/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Ərtuğrul Sağlam:”Traxturda ” türk dilində danışan yetərincə insan var!Çətinliyim Yoxdur

Ərtuğrul Sağlam:”Traxturda ” türk dilində danışan yetərincə insan var!Çətinliyim Yoxdur

OğuzTv:Təbrizin Tiraxtur “Traktor Sazi” yığmasının yeni baş məşqçisi  Türk futbol ustası  mütəxəssis Ərtuğrul Sağlam çalışdıracaq.Bugün Yanvarın 19-da  Güney Azərbaycan “Traxtur” yığması ilə  Təcrübəli mütəxəssis müqavilə imzalamaq üçün Başkən Təbrizə daxil olub.Yeni baş məqçisi türkiyəli mütəxəssis Ərtuğrul Sağlam  hava limanında minlərlə “Traxtur” tərəfdarı tərəfindən böyük coşqu ilə qarşılanıb.


Təcrübəli Türk futbol Ustası jurnalistlərə verdiyi açıqlamasında yeni klubu haqda danışıb:  “Komandanın yaxşı çıxış etmədiyini və yandaşların (azarkeşlərin) nəticələrdən narazı olduğunu bilirəm. Bir-birimizə dəstək verməli və “Tiraxturu ” üst sıralara çıxarmaq üçün səy göstərməliyik”.”Traxturda ”  türk dilində danışan yetərincə insan var!  . Bu baxımdan çətinlik çəkməyəcəm! Təbrizdə yaşamaqda rahat olacaq. Tez bir vaxtda adaptasiya olub, komandanı gücləndirmək istəyirəm”.
Qeyd edək ki, “Traktor Sazi” 20 turdan sonra topladığı 21 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.Asiya çampionlar turnasında olan Tiraxtur çox çətin yarışlar ilə qarşı qarşıyadır.

Komanda tərəfdarları yeni baş məşqçinin Təbrizə gəlişi münasibəti ilə şənlik edib, Azərbaycan rəqsi nümayiş etdiriblər.

Milli tərəfdar isə “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara!”,“Azərbaycana Xoş gəldin Ərtuğrul Sağlam”,“Ərtuğrul Sağlam – Adam gibi adam”, kimi şüarlar səsləndirərək türk cəmiyyətlərinin birliyini tələb ediblər.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture