/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Ərəbistan : “İran, Lübnanda, Yəməndə və Suriyada və… təxribatçı roluna görə, ən böyük təhlükə qaynağı sayılır.
Ərəbistan :: “Fars rejimi bölgədə və dünyada ən böyük təhlükə qaynaqıdır”

Ərəbistan : “İran, Lübnanda, Yəməndə və Suriyada və… təxribatçı roluna görə, ən böyük təhlükə qaynağı sayılır.

OğuzTv:  Yanvarın 16-da bu ölkəyə səfər edən Belçika  xarici işlər naziri Didier Reynders Ərəbistan Səfərində  həmkari Adil əl Cübeyr ilə İran haqında görüşüb.Cübeyr görüşündə, İranın regionda apardığı təxribat xarakterli fəaliyyətindən, onun yaraqlı husilərə yardımndan və Qərbin Tehranla imzaladığı nüvə sazişindən danışıb.

İki tərəfli danışıqlardan sonra Belçikanın xarici işlər naziri ilə birgə jurnalistlərin qarşısına çıxan Adil əl Cübeyr deyib ki, İran, radikal husi şiələrini Səudiyyə Ərəbistacnına qarşı silahlandırır: “İran, Livanda, Yəməndə və Suriyada oynadığı təxribatçı roluna görə, bölgədə ən böyük təhlükə mənbəyi sayılır. Yəməndə baş verən son olaylara gəldikdə isə, rəsmi Tehran, Səudiyyə Krallığını hədəfə almaq üçün husi şiələrini ballistik raketlərlə silahlandırıb. Bunun isə qarşısı alınmalıdır.

5+1 qrupunun (Amerika, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya)  fars rejimi ilə imzaladığı nüvə sazişi məsələsinə gəlincə, hesab edirik ki, bu sazişdə düzəlişlər edilməlidir. Düşünürəm ki, rəsmi Tehranın uranı zənginləşdirməsinin qarşısını almaq üçün razılaşma sənədində müəyyən düzəlişlərin edilməsi mühüm və vacib məsələlərdən biridir”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture