/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 10 il həbs cəzası alan milli fəalın məhkəməsi keçiriləcək

10 il həbs cəzası alan milli fəalın məhkəməsi keçiriləcək

Oğuz TV: Fars rejminin qanunsuz olaraq tutuqladığı və 10 il həbs, 2 il sürgünə məruz qoyduğu ərdəbilli  milli fəal Siyamək Mirzəyinin təcdide nəzər (appelliyasiya) məhkəməsi keçiriləcək.

Bu barədə milli fəalın vəkili məlumat verib. Onun sözlərinə görə, Siyamək Mirzəyinin dosyası Tehranın təcdide nəzər (appelliyasiya) məhkəməsinin 36-cı şöbəsinə göndərilib. Dosyaya qazi Zərgər baxacaq.

Vəkil onu da qeyd edib ki, yeni məhkəmənin nə zaman keçiriləcəyi hələ məlum deyil.

Xatırladaq ki, milli fəal Siyamək Mirzəyi ötən ilin iyul ayının 21-də fars rejminin polisləri tərəfindən Muğandakı iş yerində döyülərək tutuqlanmış və Tehranın “Evin” zindanına aparılmışdı.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture