/  
Ön yapraq » Qoşmalar və bayatılar » Bulut Qaraçorlu – SƏHƏND – FƏDAİLƏR MARŞI

Bulut Qaraçorlu – SƏHƏND – FƏDAİLƏR MARŞI

OguzTV: Bulut Qaraçorlu – SƏHƏND – FƏDAİLƏR MARŞI

imageMən azadlıq cəbhəsində bir fədai əsgərəm,
Bir azadlıq istəyirəm, bir də azad bir Vətən!
Düşmənlərin gülləsiylə qana batam gərək mən,
Vətən üstə parələnsin bədənimdə pirəhən,
Qoy mən ölüm, zalimlərdən pak olunsun bu Vətən,
Çox razıyam cəbhədə mən basdırılım bikəfən,
Çün azadlıq istəyirəm, bir də azad bir Vətən!
Həqq istərəm, həqq yolunda candan keçmək rəvadır,
Bu ölümdən geri durmaq məzlumlara cəfadır,
Səngərlərdə qana batmaq dərdimizə şəfadır,
Qoy mən ölüm, ibrət alsın bizdən sonra hər gələn,
Çün azadlıq istəyirəm, bir də azad bir Vətən!
Qoy səngərlər evim olsun, dağlar başı məskənim,
Zülm əlindən azad olsun bu müqəddəs Vətənim.
Quzğunlardan, bayquşlardan təmizlənsin gülşənim,
Qoy gül açsın bundan sonra çəmənlərdə nəstərən,
Çün azadlıq istəyirəm, bir də  azad bir Vətən

Comments,Baxışınız
oguz gif telegram