/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Ərəbistan:İran Lübnandan çıxmazsa Lübnanda sülhün bərqərar olunması mümkün olmayacaq
Ərəbistan:İran Lübnandan çıxmazsa Lübnanda sülhün bərqərar olunması mümkün olmayacaq

Ərəbistan:İran Lübnandan çıxmazsa Lübnanda sülhün bərqərar olunması mümkün olmayacaq

OğuzTV: Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr, dekabrın 1-də jurnalistlərə aqçıqlamasında İranın Lübnan(Livan) “Hizbullah”ına dəstəyindən və onun region ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

Aralıq dənizi bölgəsindəki vəziyyətlə bağlı Romada keçirilən beynəlxaq konfransa qatılmaq üçün İtaliyaya səfər edən  Əl-Cübeyr bildirib ki, nə qədər ki, Lübnanda İranın dəstəklədiyi “Hizbullah” kimi bir qruplaşma var, bu ölkədə və bölgədə sülhə nail olmaq mümkün olmayacaq: “İran, bütün regionun sabitliyini pozaraq bölgəni qarşıdurma və çaxnaşma ilə üz-üzə qoyub. Bu isə qəbuledilməzdir. Hesab edirik ki, İranın 1979-cu il inqilabından başlatdırdığı və bu günə qədər davam etdirdiyi bölgəyə müdaxiləsinin qarşısı alınmalı, bu prosesə son qoyulmalıdır.Bir daha təkrar edirik ki, İranın dəstəklədiyi “Hizbullah” qruplaşması tərk-silah edilməyənə qədər, Lübnanda sülhün bərqərar olunması mümkün olmayacaq”.
1981-ci ildə Lübanan radikal “Hizbullah” qruplaşması İranın Sipah qüvvələrilə ( İran İnqilab Keşikçiləri Korpusunun -Sepah) əli ilə yaradılıb. Fars molla rejimi bu terror qrupların əli ilə bölgə də qarqaşa yaradır.Özəliklə Lübnan siyasətinə ,hökumətinin işinə  Baş da ta bələdiyələrə qədər dəxalət edir  , Flistin azadlıq hərəkatina bir başa müdaxilə edir.Fars İran hakmiyəti 36 ildir yardığı çeşitli siyasi və terror qrupların əlilə öz Fars-Şəyəçiliq  siyasətlərini yaymağa və yürütməyə çalışır.

Comments,Baxışınız
oguz gif telegram