/  
Ön yapraq » Oğuz xəbər » 1-Mehr yeni dərs ilinin başlanması və təhsil ocaqlarının açılışıyla bağlı ortaq bildiri

1-Mehr yeni dərs ilinin başlanması və təhsil ocaqlarının açılışıyla bağlı ortaq bildiri

OğuzTV:ORTAQ BİLDİRİ
1-Mehr yeni dərs ilinin başlanması və təhsil ocaqlarının açılışıyla bağlı ortaq bildiri
Dəyərli yurddaşlar
Əziz öyrəncilər
Ana dilində ilk məktəbdən tutmuş universitetə qədər yaşadığı coğrafiya və ölkələrdə ana dilində təhsil və eyitim hər bir insan, etnik qrup və hər bir millətin təməl və eyni zamanda ən təbii və ilkin haqlarından biri sayılır.
Əfsuslar olsun ki, bu vaz keçilməz ilkin və təməl haq, bu gün dünyanın bir çox ölkələrində totaliter və irqçı hakimiyyətlərin şovinisti və onların apardıqları müstəmləkəçi siyasətləri nəticəsində ayaqlar altına alınaraq vəhşicəsinə çeynənməkdədir.
Bu ölkələrdə hakim olan millətlərin dili rəsmi dövlət dili elan edilərək təhsil və eyitim də icbari şəkildə ancaq bu dildə aparılıb və başqa millət və etniklərin ana dilində təhsil tamamilə yasaqlanmışdır.
Bu gün İran adlanan ölkədə milyonlarla türk, türkmən, ərəb, bəluç, kürd, lor və başqa qeyri-fars millətlərin günahsız uşaqları hər il olduğu kimi bu ildə, Fars-İran dövlətinin müstəmləkəçi siyasətinə dayanan asimilə və farslaşdırma siyasətinin qurbabı olaraq dəhşətli bir kültürel soyqırıma məruz qalmışlar.
İran dövlətinin qeyri-fars millətlərə qarşı yürütdüyü bu iyrənc siyasət, elə bir halda həyata keçirilir ki, dövlət məsullarının dediyinə görə farslar, ölkə nüfusunun sadəcə 30 faizini təşkil edib və qalan 70 faizini qeyri-fars millətlər təşkil etməkdədirlər. Gərçək budur ki, Azərbaycan türkləri başda olmaq üzrə bu ölkədə yaşayan türklər, say baxımından çoxluq təşkil edirlər.
Belə bir qeyri-insani siyasət elə bir şərayitdə baş verir ki, İran isalm rejimi hətta özünün yazdığı və sözdə öz parlamentində təsdiq etdiyi anayasasının 15-ci maddəsində hər millətin öz ana dilində təhsil alma haqqını tanımasına rəğmən 38 ildir ki, bu ilkin haqqı kobudcasına çeyniyərək onu göz ardı etmiş və onun həyata keçirilməsinə həyasızcasına maneələr yaradaraq qadağa qoymuşdur.
Bu gün Güney Azərbaycanda Türk millətinin fars şovinizmi və İran dövlətinin müstəmləkəçilik siyasətinə qarşı apardığı milli qurtuluş mücadiləsində ana dilimizin azad edilməsi əsas istəklərindən biri olub və zaman-zaman keçirilən kütləvi etirazlarda özəlliklə Traxtor futbal komandasının yarışlarında yüzminlərlə insan “Türk dilində mədrəsə, olmalıdı hər kəsə” şüari ilə, türk dilinin məktəblərdə və universitetlərdə oxunmasını istəməkdədirlər.
Maraqlıdır ki, Güney Azərbaycanda məktəblərin əksəriyyəti bərbad bir durumda olduğu halda, həm də məktəb çatışmamazlığına rəğmən irqçı İran islam rejimi son illərdə türk uşaqlarını tamamilə asimilə etmək məqsədilə sürətlə körpə uşaqlara belə yeni bağçalar açmaqdadır.
Hazırda Fars-İran dövlətinin Türk millətinə qarşı yürütdüyü belə bir vəhşi siyasətinə dur demənin artıq zəmanı gəlib çatmışdır. Yetər susub və belə bir cinayətə sadəcə seyrici olmaq. Bu gün İran islam rejiminin belə bir qeyri-insani siyasətinə qarşı bütün insanlarımız fərqli siyasi düşüncə, görüş, əqidə və sinfi mənsubiyyətlərinə rəğmən bir olub və hamı birlikdə əl-ələ, çiyin-çiyinə öz etirazlarını hayqıraraq uca səslə bildirməlidirlər.
Biz, Güney Azərbaycanın siyasi parti və qurumları fars dilinin vətənimiz Azərbaycanda Türk millətimizin yox edilməsində əsasi və böyük rolu olduğuna görə bu dili, İran müstəmləkəçiliyinin simgəsi olaraq görürük. Eyni zamanda onun ana dilimizin pozulub və millətimizin asimilə olaraq farsların içində əriməsində başlıca rolu olduğundan dolayı, bu dilin bir dəfəlik Güney Azərbaycan həyatından kəsilib atılmasını istəyirik.
Biz, vətənimizin azadlığı və qurtuluşu uğrunda mücadilə etdiyimiz halda, eyni zaman ana dilimiz olan türk dilində təhsil və eyitimin olmasını millətimizin ən təbii və vaz keçilməz haqqı olduğunu vurğulayaraq hər zaman və hər şərayitdə onu müdafiə edib və milli varlığımızın təməli sayılan ana dilimizi göz bəbəyimiz kimi qorumalıyıq.

Yaşasın Azərbaycan
Yaşasın birlik və bərabərliyimiz

Güney Azərbaycan Demokrat Partisi
Güney Azərbaycan Qurtuluş Partisi
Vahid Müstəqil Azərbaycan Cəbhəsi
Güney Azərbaycan Sosial Demokrat Partisi
Güney Azərbaycan Liberal Demokrat Partisi
Dünya Azərbaycanlıları Konqerəsi-DAK
Azərbaycan Öyrənci Hərəkatı
Azərbaycan Kültür Ocaqı-Köln
19.09.2016

Comments,Baxışınız
oguz gif telegram