/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Ərdəbil divarlarına Siyamək Mirzəyi və Fərşid Piçqanluilə bağlı sloqanlar yazıldı (FOTOLAR)

Ərdəbil divarlarına Siyamək Mirzəyi və Fərşid Piçqanluilə bağlı sloqanlar yazıldı (FOTOLAR)

Oğuz TV: Ərdəbil divarları zindanda olan milli fəallar Siyamək Mirzəyi və Fərşid Piçqanluyla bağlı yazılmış sloqanlarla bəzədildi. 

Ərdəbildən əldə etdiyimizi bilgiyə görə, şəhərin mərkəz küçələrinin divarlarına bu gün axşam çağı bir qrup milli fəal “Azərbaycanın siyasi dustaqları Siyamək Mirzəyi və Fərşid Piçqanlu azad olsun” “ Yaşasın Azərbaycan”kimi sloqanlar yazıblar. 

Sloqanlar Ərdəbilin bütün mərkəzi küçələrinə və şəhərin gediş-gəlişi çox olan səmtlərinin divarlarına yazılıb. 

Xatıraladaq ki, Siyamək Mirzəyi Muğan şəhərində iki ay bundan öncə döyülərək tutuqlanıb. O hazırda Tehranın “Evin” zindanında dustaq həyatı yaşayır. 

18 aban ayaqlanması zamanı tutuqlanan digər milli fəal Fərşid Piçqanlu isə, ona verilən cəzanı çəkib bitirməsinə baxmayaraq, hələdə Ərdəbil zindanında saxlanılır. Milli fəal buna etiraz əlaməti olaraq, ötən həftədən aclıq eyləminə başlayıb. 

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture