/  
Ön yapraq » Oğuz xəbər » Əl babda 5 Türk əsgəri şəhid olub
شهادت 13 نظامی در حادثه سقوط هلیکوپتر در تركيه, ,به هلاکت  رسیدن تروریست‌های پ ک ک @oguztv ? ? ?

Əl babda 5 Türk əsgəri şəhid olub

OğuzTV:Türkiyənin Suriyədə keçirdiği Fərat Qalxanı Hərəkatından bu gün acı bir xəbər gəldi. DAEŞLI terrorçular bomba yüklü avtomobillə saldırdı, alçaq hücumda 5 əsgər şəhid olub, 9 əsgər yaralanıb. Yaralı əsgərlərin vəziyyətlərinin yaxşı olduğu bildirilir. Alçaq saldırıda şəhid olan əsgərlərin mütəxəssis çavuşlar Saim Topal, Bahəddin Bakır, Əmrə Doruk, Ramazan Daşqın və Mete Can olduğu öyrənildi. Yaralı əsgərlər Qaziantep və Kilsə aparılaraq müalicə altına alındı.

 
 Oğuz TV nin aldığı bilgiyə görə, Suriyədə Fərat Qalxanı Hərəkatının davam etdirildiyi və dünən Özgür Suriya Ordusunun (ÖSO) kontrolünü ələ keçirdiyi Əl Babın Suflaniyah bölgəsindəki birliyə, terror örgütü DAEŞ tərəfindən bomba yüklü avtomobillə saldırılıb. Saldırıda 5 uzman çavuş şəhid olarkən, 9 əsgər yaralanıb.
 
 Türkiyə Silahlı Qüvvələri tərəfindən Avqustun 24-də başladılan və 150 gündür dəvam edən Fərat Qalxanı Hərəkatında ÖSO qüvvələrinin yaratdığı Özəl Vəzifə Qüvvə Qruplarının dünən kontrolu ələ keçirdiyi Əl Babın Suflaniyah bölgəsindəki birliyə, bu gün saat 13.40ta terror örgütü DAEŞ tərəfindən bomba yüklü avtomobillə saldırılıb. Saldırıda uzman çavuşlar Saim Topal (Ərzincan), Bahəddin Bakır (Zonguldak), Əmrə Doruk (Giresun), Ramazan Daşqın (Samsun) və Mete Can (Hatay) şəhid olub, 9 əsgər isə yaralanıb.
 
 ÖSO üzvlərindən yaralananların olduğu saldırının ardından terror örgütü DAEŞA aid hədəflər yerden mərmilərlə, havadan da uçaqlarla atəş altına alındı. Saldırıda yaralanan əsgərlər, sınır xəttinə gətirilərək burada hazır gözlədilən təcili yardımlara köçüb. Yaralı əsgərlərdən bəziləri ambulanslarla Kilis Dövlət Xəstəxanasına, vəziyyəti ağır olanlar isə helikopterlərlə Qaziantep Şahinbey Sağlıq Uyqulama və Araşdırma Xəstəxanasına aparılaraq müalicəyə alındı.
 
Saldırıda həyatını itirən şəhidlərin Türk bayrağına sarılı naaş-ları da helikopterlərlə Qaziantep Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture