/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Ərəbistan :Fars rejimi Husilər üstündən ərəbistani bombalır,bu İrandan ərəbistana savaş elanidir

Ərəbistan :Fars rejimi Husilər üstündən ərəbistani bombalır,bu İrandan ərəbistana savaş elanidir

OğuzTV:Ər-Riyadın (Əl Riyaz)başlçılıq etdiyi ərəb ölkələri koalisiyası noyabrın 6-da bəyanat yayaraq İranı Səudiyyə Ərəbistanına qarşı hərbi təcavüzdə günahlandırıb.

Fars molla rejiminin Yəməndə dəstəklədiyi terror örgütü husilərin bir neçə gün əvvəl Ər-Riyazda atdığı raketə toxunan  ərəb koalisiyasının sözçüsü polkovnik Torki əl Maliki noyabrın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı paytaxtına atılan raketin İranda istehsal edilməsi artıq müəyyən edilib: “İranın bilavasitə rolu, husilərin isə birbaşa komandanlığı ilə Ər-Riyada atılan raket, ölkəmizə qarşı açıq-aşkar bir hərbi təcavüzdür.

BImage result for arabian coalitionu, həm də qonşu ölkələrin hədəfə alınması, bölgədə  və dünyada sülh və sabitliyə qarşı bir təhdiddir. Ər-Riyada raket atılması, eyni zamanda Səudiyyə Ərəbistanı Krallığına qarşı müharibə elan olunması kimi sayıla bilər. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası baş vermiş olayla əlaqədar münasib bir vaxtda İrana layiqli cavab vermək hüuququnu özündə saxlayır”.Bildirilir ki, husi yaraqlıları Ər-Riyada buraxdıqları raketin mənşəyi ilə bağlı yayılan məlumatları təkzib edərək bildirirlər ki, onların Səudiyyə Ərəbistanı paytaxtına atdığı “Atəşfəşan 1” adlı ballistik raket İranda yox, Yəməndə istehsal edilib.

Qeyd edək ki, Ər-Riyadın başçılıq etdiyi ərəb koalisiyasına 9 ölkə, yəni Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Misir, İordaniya, Mərakeş, Seneqal və Sudan daxildir.
Amerika prezidenti Donald Tramp da fars rejiminin Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində raket atmağını qınayıb.Bu barədə RİA “Novosti” məlumat yayıb. “Fikrimcə, İran Səudiyyə Ərəbistanına hücum edib. Siz bunu bilirsiniz, düzdür? Siz gördünüz ki, raket buraxılıb. Bizim sistemlərimiz isə onu vurub”, — deyə Tramp əlavə edib. Bundan əvvəl Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyadın şimal-şərqində ballistik raketi vurub.
rəhbəri Məhəmməd Əli Cəfəri Amerika prezidenti Donald Trampın Yəməndən Səudiyyə Ərəbistanına raketin atılmasında Tehranı ittiham etməsi ilə bağlı bəyanatını təkzib edib. “Report” xəbər verir ki, Məhəmməd Əli Cəfərinin sözlərini yerli IRNA sitat gətirib. “Tramp İrana qarşı çox əsassız bəyanatlar verir, eləcə də ittihamlar səsləndirir. Sonuncu irad da onlardan biridir. Ümumiyyətlə isə bizim Yəmənə raket vermək imkanımız yoxdur”, — deyə IRNA Cəfərinin sözlərini sitat gətirib. Bundan əvvəl Səudiyyə Ərəbistanı raket əleyhinə müdafiə qüvvələrinin Ər-Riyadın şimal-şərqinə atılan ballistik raketi tutduqlarına dair məlumat yayılıb. Tramp isə öz növbəsində Səudiyyə Ərəbistanı istiqamətində raketin atılmasında İranı ittiham edib.
Musavat

 

Comments,Baxışınız
oguz gif telegram