/  
Ön yapraq » Oğuz xəbər » Ərəbistan ,Türkiyə ,İsrail Münhendə irani hədəf aldılar

Ərəbistan ,Türkiyə ,İsrail Münhendə irani hədəf aldılar

OğuzTV:2017 ci ilin Fevralın 19-da dünyada sabitliyin qorunub saxlanılması məqsədilə bir çox ölkələrin rəhbərləri və hökumət başçılarının iştirakı ilə Almaniyanın Münhen şəhərində keçirilən 53-cü Təhlükəsizlik konfransı baş tutub.


 İsrail,Türkiyə və Ərəbistan nimayəndələri iran adlanan ölkənin fars rejimini hədəf alaraq bölgədə təhlükəsizlik məsləsrini danışıblar.

Avigdor Lieberman ile ilgili görsel sonucuAmerika pezidenti Donald Trampla son görüşündə region məsələlərini müzakirə etdiyini bildirən İsrailin müdafiə naziri İrana qarşı sərt bəyanatlar səsləndirərək deyib ki, Vaşinqtonla Tel-Əvivin bir sıra regional təhükələrlə bağlı nəzəri və mövqeyi üst-üstə düşür: “Bu gün, Orta Şərqin üz-üzə qaldığı ən mühüm problem İrandır, İrandır və yenə də İrandır. Orta Şərqin üz-üzə qaldığı əsas problemlərin biri İranın nüvə proqramı, rəsmi Tehranın raket sənayesini genişləndirməsi və bütün Orta Şərq bölgəsinə öz silah-sursatını göndərməsidir. İran, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşır, Şimali Koreya ilə raket istehsalı sahəsində əməkdaşlıq edir. Bundan başqa, İranın ötən il buraxdığı raketlərin üzərində ivrit dilində “İsrail yer üzündən silinməlidir” şüarı yazılıb. Bu isə beynəlxalq qanunlara qarşı zidd addımdır.

 

İran həmçinin bölgənin ərəb ölkələrinin daxili işlərinə qarışır, onları, o cümlədən də Səudiyyə Ərəbistanını təhdid edir, onun sabitliyini təhlükə ilə üz-üzə qoyur. İranın əsas hədəfi isə, regionda radikal və ekstremist qüvvələrə dəstək verməklə Səudiyyə Ərəbistanını və onun regional mövqeyini zəiflətməkdir. Bu gün Orta Şərq ölkləri arasında əsas ixtilaf, müsəlmanlarla yəhudilərin bir-biri ilə ziddiyyəti və ixtilafı deyil, mötədillərlə ekstremistlər arasındakı ziddiyyət və ixtilafdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, regionda mötədil siyasət yürüdən sünni məzhəbli ərəb ölkələri İranın bölgədəki ambissiyalarından ehtiyatlı olmalı, İran təhdidinin qarşısını almaq üçün İsraillə birləşməlidirlər”.
İsrailin ardından Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cüber  , Konfransında çıxış edərək Irana qarşı sərt bəyanatlar səsləndirib.

adil jabir ile ilgili görsel sonucuAdil əl Cebeyr bildirib ki, hazırda Orta Şərq bölgəsində yaşanan mövcud böhranların əksəriyyəti İrandan qaynaqlanır: “İran dünyada terrorizmin ən böyük himayədarıdır. Bu ölkənin konstitusiyasının bir hissəsi islam inqilabının dünyaya ixracına həsr edilib. Bu ölkənin rəsmiləri vətəndaş hüquqlarına inanmır və dünyanın müxtəlif yerlərində yaşayan şiələrdən öz hökumətlərinə yox, məhz İrana tabe olmalarını istəyir. İranlılar digər ölkələrin daxili işlərinə qarışır, beynəlxalq qanunlara hörmətlə yanaşmırlar. Onlar xarici səfirliklərə hücum çəkir, digər ölkələrdə terrorçu dəstələr yaradaraq onlara dəstək verirlər.

 

Orta doğuda bütün hökumətlərin dəyişdirilməsini istəyən İran, bu günə qədər sünni məzhəbli İŞİD və “Əl-Qaidə” kimi terrorçu qrupların hücumuna məruz qalmayıb. Bu isə müxtəlif suallara səbəb olur. Çünki “Əl-Qaidə” rəhbərlərinin bir çoxu, Səudiyyə Ərəbistanı ərazisində terrorçu əməliyyatlar həyata keçirdikdən sonra İrana qaçaraq bu ölkəyə sığınıblar.

 

İran, həmişə qonşuları ilə münasibətdə yeni səhifənin açılmasından danışır. Lakin biz mövcud vəziyyətə göz yuma bilmərik. Axı biz, bizim məhvimizi istəyən bir ölkə ilə necə əlaqə saxlaya bilərik. Elə buna görə də, mövcud durum dəyişməsə, bizim İranla əlaqə qurmağımız çətin məsələdir. Bizim üçün önəm daşıyan məsələ, İran rəsmilərinin danışığı yox, onların rəftarıdır. İran “husi”lərə silah-sursat və ballistik raketlər göndərir. Dünya birliyi məhz bu rəftarına görə İrana qarşı təzyiqi gücləndirməli, onları öz rəftarlarını dəyişməyə vadar etməlidir. İranı başa salmaq lazımdır ki, onun son 25 ildə regionda etdikləri qəbuledilməzdir.Bu gün İran  bölgədə olan mövcud problemlərin bir hissəsidir. Bu ölkə, Yəmən “husi”lərinə silah-sursat və hərbi müstəşarlar göndərilməsi işini dayandırmalı, Suriyadakı dağıdıcı roluna və əməllərinə son qoymalıdır”.

Amerika vitse-prezidenti Mayk Pens və Türkiyənin baş naziri Binəli Yıldırım arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində iran haqında görüş baş tutub.

  

Pens Binəli Yıldırım ile ilgili görsel sonucu“Tərəflər İranın regionda stabilliyi pozmasına yol verməməyə dair razılığa gəliblər. Liderlər həmçinin İŞİD-ə qarşı mübarizədə birgə addımların gücləndirilməsi yollarını müzakirə ediblər”, – deyə Ağ Evin məlumatında bildirilir.

 

Yayilan məlumata görə, görüşdə İŞİD-lə mübarizə və İrana dair məsələlər müzakirə olunub.Pens və Yıldırım terrorizmin bütün formaları ilə mübarizə aparmağa hazır olduqlarını bildiriblər.

 

Bundan başqa, vitse-prezident, NATO üzrə ABŞ-ın strateji tərəfdaşı və müttəfiqi olan Türkiyə qarşısında Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri təsdiqləyərək, Ankaranın İŞİD-ə qarşı mübarizəyə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

53-cü Təhlükəsizlik Konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranı bölgədə şiəçiliyi və dini sektaçılığı yaymaqda günahlandırıb.

 

davut cavusoglu ile ilgili görsel sonucuÇavuşoğlu bildirib ki, Türkiyə, region ölkələrinin sabitliyinə qarşı yönələn hər hansı bir dini sektaçılığın yayılmasına müxalifdir: “Təəssüflər olsun ki, İranın bölgədə yürütdüyü siyasət, körfəz ətrafında olan bir çox region ölkələrinin, o cümlədən də Səudiyyə Ərəbistanı ilə Bəhreynin sabitliyini pozur. İran İslam Respublikası, İraqı və Suriyanı iki şiə ölkəsinə çevirməyə çalışır. Bu isə çox təhlükəli addımdır. Elə buna görə də hesab edirəm ki, biz regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması üçün İranı bu ambissiyalarından əl çəkməyə təşviq etməliyik”.

bahram ghasemi ile ilgili görsel sonucuiran rejimi bu bəyanatlar arasında sadecə Türkiyəyə cəvab verdı
İran adlanan ölkənin Dışişlər Nazirliyi, Türkiyə Dışişlər Naziri Mevlüt Çavuşoğlunun İran adlanan ölkəyi məzhəbçilik-lə tənqid etdiyi sözlərinə sərt təpki göstərdi. İran adlanan ölkənin Dışişləri Nazirliyi Sözçüsü Bəhram Qasimi verdiyi açıqlamada, Çavuşoğlunun sözlərini yapıcılıqdan uzaq olaraq tanımlayıb.
Oğuz TV nin aldığı bilgiyə görə, Qasimi, bölgədə gərginliyi qaldıranların oynadıqları qanlı oyunların məsuliyyətindən qaça bilməyəcəyini iddia edib.
Qasımı “Biz, bölgəsəl siyasətləri hər bir ölkənin və qonşularının sabitliyini qorumaq üçün siyasət aparırıq və aparacayıq” deyib.

Comments,Baxışınız
oguz gif telegram