/  
Ön yapraq » Oğuz xəbər » Dünya » ABD dən açıqlama; İran adlanan ölkəni rəsmən uyarırıq!

ABD dən açıqlama; İran adlanan ölkəni rəsmən uyarırıq!

Oğuz TV: Ağ Ev Milli Güvənliq Məsləhətçisi Michael Flynn, Tehran yönətiminin balistik raket sınağının həm bölgəyə, həm də ABD-yə təhdid təşkil etdiyini vurğulayaraq, “Bu Gün etibarilə İran adlnan ölkəni rəsmən uyarırıq”. Dedi.

Oğuz TV nin aldığı bilgiyə görə, İranın balistik raket sınağı ilə bağlı Ağ Evdəki gündəlik basın toplantısında söz alan Milli Güvənliq Müşaviri Flynn, Donald Trump yönətiminin İran adlanan ölkənin son dövrdəki hərəkətlərindən razı olmadığını bildirib.

Tehranı həm balistik raket sınağı həm də Yəməndə İran dəstəkli Husilerin bir Səudiyyə gəmisinə hücumu səbəbiylə günahlandıran Flynn, “Bunlar İranın ortadoğu daki istiqrarsızlaştırıcı aktlarını uluslararası topluma açıq şəkildə göstərir”. İfadələrini işlətdi.

BMGK QƏRARINA ZİDDİR

Bir neçə gün əvvəl İran adlnan ölkənin həyata keçirdiyi balistik raket sınağının Birləşmiş Millətlərin Təhlükəsizlik Komitısinin (BMGK) 2231 saylı qərarına da tərs düşdüyünü bildirən Flynn, İran adlanan ölkənin dəstəklədiyi Husilerin aktlarının ABD nin bölgədəki müttəfiqlərini birbaşa təhdid etdiyini də müdafiə etdi.

Flynn, “Obama yönətimi Tehranın pis niyyətli addımlarına lazımi cavabı verməkdə uğursuz olmuşdur. Trump yönətimi isə, İran adlanan ölkənin, Ortadoğu daki güvənliq, rifah və sabitliyi təhlükəyə atan, eyni zamanda Amerikalıların həyatlarını riskə atan bu əməllərini pisləyir”. İfadələrini işlətdi.

İran adlnan ölkəylə nüvə müqavilənin ABD Prezidenti Donald Trump tərəfindən bir neçə dəfə tənqid edildiyini dilə gətirən Flynn, sözlərinin sonunda, “Bu Gün etibarilə İranı rəsmən uyarırıq”. Dedi.

BMGK nin 20 İyul 2015te qəbul edilən 2231 saylı qətnamədə İran adlanan ölkəyə, nüvə başlıq daşıyabiləcək balistik raket məsələsində heç bir fəaliyyət göstərməməsi və raket sınağı etməməsi istiqamətində qadağa gətirilmişdi. Tehran yönətimi isə sözügedən raketlərin nüvə başlıq daşıma qabiliyyəti olmadığını irəli sürür.
İran adlanan ölkənin əlindəki orta ölçəkli balistik raketlərinin mənzilinin 3 min kilometri tapdığı iddia edilir.

Comments,Baxışınız
oguz gif telegram