/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Ərdəbilli milli məhbus Murtaza Pərvinin sağlıq durumu ağırlaşıb

Ərdəbilli milli məhbus Murtaza Pərvinin sağlıq durumu ağırlaşıb

OğuzTv:Ərdəbilli milli məhbus Murtaza Pərvinin sağlıq durumu ağırlaşıb. Bel və mədə ağrılarından əziyyət çəkən milli fəal dəfələrlə həbsxananın Behdarisinə  (poliklinikasına) aparılsa da, onun şəhər xəstəxanalarında müalicə almasına icazə verilmir.

M.Pərvinin yaxınlarından biri, onun olduqca ağır vəziyyətdə olduğunu və ağrıların şiddətindən gecələr yata bilmədiyini açıqlayıb.

2015 ci ildə iran rejiminin tvisində yayılan “Fitilə” verilişinə etirazlar zamanı yaxalanan milli fəalardan olan Murtaza pərvin qondarma məhkəməyə çıxarılmıdır.

İran rejiminin məhkəməsi , Azərbaycanlı milli fəaları olan Meysəm Colani, Tohid Əmir Əmini, Saleh Piçqanlu və Möhsün Möhsünzadə ilə birlikdə hər birini 3 ay həbs cəzasına məhkum etmişdir. Apelyasiya Məhkəməsi (təcdid-i nəzər məhkəməsi) tərəfindən qüvvədə saxlanılan həbs hökmü bir müddət sonra icraya qoyulub.

Qeyd edək ki, S.Sadiqifər azadlığa buraxıldıqdan sonra, hazırda  6 fəal Ərdəbil zindanında həbsdə saxlanılır. Murtaza Pərvin, Meysəm Colani, Tohid Əmir Əmini, Saleh Piçqanlu və Möhsün Möhsünzadə həbsxananın müxtəlif bölümlərində həbs edilib.

93DFA2F7-0F29-4F43-8355-6EF2478B42EB_w610_r1_s

Comments,Baxışınız
oguz gif telegram