/  
Ön yapraq » Oğuz xəbər » Əsgərimiz şəhid oldu

Əsgərimiz şəhid oldu

OğüzTV:Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində Azərbaycan əsgəri şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən güzey azerbaycan metbuatına verilən məlumatda bildirilir ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture