OğuzTv:Dünya Ana dili günü ərəfəsində rejim yinə qorxuya düşərək Azərbaycan milli fəalarına təziqləri artırıb .
Güney Azərbaycanın Ərdəbil şəhərində yerləşən iran qondarama məhkəmələrinə 6 Azərbaycanlı Səid Sadeqifərd,Fərşid Piçganlu,Möhsün Möhseninejad,Tohid Əmirəmini,Meysəm colanı,Ruqəyə Əlizadə(Abbas Lesanının həyat yoldaşı) çağrılblar
Səid Sadeqifərd göndərilmiş çağırış vərəqəsində bildirilir ki, o, fevralın 23-də (1394 ci ilinİsfəndin 4-də) İttilaat-ın (Ettelaat-İran təhlükəsizlik orqanı ) şikayəti ilə əlaqədar ifadə vermək üçün Ərdəbil Apellyasiya Məhkəməsinə gəlməlidir.
Milli tanınmış milli fəal Abbas Lesanının həyat yoldaşı xanım Ruqəyyə Əlizadə isə 2016 ci ilin fevralın 15-də (1394 ci ilin bəhmənin 27-də) rəsmi çağırış vərəqəsi ilə Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə çağırılıb. O çağırış vərəqəsini qəbul etdikdən sonra 5 gün ərzində məhkəməyə müraciət etməlidir.Bildirək ki, xanım R.Əlizadə keçən günlərdə telefon vasitəsi ilə də Ərdəbilin İnqilab Məhkəməsinə çağırılmışdır.
Meysəm Colani mədəni fəaliyyyətlərinə görə bundan öncə də saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. O 1392-ci ildə (hicri-şəmsi təqvimi ilə) Dünya Ana Dili Günü mərasimində tutulub və Əhər zindanına aparılan fəallar arasında olub. Onun yaxalandığı və saxlandığı zaman işgəncə edildiyi də bildirilir. Həmçinin fəal bu hadisədən öncə 1392-ci ildə “Traxtur” komandasının müsabiqəsindən öncə Təbrizin səhənd stadionunda yaxalanmışdır.
Milli fəallara heç bir ittihamın qeyd olunmadığı çağırışlarda bəzi şərhlər vermək üçün” məhkəməyə çağırıldığı bildirilib.