirdiyi məna çox böyük olan bayraqlar, qədim Türklərdə də bir xeyli önemliydi. Türk tarixində tuğ namıyla anılan şey əski Türklərin bayrağı idi.
Image result for bayraqBayrak: Bir millətin varlığını, bir dövlətin hâkimiyyətini təmsil edən əsgərî və ya bənzəri bir müəssəsənin rənglərini, əlâmətlərini daşıyan  bir mizrağın ucuna dalğalanacak şəkildə asılan semvol, işarət, şey, râyət, sancak, aləm(6)olaraq tanımlanmaqdadır. Yenə  sancak keliməsinin ərəbcə  qarşılığı bayrak və ya aləmdir. Çağatay lügətində “baydaq” olaraq keçməkdədir. Bu sözcük Azərbaycan Türkçəsi ləhçəsinde bəyliyin əlaməti (iz, işarət, bəlgə), Çağatay ləhçəsində də “mücadələdə ,yarışda verilən mükâfat” anlamında istifadə edilirdi .(7)
Bəziləri isə “bayraq” sözcüyünün tam mənasiyla Türk sözü olduğunu hesab edir.
Kaşgarlı Mahmud’dan; bu kəlimənin XI. yüzildə; Oğuz Türkləri arasında bayraq ve batrak biçimlərində və yaxın olaraq bugünki mənada istifadə edildiyini bilirik. Hətta bəziləri saf -təmiz olaraq heç bir dilin təsirində qalmadan meydana gələn Türk sözü olduğunu hesab edir. (8)
İlk Müsəlman Türk dövləti olan Karahanlı Dövləti’nə mensub olan ve Türkistan’ın Kaşgar şəhrində yaşayan dil bilgini Mahmut tərəfındən 1069 ilində yazılan əsər, Türkçə öyrenmek isteyen qeyri-millətlər xüsusi ilə ərəblər üçün qələmə alınmış Türkçə-Ərapçə bir sözlük olan Divanü Lügati’t-Türk’də “batrak” şəklinde yazılan bayraq kəliməsi “savaşlarda istifadə edilən ve ucuna bir ipək parçası taxılan mızraq” olarak açıklanmaqdadır. Bu baxımdan, əski Uygur mətinlərində də bayrak kəliməsiylə eş anlamlı olaraq “badruk” istifadə edilmişdir. Eyni əsərdəki bir mənzumədə isə kelime bayrak şəklinde istifadə edilmişdir ve Oğuzlar arasında da belə tələffüz edildiyi bildirilmişdir.(9).Bununla bərabər Türklər bayraq yerinə daha çox sancaq kəliməsini istifadə etmişlərdir.(10).”Bayraq” və” batrak “şəkilində Oğuzlarda istifadə edildiyindən bəhs edərkən,məna fərqlərini də qeyd etmək lazımdır.
BATRAK: Tək başına müharibə edən mühariblərə məxsus və ipəkdən düzəldilmiş aləmdir. Bu izaha görə Batrak, mübarizlərin istifadə etdikləri bir çeşit mızraq olur. Bu mızraqların təmrənlərinden- iti uclarinda sonra flâmalarda(Avropa dillərindən gələn ,xüsusi simgə-simvol əks olunana bayraq.Örnəyin bir  üniversitetin bayrağı) olduğu gibi bir bez parçası vəya bir heyvan kuyruğu olurdu.
BAYRAK: Oğuz Türkləri arasında eyni zamanda bayraq şəklinin də istifadə edildiyini  yenə Divanu Lügati`t-Türkdən alınan bu  misralardan da öyrəniriz:
                                        Ağdi kızıl bayrak
                                         Tağdı kara toprak
                                         Yetşü gelüp «uğrak»
                                        Tokşip anın giçtimiz.

 

Şeirdə qızıl bayraq,yüksəldiyi zaman qara torpağı havalandıran və bütün bir savaşçı topluluğunu arxasınca sürükləyən bir güc,  bir əlamət olaraq göründüyündən bəhs  edilir.Bu örnək,bayraq sözcüyünün günümüzə qədər heç bir dəyişikliyə məruz qalmadan  gəldiyini göstərmək baxımından önəmliridir. Demek olur ki Oğuz Türkləri arasında heç olmazsa  XI. yüzuldə bir bayraq kəliməsi vardı.
Bayrağın qızıl rəngdə olduğunu Kırgızların Manas Dastanında da görürük. Düşmanlara qarşı Qırgız qəbilələrinin «qızıl tuğ» ətrafında toplandığı bu dastanda anladılmaqdadır.  
Altay Türkləri, qurban edilən heyvanın dərisini muqəddəs qayın ağacından bir budaq ucuna asaraq bayraq  şəklini  əmələ gətirərlər  və bu surətlə ərvahı (ruhları) məmnun edərlərdi. Bu bayrağın adına “paydara ” deyilirdi. Sonralar bu dərinin yerinə  kumaş-parça qoymağa  başlandı. Hələ də Altay1ıIar müəyyən bir miqtar parçaya payrı deyərlər. Bayrağın qızıl rəngdə  olduğunun bir dəlili də Şamanlıkda ruhların şərəfinə tikilən bayraqların qırmızı rəngde olmasıdır. Günəşə və atəşə bənzəməsindən kinayə olaraq Altaylılar bu bayraqlara yalama deyərlərdi.Türk âlemində bayraq olarak dalğalanıb gələn bu məna psiko-sosyolojinin dəyişmələrinə tâbe olarak bəzi rəng və xizmət fərqi göstərmiş ise de bu müvəqqəti ayrılımlarından dərhal dönərək yenə semantik cəvhərinə qovuşmuşdur. Yəni əsas olaraq Türk millî rəmzini, rəngini ve bayraq adını mühafizə edərək gəlmişdir.(9).
Image result for oguzxanBayrak kəliməsi morfolojik baxımdan incələndiyində də “Bay” kəliməsinin “böyük, əfəndi, Tanrı” mənalarını bildirdiyini, ayrıca “böyüyə layıq, böyüyə məxsus” mənalarına da geldiyi, “ak” kəliməsinin də “güç, qüvvət, mükəmməllik” mənası daşıdığı görülməkdedir.(10)
   Bəzi alimlər isə  bayraq – aləm,sancaq və tuğ qavramlarının fərqli olduğunu düşünürlər. Bu baxımdan mövzuya yanaşanlara görə Türklərdə sancaq kəliməsi əsgərî, bayraq kəliməsinin isə fərqli olaraq daha çox siyasî qismən də dinî ədəbiyyatlarda istifadə edilmişdir. Sancaq sözcüyünün Türkçədən, Ərəbcə və Farscaya keçtiyinin belirləyən Prof. Dr. Hasan Eren, bayraq ve sancaq qavramlarını etimolojik yöndən incələmiş ve bu mövzuda çox önəmli bilgilər əldə etmişdir. Özətlə bunları qeyd edirdi;” istər –aq, istər –kak şəkilçisi ilə əmələ gəlmiş olsun “sancaq”sözü “batırmaq, saplamaq,” anlamına gələn sanç- kökündən gəldiği açıqdır. Türkçədə ‘bir ulusun, bir topluluğun və ya bir quruluşun simgəsi’ olaraq istifadə edilən” bayraq”sözünün Türkçə bir kökdən  olduğunu ilk baxışda inkar etmək asan deyildir. O baxımdan əski sözcüklərdə-lüğətlərdə ara sıra “bayraq’” sözünün qonşu dillərdən qalma bir söz olduğu belə söylənmişdir.(11). 
Sancaq; alay-əsgəri birlik bayrağı, kəliməsi Türkçə olmaqla bərabər Sancak-ı Şerif kimi alınma sözlərlə birləşik hallarda da  istifadə edilmiş ve Osmanlıca da “sanacık” şəklinde cəmləndirilçişdir.(12)
 
.Türkçə bayrak, Azerbaycan Türkçəsinde bayraq, Baş- kurt Türkçəsinde bayrak, QazaxTürkçəsinde bayrak, Kırgız Türkçesinde bayrak, asaba, Özbək Türkçəsinde bayrak, Tatarca bayrak, Türkməncə baydak, Uygur Türkçəsində bayraq bir tərəfdən sopaya pərçinlənmiş –  möhkəm bağlanmış və üzərinde semvolik yazılar ve rəsimlər olan rəngli parçadan-meydana gələn,  bayrağı ifadə edirdi.
 
Buna görə, bayraq tamamən bir bez-parça bayraq olaraq anlaşılır (Hun məzarlarında, özəlliklə örgülü yaxşı qorunmuş bayraqların var olduğunu qeyd etmek gərəkir. Kumaş-parça bayraqlar Avropa’ya IV-V yüzillərdə Hunlar tərəfindən gətirilmişti). Diqqət cəlb edicidir ki, bayraq hər zaman birliyin digər semvollarindan ayrı göstərilirdi. Bu səbəbdən, İslam öncəsi dönəmdə yazılmış və XIV yüzil əlyazmasıyla günümüzə qədər gələn Türk dünyasının görkəmli “Kitabi Dede Qorqut” dastanında belə bir ifadə yer alır: “qılıçla məhv edərək, düşmanın tuğ və bayrağı- nı indirin” [8, с.50]. Ortaçağ qaynaqlarında Bayraq ve tuğ fərqli simgələr olaraq göstərilmişdir.
“Kitabi Dede Korkut” destanında bayraktan ayrı olarak “sancaq” kəliməsi yer almaqdadır [8, с.50].
 F.Kurtoğlu, sancak teriminin, çadır ortasındakə dirəyə asılan bu veya diger semvolu ifade etdiyini yazır [1, с.5].
Çağdaş Türk ləhçələrində “sancaq” daha çox Türkiyə Türkçəsində istifadə edilir, digər ləhçələrdə isə arxaizm olaraq qalmaqdadır.
  “Kitabi Dədə Qorqut” dastanında, sancaqla bərabər “tuğ” hâkimiyyət simgələrindən biri olaraq anılmaqdadır [8, с.50](13)
Tuğ- dirək , kürə və hilal şəklində olan topuzdan meydana gəlirdi. Ümumi ağırlığını  yüngülləşdirmək üçün dirəyin içi oyuq olurdu. Topuzun altına kimi zaman müxtəlif rənglərdə boyanmış at tükü, qurt ve öküz quyruğları bağlanırdı [18, с.371]. Çağdaş Türk ləhçələrində “tuğ” sözü (Qazaxca –tuv; Qırğızca –tu) arxaik kəlimədir Türk tarixində tuğ namıyla anılan – xatırlanan şey əski Türklərin bayrağı idi. Bu bayraq, əski Türklərdə müqəddəs sayılan “Tibet Öküzü’nün” quyruğundan meydana gətirilirdi. Bu öküzün kuyruğu atkuyruğuna bənzərdi. Sonralar nəsli yavaş yavaş tükənən Tibet Öküzü kuyruğu yerinə atquyruğundan tuğlar düzəldilmişdir.(14)
 
Sizlərə bayraqlardan ,sancaqlardan tuğlardan  və onların fərqlərindən qısaca bəhs etdim.Yuxarıda qeyd etdiyimiz kimi bu simgələr əski türklər üçün çox önəmli idi və var olduqlarına işarə idi.Bir millətin vətəninə ,yurduna,ulusuna  verdiyi qiymət,dəyər özünü bayraq,sancaq və tuğlarına verdiyi önəmdə əks etdirir.Türk törəsində,vətən, millət və bayraq  sevgisi, ana-ata sevgisindən öncə gəlir. Çünkü vətən və bayraq olamazsa ailə ocağı təhlükəyə düşər(15).Əski Türklər yurdlarına bağlıdırlar.Onlar ancaq hür və müstəqil yaşaya bildiyi torpağı vətən saymağda ( Türk tarixində müxtəlif türk zümrələrinin ayrı vətənləri bundan irəli gəlir) fəqət bu şərtlərin mövcud olmadığı ərazini asan tərk edəbilirlər.(Türklərin köçlərinin digər bir səbəbi).Qısaca Türk kültüründə vətən,Türk tuğlarının və ya bayrağının  dalğalandığı yerdir.(16)
 
Burdan da anlaşıldığı kimi biz türklərin vətən anlayışında bayraq və tuğların önəmi əvəz olunmazdır.Tam da şairin ifadə etdiyi kimi;“Ey mavi göylərin bəyaz və qızıl süsü, /Qız kardeşimin gəlinliyi, şəhidimin son örtüsü. İşıq işıq dalğa dalğa bayrağım, / Senin dastanını oxudum, senin dastanını yazacağım!.. (17)
BİZ TÜRKLƏR VƏTƏN ÜÇÜN,BAYRAQ ÜÇÜN  ÖLƏRİK-ŞƏHİT OLARIQ VƏ ÖLDÜRƏRİK.” Bayraqları bayraq yapan üstündəki qandır,Torpaq egər uğrunda ölən varsa vətəndir.” Mithat Cemal Kuntay. Dillər əzbəri olan və hardasa biz türklərin ata sözü ola biləcək bu misralar əslinəd hər şeyi izah edir.
Türkün Törəsində bayraq namusdur,vətən və millətin var oluşuna işarədir.Bu yerde Güney Azərbaycanda Azərbaycan Türk Bayrağını dalğalandırmaq üçün canını belə feda edən fars zülmünə məruz qalan qandaşlarımız Salam olsun.!
 
 
 
YAZAR: AYNUR TALIBLI.İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyet Araştırmaları Bölümü.Yüksek Lisans .İstanbul 2017
Xüsusi Teşəkkür vediyi deyerli bilgilər üçün Türk komutan İshak  Çelik bəyə sayqılarımla!
İstifadə edilən mənbələr:
1 . A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 42, ERZURUM 2010, 209-239
TARİHSEL SÜREÇTE BAYRAK VE SANCAKLARIMIZ Our Flag During the Historical Process Mahmut Enes SOYSAL*
2.   AKSU (Mahallî) Gazetesi 28 Aralık 1994 tarih ve 344 sayılı nüshasında neşredilmeye başlanmıştır. BAYRAK, TUĞRA, SANCAK Mevhibe SAVAŞ.
3.   Bahattin Ögel, Türk Kültür Tarihine Giriş, T.T.K Yay., Cilt: VI, Ankara, 1984, s.311–312–313.
4.   1. deki kaynakla aynııdır.
5. Bedia Akarsu, Felsefe Terimleri Sözlüğü, İnkılâp Kitapevi, İstanbul, 1988, s.160.
6. Örnekleriyle Türkçe Sözlük, Milli Eğitim Bakanlığı Komisyon Yayınları: 2798, Cilt:1, İstanbul, 2004, s.276.
7.  Hakan Keskin Türk Tarihinde Bayraklar ve Sancaklar, JGK “Jandarma Dergisi” Sayı:114, Ankara, 2007, s.42–45.
8.  BAYRAK, TUĞRA, SANCAK Mevhibe SAVAŞ. 1994,s.2.
9.  Türk devletlerinin isimleri ve bayrakları.  osmanli.site (internet sitesi). BAYRAK, TUĞRA, SANCAK Mevhibe SAVAŞ. 1994, s.3.
10.  Fevzi Kurtoğlu, Türk Bayrağı ve Ay Yıldız, Türk Tarih Kurumu Yayınları, Ankara, 1992, s.5.
11. Hasan Eren, Etimolojik Çalışmalarda Metodoloji Sorunları–1, TÜRK DİLİ Dergisi, TDK Yay., Sayı: 631, Ank., Tem.–2004, s.3–7.
12. Ferit Devellioğlu, Osmanlıca-Türkçe Ansiklopedik Lûgat, Aydın Yayınları, Ankara, 2000, s.919.
13. Türk halklarında devlet ve hâkİmİyet sembollerİ – “bayrak”, “sancak”, “tuğ” Dr.Sebuhi Ahmedov Tarih Bilimci.[8, с.50],[8, с.50](13)
14. Mehmet Zeki Pakalın, Osmanlı Tarih Deyimleri ve Terimleri Sözlüğü, Cilt: III, MEB Yayınları, İstanbul, 2004, s.116–118.
15.  1. deki kaynakla aynidir.
16.Dr.prof.İbrahim Kafesoğlu(Türk Milli KÜLTÜRÜ)(Ülke)
17.TARİHSEL SÜREÇTE BAYRAK VE SANCAKLARIMIZ Our Flag During the Historical Process Mahmut Enes SOYSAL* 1. ,  4. , 17 . kaynak aynıdır.
TARİHSEL SÜREÇTE BAYRAK VE SANCAKLARIMIZ Our Flag During the Historical Process Mahmut Enes SOYSAL*
Comments,Baxışınız
oguz gif telegram