/  
Ön yapraq » Oğuz xəbər » Əliyev haqlıdır, türklər İrəvana qayıdacaq – Sərkisdən şok analiz
Əliyev haqlıdır, türklər İrəvana qayıdacaq ...

Əliyev haqlıdır, türklər İrəvana qayıdacaq – Sərkisdən şok analiz

OğuzTv:Erməni yazar Sərkis Artsruni “1in.am” saytında dərc olunan məqaləsində Yeni Azərbaycan Partiyasının son qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına toxunub.

Prezidentin İrəvan və Zəngəzurun Azərbaycanın tarixi əraziləri olduğunu və onların geri qayıdacağı fikrini yada salan Artsruni bunun tezliklə, reallaşması ehtimalı olduğunu bildirib:

“İrəvanda İlham Əliyevin açıqlmasına obyektiv emosional, amma qeyri-adekvat reaksiya verildi. Eduard Şarmazanovun tarixi ekskurslarının siyasətə heç bir aidiyyəti yoxdur. Artıq emosional kontekstdən çıxıb, Əliyevin sözlərinin siyasi motivasiyanı anlamağa cəhd etmək lazımdır.

Quzey Azərbaycan Prezidentinin sözlərində, şübhəsiz ki, seçkiqabağı təşviqat komponenti var, amma bu, erməni dövlət orqanları və ekspert düşüncəsi üçün Əliyevin bu çıxışını ayıq analiz etməməyə bəhanə olmamalıdır. Ayıq analiz göstərir ki, Əliyevin çıxışı primitiv seçkiqabağı açıqlama və ya mənasız militanlıq deyil. Onun sözlərinin əsasında 19-20-ci əsrlərdə davamlı şəkildə Ermənistandan çıxarılan türk elementlərinin nə zamansa oraya dönəcəyi ilə bağlı güclü təbii artım və davamlılığın qeyd olunduğu və hesablandığı əminlik var. Bizim hakimiyyət israrla Əliyevin özünə əminliyinin mənbəyinin, yumşaq şəkildə desək, bizim dövlətin biabırçı vəziyyəti, dağıdıcı emiqrasiya olduğunu etiraf etməkdən imtina edir. İrəvandakı hər gün keyfiyyətsiz və cinayətkar idarəetmə Əliyevin əminliyini qidalandırır. Ermənistandan gedən hər insan bununla türk elementi qarşısında özü də dərk etmədən daha bir qapı açır. Əgər biz belə davam etsək, Əliyev təkcə İrəvanı geri qaytarmayacaq, o həm də hamımızın evinə girəcək. Əliyevin çıxışındakı aqressiv ton bizim hakimiyyətin nümayəndələrinin qulaqları üçün nə qədər xoş olmasa da, praqmatik siyasi əsasa sahibdir. Boşalan Ermənistan, dövlətin perspektivinin, intitusional çöküşünün təzahürüdür. Ermənistan hakimiyyətinin nümayəndələri dünəndən etibarən qılıncları yelləyərək, bu aydın faktı – öz siyasətinin aydın fiaskosunu gizlətməyə çalışır.

Əliyevin Hitlerlə müqayisəsi heç nəyi dəyişmir. Əliyevin strateji hədəfi Ermənistana türk elementlərinin qaytarılmasıdır. Əliyevin əminliyinin səbəbi bizim dövlətin davamlı çöküşü, milli gündəm və idealın olmamasıdır”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture