/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Ərdəbildə “Azərbaycanın çağdaş simaları”ı tanıdıldı (FOTOLAR)

Ərdəbildə “Azərbaycanın çağdaş simaları”ı tanıdıldı (FOTOLAR)

Oğuz TV: Ərdəbildə Təbrizli  sənətkarın fotoqraf sərgisi təşkil edildi.

Ərdəbildən əldə etdiyimiz bilgiyə görə, isfəndin 10-dan 20-ə (1-10 mart)  kimi Ərdəbilin Alaqapı bölgəsində yerləşən Şah İsmail Xətai sənət evində Təbrizdən olan sənətkar  Məhəmməd Hadiyanın fotoqraflarından ibarət sərgi təşkil edilib.

“Azərbaycanın çağdaş simaları” adı ilə təşkil edilən sərgi sənətkarın özünündə iştirakı ilə 10 gün boyunca Ərdəbil və ətraf şəhərlərin sakinlərinin böyük marağına səbəb olub.  Sərgidə Azərbaycanımızın yazar, idmançı, alim, sənət adamları, şair və s. kimi tanınmışlarımızın fotoqraflarını nümayiş olundu. Bunlar sırasında şair Asim Ərdəbili, Abbas Bariz, aşıq Suru xanım, futbolçu Kərim Bağiri və s. yer almışdı.  

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram