/  
Ön yapraq » Oğuz xəbər » Dünya » 14 Türk əsgəri Suriyada şəhid oldu, Çatışmalar dəvam edir

14 Türk əsgəri Suriyada şəhid oldu, Çatışmalar dəvam edir

Oğuz TV: Türkiyə tərəfindən Suriyada açılan Fərat Qalxanı hərəkatından dünən acı xəbər gəldi. Türk Silahlı Quvələrinin verdiyi açıqlamaya görə, DAEŞ’in nəzarətindəki Əl Babda baş verən çatışmalarda 14 əsgər şəhid olarkən, 33 əsgər də yaralanıb.

Oğuz TV nin aldəğə bilgiyə görə, TSK’dan hərəkata dair gecə saatlarında keçirilən məlumatlandırmada bu gün Əl Bab bölgəsində səhər saatlarındakı çatəşmalar ilə günortadan sonra bombalı avtomobillə təşkil olunan 3 ayrı intihar saldırısında toplam 14 əsgərin şəhid olduğunu, 33 əsgərin də yaralandığını bildirildi.

67 HƏDƏF VURULUB

Türk Silahlı Quvələri tərəfindən verilən yazılı açıqlamada, “Hava Qüvvələrimizə məxsus savaç uçaqları keçirilən hava hücumları sonucunda 67 hədəf vurularaq məhv edilmiş; Bundan başqa, atəş dəstək vasitələrimizlə açılan atəşlərlə çoxlu sayda DAEŞ hədəfi yox edilmişdir. Açılan atəşlər və baş verən çatışmalar nəticəsində 138 DAEŞ terrorçusu öldürülmüşdür” deyildi.

Açıqlamada, Türk Silahlı Quvələri və müttəfiqi müxalif qüvvələrin Hələb-Əl Bab yolunu kəsdiyi qeyd edilərkən, “Fərat Qalxanı Hərəkatı çərçivəsində əhatə edilmiş olan Əl Bab meskün yerinin nəzarət edilməsinə qarşı hərəkat davam etməkdədir” deyildi.

Türk Silahlı Quvələrinin DAEŞ hədəflərini vurma anı:

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture