/  
Ön yapraq » Qoşmalar və bayatılar » Mirzə Ələkbər Sabir “Tərpənmə amandır bala, qəflətdən ayılma

Mirzə Ələkbər Sabir “Tərpənmə amandır bala, qəflətdən ayılma

OguzTV: Mirzə Ələkbər Sabir “Tərpənmə amandır bala, qəflətdən ayılma

imageTərpənmə amandır bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Açsan gözünü rəngü məşəqqət görəcəksən,
Millətdə qəm ümmətdə, küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyrat görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Göz nurudur uyqu, onu dur etmə gözündən,
Yol vermə məbada bir an çıxa sözündən,
Amma elə bərk yuxula ki, hətta get özündən,
Afaqı tutan şurü qiyamətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture