/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İranda 3 gündə 25 edam

İranda 3 gündə 25 edam

Oğuz TV: İran adlnan ölkədə 3 gündə 25 məhkumun narkotik, oğurluq və adam öldürmə kimi ittihamlarla edam edildiyi bildirilir.

Oğuz TV nin aldığı bilgiyə görə, Kərəc şəhərindəki Rəcaişəhər zindanında 3 gün öncə baş verən ölümlərdə narkotik, silahlı qəsb və adam öldürmə suçlarıyla 16 nəfər edam edilərkən, həmin gün 2 nəfər narkotik qaçaqmalçılığı suçuyla Rəşt şəhəri Lakan Mərkəzi Həbsxanasında, 2 gün öncə isə bir adam, adam öldürmə suçundan Həmədan Mərkəzi Həbsxanasında, Kerman şəhərindəki Şəhab zindanında da adam öldürmə cinayətindən bir nəfər edam edilib. Dünən isə Tehranın mərkəzi 3 və məşhəd zindanın da 2 adam edam edilib.

Beynəlxalq Amnistiya Təşkilatının raporuna görə, iran adlanan ölkədə 2015-ci ildə böyük çoğunluğu narkotiklə bağlı suçlardan olmaqla 977 nəfər edam edilib.

Comments,Baxışınız
oguz gif telegram