/  
Ön yapraq » Ərdəbildən olan millət vəkili yön dəyişdirdi

Ərdəbildən olan millət vəkili yön dəyişdirdi

Oğuz TV: Ərdəbil şəhərindən olan milllət vəkili Mənsur  Həqiqətpur hər zaman Türk milləti əleyhinə verdiyi açıqlamalarla Türk düşmanı olaraq tanınıb. 

Hətta Həsən Ruhani seçkiqabağı Azərbaycan Türklərinə Türk kültür dərnəyi yaradacağını vəd verəndə,Həqiqətpur buna etiraz edən ilk Azərbaycandan olan vəkil olmuşdu. O, biz azəriyik, Türk deyilik, Fars kökənli bir millətik deyə mətbuata açıqlama vermişdi. Özəlliklə, Türk dünyası və Türkiyə ilə bağlı ağır təhqirləri ilə bilinən Həqiqətpur birdən-birə yön dəyişdirərək bildirib ki, biz Azərbaycanlıların Türk dilində oxuyub yazmasına qarşı deyilik, tam əksinə bu işlə özüm məşğul olacağam deyə o,“Tasnim” adlı dövlət qazetinə verdiyi müsahibədə qeyd edib.

Xatırladaq ki, İranda 10-cu məclis seçimləri yaxınlaşır və yenidən Ərdəbil şəhərindən öz namizədliyini irəli sürən Həqiqətpurun seçicilərinin böyük əksəriyyəti Azərbaycan Türkləridi.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture