/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Əhərli gənc etiraz etdi

Əhərli gənc etiraz etdi

Oğuz TV: Qaradağın Əhər şəhərində məclis seçkilərinin təbliğatına gələnlər Əhərli gəncin etirazı ilə qarşılandılar.

Belə ki, öz seçki təbliğatlarını aparmaq üçün açıq havada tribun quraraq çıxışa hazırlaşan namizədlərə qarşı 25 yaşlı Əhərli gənc öz etirazını bildirdi. O,təbliğata gələnlərə  Güney Azərbaycanla bağlı suallar verib “bizim dilimiz hanı, biz dilimizi istəyirik” deyərək öz etirazını bildirdi. 

Bundan sonra Sərvan Nəzəri onu həbs edərək, bilinməyən yerə aparıb. Bu gəncin kimliyi və tutuqlandıqdan sonra hara aparılmsı ilə bağlı hələ heç bir bilgi yoxdu.

Comments,Baxışınız
oguz gif telegram