/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Terrorun hədəfi yenə Türkiyə;Kayseridə 14 şəhid 56 yaralı

Terrorun hədəfi yenə Türkiyə;Kayseridə 14 şəhid 56 yaralı

Oğuz TV: Türkiyənin Kayseridə şəhərinin Erciyes Universitetinin ana girişinin yaxınlığında, bu gün saat 08.45de içində bazar izinə çıxan mülki geyimli əsgərlərin də olduğu xalq avtobusu keçərkən, bomba yüklü avtomobil partladılıb. Xain hücumda 14 şəhid, 56 yaralı var.

Oğuz TV nin aldığı bilgiyə görə, Partlayış bu gün sat 08.45de Erciyes Universiteti ana girişinin 500 metr uzaqlığında, təcili giriş yaxınlığında Atatürk Bulvarı Talas Küçəsində baş verib. Talas Rayonu Zincidərə Məhəlləsindən şəhər mərkəzinə gedən və içində daha çox 1inci komandi Briqadasından bazar izinə gedən mülki geyimli əsgərlərin olduğu bildirilən xalq avtobusu, universitetin önünə gələndə, xalq avtobusunun soluna avtomobil yanaşdı. Ardından şiddətli bir partlayış meydana gəldi.

Partlayış bomba yüklü olduğu bildirilən avtomobil parçalanarkən, xalq avtobusu də ağır zədə alıb. Xalq avtobusunda yaralılar yaxınlıqdakı Erciyes Universiteti Tibb Fakültəsi Araşdırma Xəstəxanası ilə ətrafdakı digər xəstəxanalara aparılıb. Avtobusda qalan 2 yaralı da yanğınsöndürənin köməyi çıxararaq xəstəxanaya qaldırıldı.

Partlayış bölgəsi təhlükəsizlik qüvvələri tərəfindən çevrilirkən, olay ilə bağlı soruşturma davam edir.

Baxandan Açıqlama

Türkiyə iç işləri Baxanı Süleyman Soylu, Kayseri İcra Hakimiyyətində digər nazirlərlə birlikdə keçirdiyi basın konfransında, 13 şəhidin cənazəsinin Kayseri Təhsil və Araşdırma Xəstəxanasında Adlı Tibb Müəssisəsinə aparıldığını deyib. Soylu, “Olayla bağlı 7 nəfər saxlanılıb, 5 nəfər də axtarır” – dedi. Sağlıq baxanı Rəcəb Akdağ 56 yaralıdan 12sinin yoğun baxımda, 4nün isə komada olduğunu bildirib. Yaralılardan birin daha sonra yaşamını itirərəq şhid olduğu bildirilib.

Terrorçu PKK-lı

Kayseridə bu səhər Zincidərə 1inci komando Briqadasından bazar izinə çıxan əsgərləri daşıyan xalq avtobusuna bomba yüklü maşınla xain hücumu həyata keçirən terrorçuyla bağlı işlərdə mühüm bilgilərə çatıldı.

Terrorçunun PKK-lı olduğu, üzərindən saxta kimlik çıxdığı və gerçək kimliyinin müəyyən olunduğu qeyd edilib. Terror təşkilatı PKK-da “Çektar” və “Botan” kod adlarını qulanan terrorçunun bütün əlaqələri bir-bir ortaya çıxarılır. 

Terrorçuların bomba qoyub partlatdığı maşının dünən Şanlıurfa oğurlandığı ortaya çıxdı. Hücumu həyata keçirən terrorçunun kişi olduğu və bomba yüklü ağ rəng maşının dünən saat 23.30da Malatya- Kayseri avtomobil yolundan gəlib Pınarbaş-ı Rayonundan keçərək, şəhər mərkəzinə gəldiyi bəlirlənib.

7 Kişi nəzarət də

Olayla bağlı başlanılan soruşturmanın davam etdiyini qeyd edən İç işləri baxanı Soylu, “Hazırda 7 nəfər nəzarətdə, 5 nəfərin də axtarış işləri davam edir. Olayın haradan və necə intiqal etdiyinə dair təhlükəsizlik qüvvələrimizin çalışmaları var. Terrorçunun kimliyi bəlli. Bu qonuda yoldaşlarımız, güvənliq qüclərimiz işlərini tamamlayanda açıqlama veriləcək deyə danışdı.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture