/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Ərdəbilli xanım 15 milyonluq vəsiqə ilə azadlığa çıxdı

Ərdəbilli xanım 15 milyonluq vəsiqə ilə azadlığa çıxdı

Oğuz TV: Ərdəbilli xanım Rüqəyya Lisani 31 fərvərdin (19 aprel)  Ərdəbil məhkəməsinə çağrılıb.

Sorğu-sual edildikdən sonra qazi Tahiri Rüqəyya xanımın otaqlardan birində həbsdə saxlanılmasını və ancaq 15 milyon Türmən vəsiqə qarşılığında azadlığa buraxıla biləcəyi əmrini verib.  

Belə olan halda, ailənin yaxınları bu göstərilən məbləğdə vəsiqə girov qoyaraq, Rüqəyya xanımı azad ediblər.

Xatırladaq ki, Rüqəyya Lisani tanınmış  və hal hazırda həbsdə olan milli fəal Abbas Lisanin xanımıdı. İran rejmi bu ailənin mübarizə əzmini qırmaq üçün hər dəfə minbir bəhanə ilə ailə üzvlərinə müxtəlif cəzalar və işgəncələr verir. Lakin rejim ailənin bu əzmi qarşısında aciz qalır.

Comments,Baxışınız
oguz gif telegram