/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Əhərli milli fəal İbrahim Nuri məhkəməyə çağrıldı

Əhərli milli fəal İbrahim Nuri məhkəməyə çağrıldı

Oğuz TV: Güney Azərbaycan Milli Hərəkatının gənc milli fəallarından biri İbrahim Nuri yenidən məhkəməyə çağrıldı. 

Dünən bu milli fəala Təbriz İnqilab məhkəməsindən gələn çağrış bəlgəsinə görə o, aprel ayının 12-də (23 fərvərdin) məhkəmədə olmalıdı. 

Xatırladaq ki, ötən il “Qüds günü”ndə Doğu Türküstan Türklərinə dəstək verdiyi üçün eyləm keçirmək istəyən milli fəal Əhər şəhərində ettelaat tərəfindən tutuqlanmış və 1 gün sonra məhkəmədə mühakimə edilmişdi. Qazi Fazilinin təyin etdiyi 100 milyon tümənlik vəsiqəni verməkdən imtina edən milli fəal tutuqlanmış və zindanda haqqlarının pozulmasına etiraz edərək 11 gün aclıq eyləmi keçirmiş və bu eyləmdən sonra azadlığa çıxmışdı. 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture