/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Ərəb Birliyi :İran İşğal etdiyi 3 adanı(Tonb Əsğər-Tonb Əkbər-Əbumusa ərəb adalarını) boşaltmalı
İran İşğal etdiyi Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları Birləşmiş Ərəb Əmirliklərinə qaytarılmalıdır

Ərəb Birliyi :İran İşğal etdiyi 3 adanı(Tonb Əsğər-Tonb Əkbər-Əbumusa ərəb adalarını) boşaltmalı

OğuzTV:Sentyabrın 12-də Qahirədə bir araya gələn Ərəb Dövlətlərinin birlik Liqasının xarici işlər nazirləri birgə bəyanat yayaraq hazırda İran işğalində olan Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adalarının Birləşmiş Ərəb Əmirliklərinə qaytarılmasını tələb ediblər.

Bəyanatda bildirilir ki, Ərəb Dövlətləri Liqası, hər 3 adanın İran tərəfindən nizami işğal olunmasını pisləyərək Birləşmiş Ərəb Əmirliklərinin onları İrandan geri almaq istiqamətində göstərdiyi cəhdinə dəstək verir: “Hesab edirik ki, 3 ərəb adası olan Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyətinə qaytarılmalıdır.

Related imageƏrəb Dövlətləri Liqası bildirir ki, həmin adaların İran tərəfindən işğal olunması, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyətinin pozulması deməkdir. Vəziyyətin belə olması isə bölgədə sabitliyə xələl gətirməklə yanaşı, həm də beynəlxalq sülh və təhlükəsizliyə bir təhdiddir. Biz isə İranın bu addımını pisləyir, adaların qaytarılması istiqamətində Birləşmiş Ərəb Əmirliklərinə dəstək veririk”.

Bəyanatda həmçinin İranın Ərəb körfəz ölkələrinin, o cümlədən də Bəhreyn, Yəmən, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin daxili işlərinə qarışması pislənilir və regionda qarşıdurmalara gətirib çıxaran bu kimi müdaxilələrə son qoyulması tələb edilir.
Qeyd edək ki, körfəzdəki Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları, Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniya əsarətindən ayrılıb müstəqillik qazananda, 1971-ci ildə Londonda imzalanan bir müqaviləyə əsasən İran hökumətinin nəzarətinə verilib.Son illər Birləşmiş Ərəb Əmirlikləri bu üç adanın qaytarılmasını tələb edir və məsələ qarşılıqlı danışıqlar yolu ilə öz həllini tapmayacağı təqdirdə, onu Beynəlxalq Haaqa (Lahə) Məhkəməsində qaldıracağını bildirir.Xatırladaq ki 1920 də Qacar emperyasi ingiltere əli ilə yıxıldıqdan sonra Güney Azərbaycan ,Güney Türkmənistan ,Ərəb Ələhvaz,Qaşqay yurd ,Bəluçistan … kimi ölkələrdə London tərəfindən fars işğalinə və iran adlaana siyasi coğrafiya tərkibi içində  verilib.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture