/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Ərdəbildə “22 bəhmən”ə qarşı sloqanlar

Ərdəbildə “22 bəhmən”ə qarşı sloqanlar

Oğuz TV: İran işğalı altında olan Güney Azərbaycan  hər fürsətdə İran rejiminə qarşı millətimiz müxtəlif yollarla etirazlarını bildirir.

“22 bəmən” İran İslam İnqilabının il dönümünü hər il təntənə ilə keçirən rejim, dünəndə bu inqilabın 37-ci ilini qeyd etdi. 37 ildir millətləri islam pərdəsi altında işğalda saxlayan rejim yenə dünyaya “sülh” və “barış” mesajları verdi.

Lakin özlərinin dediklərinə özləri inanmayan rejmə, Güney Azərbaycan yenə qarşı gəldi. Belə ki, Ərdəbil şəhərində bu günlə bağlı divarlar sloqanlarla bəzəndi. Divarlara “Fars şovinizminə ölüm”, “Irqçıya ölüm”, “Azərbaycana qarşı xəyanət siyasətindən əl çəkin” kimi sloqanlar yazan soydaşlarımız bir daha İran rejminin ikiüzlülüyünü, Azərbaycan Türklərinin artıq rejmin yalanlarına inanmadıqlarını göstərmiş oldular.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture