/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Ərəbistan rəhbərlərini “məntiqsiz” adlandıran Ruhani, onlara şərt qoşdu
افشای نامه -روحانی حدود ۴ ماه پیش به وزیر ارتباطات دستور داده که با فیلترشکن‌ها برخورد شود

Ərəbistan rəhbərlərini “məntiqsiz” adlandıran Ruhani, onlara şərt qoşdu

OğuzTV:Molla Həsən Ruhani dekabrın 10-da iran adlanan ölkənin parlamentində çıxış edərək İranla Səudiyyə Ərəbistanı arasında qarşılıqlı əlaqələrin yenidən bərqərar olunması üçün 2 şərt qoyub.

Öz çıxışında Səudiyyə Ərəbistanı rəhbərlərini “məntiqsiz” adlandıran Ruhani deyib ki, Səudiyyə rəhbərləri İsrailə baş əyməklə “sionistlər”lə əlaqə yaratmağa yalvarırlar: “Hesab edirik ki, Səudiyyə Ərəbistanı və onun rəhbərləri bu əyilmiş vəziyyətdən çıxmalı, dik dayanmalı, öz millətinə və digər region millətlərinə söykənməli, arxalanmalıdır.

Bizim Səudiyyə Ərəbistanı ilə münasibətlərimizi bərpa etmək üçün iki şərtimiz var. Birinci şərtimiz budur ki, Səudiyyə Krallığı İsraillə əlaqələrini kəsməlidir. Əgər Səudiyyə Ərəbistanı İsraillə münasibətlərinə son qoysa, bizim Ər-Riyazla artıq heç bir problemimiz olmayacaq.İkinci şərtimiz də odur ki, Səudiyyə Ərəbistanı Yəmənə qarşı qeyri-insani bombardmanları dayandırmalıdır. Əgər Səudiyyə Krallığı bizim bu iki şərtimizlə razılaşıb onları yerinə yetirsə, ölkələrimiz aramızda artıq heç bir ixtilaf qalmayacaq və biz əvvəlki münasibətlərimizi yenidən bərpa edə biləcəyik”.

Xatırladaq Səudiyyə Ərəbistan fars molla rejimini region ölkələrinin daxili işlərinə qarışmaqda, radikal farslaşmış şiəliyi bölgədə yaymaqda, bölgədə qarqaşa yaratmaq və terrorizmə dəstək verməkdə və hər il həcc mərasimindən öz siyasi məqsədləri uğrunda sui-istifadə etməkdə günahlandıraraq Tehranla münasibətlərini minimuma endirib. Hazırda isə Yəməndə cərəyan edən savaşda, Səudiyyə Ərəbistanı bu ölkənin indiki qanuni hökumətini, İran isə şiə-husi üsyançılarını dəstəkləyir.

Comments,Baxışınız
oguz gif telegram