/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Türkiyə qan ağlır, 29 şəhid 166 yaralı

Türkiyə qan ağlır, 29 şəhid 166 yaralı

Oğuz TV: İstanbul Beşiktaş Vodafone Arena Stadionu yaxınında, Beşiktaş-Bursaspor futbol maçının ardından iki ayrı terror saldırısı meydana gəldi. Xain terror saldırılarda 27 si polis 29 adam şəhid oldu, 166 adam yaralandı 10adam isə göz altına alındı.

Oğuz TV nin aldığı bilgiyə görə, İstanbulda partlamanın ardından araşdırmalarını tamamlayaraq kameraların qarşısına keçən Türkiyə Baş nazir yardımcısı Numan Qurtulmuş, iki bombanın 45 saniyə arayla partladığını açıqladı. İlk bombanın ‘Beleştepe’ olaraq adlandırılan nöqtədə partlamasının ardından ikinci partlama isə Maçka Parkı tərəfində meydana gəldi.

Qurtulmuşun ardından söz alan Türkiyə İçişleri Baxanı Süleyman Soylu, isə saldırıda 27 si polis 29 adamın şəhid olduğunu açıqladı. Saldırının dərhal ardından əldə edilən bilgilər işığında əməliyyatların başladığını söyləyən Soylu, on adamın isə nəzarətdə olduğunu açıqladı. Soylu, ikinci bombanın, polislər tərəfindən fərq edilən canlı bombanın özünü partlatması nəticəsində meydana gəldiyini ifadə etdi.

3ü ağır 166 yaralı

Türkiyə Sağlıq baxanı Rəcəb Ağdağ isə “Xəstəxanalarımızda qeydli xəstə sayı 166, bunlardan 20 si evlərinə göndərilə bilmişdir. Bu anda hal-hazırda əməliyyat halında olan 17 qardaşımız var. 6 qardaşımız da yoğun baxımda, yoğun baxımda olan qardaşlarımızın 3ünün durumu olduqca ciddi.”dedi.

Bir günlük milli yas

Bununla yanaşı İstanbul da təşkil edilən hücumlar səbəbiylə Türkiyədə bir günlük milli yas elan edildi. Baş nazir Binalı İldırım imzasıyla nazirliklərə çatdırılmaq üzrə göndərilən yazıda, terror saldırıları səbəbiylə ölkədə 1 gün müddətlə milli yas elan edilməsi və bütün bayraqların yarıya çəkilməsi təlimatı verildi.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture