/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Ə. Zülfiqari: “Perspolis” takımı cəzalandırılmalıdı”

Ə. Zülfiqari: “Perspolis” takımı cəzalandırılmalıdı”

Oğuz TV: “Traxtur” və “Perspolis” takımları arasında son oynanan oyun zamanı “Perspolis”in yandaşları Türk millətini, “Traxtur” yandaşlarını və “Traxtur” oyunçularını təhqir etməsindən sonra takımımızın yetkililəri “Perspolis” takımını şikayət etmək qərarına gəlib.

Bu barədə “Traxtur” takımının nəzarətçisi Əyyub Zülfiqari açıqlama verib.

Ə. Zülfiqari: “Biz bazar günü keçirilən müsabiqə zamanı baş verən hadisələr və rəqib takımın tərəfdarları tərəfindən yaradılan təhlükəli vəziyyətə görə Tehranın “Perspolis” takımından şikayət edəcəyik.  Hər kəs oyunu mətbuatdan izləyib və heç nəyi gizlətmək mümkün deyil. Çəkilən görüntülər “Perspolis” takımının necə qonaq qarşıladığını göz önünə sərgiləyir. Ona görə də, biz  “Perspolis” takımından şikayət etməkdə qəti qərarlıyıq və ümid edirik ki, səlahiyyətli şəxslər bazar günü Tehranın Azadi stadionunda baş verən hadisələrlə bağlı gərəkən ölçünü götürəcək. Futbol meydançasına vəya qonaq takımının ehtiyat oyunçular bölümünə) müxtəlif əşyaların atılması, FİFA qanunlarının ciddi şəkildə pozulması deməkdir. Bu hadisəyə görə “Perspolis” takımı ən azı öz meydançasında 3-4 qarşılaşmanı yandaşsız  keçirməlidir.”

Xatırladaq ki, isfənd ayının 16-da (6 mart) İran çempionatına keçirilən oyunların 22-ci həftəsində Tehranın Azadi stadionunda qarşılaşan “Traxtur” və “Perspolis” takımlarının oyunu zamanı “Perspolis” yandaşları Türk milləti başda olmaqla “Traxtur” yandaşları və yetkililərinə qarşı aşağılıq olaylar keçirmişdilər.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture