/  
Ön yapraq » Oğuz xəbər » Dünya » 12 İran əsgəri Suriyada öldürülüb
12 İran əsgəri Suriyada öldürülüb

12 İran əsgəri Suriyada öldürülüb

Oğuz TV: Suriya dövlət mətbuatı, Amerika liderliyində Suriya və İraqda xidmət edən beynəlxalq koalisiyanın səhər qarşı İran İnqilab Qvardiyasına bağlı olduğu iddia edilən bir əsgəri bazaya təşkil etdiyi hava saldırısında 12 xarici milisin həyatını itirdiyini yazıb.

Oğuz TV nin aldığı bilgiyə görə, İsrail mərkəzli Haaretz qəzeti, həyatını itirən insanların Bəşər Əsəd rejiminə bağlı deyil, İranlı olduğu güman edilən əcnəbilər olduğunun qeyd edildiyini bildirib.

Suriya ordusundan bir əsəgəri qaynaq, ölkənin güney-doğusunda Əbu Kamal ilə Hamimiyə arasında yer alan əsgəri yerləri hədəfə alındığını deyib.

Lübnan mərkəzli Hizbullahdan edilən açıqlamada isə saldırının Fərat çayının batısında İraq sınırına 100 kilometr məsafədəki bir enerji kompleksinin yaxınlığında olduğu açıqlayıb.

İddiaların ardından danışan bir Amerikalı səlahiyyətli, hava saldırıları haqqında bir bilgisi olmadığını deyib.

Comments,Baxışınız
oguz gif telegram