/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Ərdoğan: İran rejimi bölgədə fars milliyyətçiliyi siyasəti yürüdür,bunun önü kəsilməli

Ərdoğan: İran rejimi bölgədə fars milliyyətçiliyi siyasəti yürüdür,bunun önü kəsilməli

 
Oğuz TV: Bəhreyn səfərində bir konfransda danışan Türkiyə Cumhuriyyəti başçısı Rəcəb Tayyib Ərdoğan iran adlanan ölkənin Suriyada terror  siyasətlərini tənqid etdi.
 
 

Oğuz TV nin aldığı xəbər görə, Ərdoğan dünən Bəhreyndə Uluslararası Barış İnstitutu Ortadoğu və Quzey Afrika Ofisinin təşkil etdiyi “Türkiyənin Ortadoğu da Barışa İstiqamətli Təşəbbüskar Vizionu” mövzulu konfransa qatıldı.
 
Jurnalistlərin sualları üzərinə danışan Ərdoğan: “Suriyada çözümlə əlaqədar Astananın ardından Cenevrə müddəti başladı. İnşallah bu bölgədəki atəşkəsi sağlamlaştırıcı bir müddət olar. Körfəz Əməkdaşlıq Şurasına əhəmiyyətli vəzifə düşür. Bu müddəti birlikdə İİT dövr başçılığı olaraq bu işi yaxın təqibə götürməmiz lazım. Bunun ən ideal yolu siyasi dayanışmayla, diplomatik yollarla bu işi həll etmək. 2 milyon 800 milyon Suriyalı mühacirə ev sahibliyi edirik. Avropaya və Kanadaya gedənlərin sayı 1 milyonu belə tapmadı. Biz Suriyanın parçalanmasını istəmirik. Bəziləri həm Suriyanın həm İraqın bölünməsini istəyir. İraqın bölünməsi işini edənlər də var. Oradakı məzhəbi, etnik mübarizə, çünki orada da bir Fars milliyyətçiliyi hadisəsi var. Bu Fars milliyyətçiliyi hadisəsiylə də orada bir bölünmə durumu var. Bunların önünü kəsməmiz lazımdır. Bənzər vəziyyət Suriyada var.” dedi.
 
İŞİD lə olan döyüşə də toxunan Erodoğan” Firat Qalxanı ilə terror təşkilatı DAEŞ i və PYD bin bir bölümünü sınırlarımızdan uzaqlaşdırdıq. Cerablusu DAEŞ dən təmizlədik. Dərhal arxasından Əl Rai yi, Dabıkı təmizlədik. Əl Babı DAEŞ dən təmizləmək surətiylə atdığımız addım bir hədəfə kilidlənmişdir. Daha sonra hədəf, koalisiya gücləriylə müştərək addım atıb doğuya yönələrək Menbiç və Rakkada güvənli bölgə yaratmaq.” deyə danışdı.
Comments,Baxışınız
oguz gif telegram