/  
Ön yapraq » Ölüm təhlükəsiylə üz-üzə qalan qızcığaz

Ölüm təhlükəsiylə üz-üzə qalan qızcığaz

Oğuz TV: 5 ildir böyrək çatışmazlığından əziyyət çəkən 11 yaşlı Kəleybərli Zəhranın maddi imkansızlıq üzündən həyatı təhlükədədi. Kasıb bir ailənin uşağı olan Zəhranın dializ alması üçün ailənin gərəkən pulunun olmaması uşağın həyatına təhlükə yaradıb. Bölgə mediyasından “ Səhərnuma” sitəsinin görüntüsünü yaydığı bu qizcığazı yaşatmaq üçün Güney Azərbaycan fəallar və sivil insanlar yardım kampanıyasına başlayıb.

Hazırda evdə kortəbii üsulla dializ alan Zəhranın həkimi, evdə dializ almağın  uşağın ölümünə səbəb olacağını deyib.

Xatırladaq ki, dövlətin diqqətindən tam kənar qalan yeraltı və yürüstü təbii sərvətlərlə zəngin Qaradağ bölgəsin əhalisi kasıbçılıqdan əziyyət çəkir və İran rejminin bölgəyə olan yad münasibəti insanları ən təməl haqqlarından belə məhrum edib.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture