/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Amerika: Fars rejimi terrorizmin ən böyük sponsoru
همه چشم‌ها به واشنگتن دوخته شده است تحریم‌های جدید آمریکا علیه  ایران و پایان برجام در راه است؟

Amerika: Fars rejimi terrorizmin ən böyük sponsoru

OğuzTV: ABD SavunmaNaziri James Mattis, “terrorizmin ən böyük sponsorunun İran adlanan ölkə” olduğunu dedi. İran adlanan ölkə isə bugünkü İnqilab qoruyucuları təlimində yeni raket sınaqları keçirəcəyini bildirib.

Oğuz TV nin aldığı bilgiyə görə, İnqilab qoruyucularının internet saytındakı açıqlamada, təlimdə İran adlanan ölkə tərəfindən ürətilən radar, raket və savaş sistemlərinin yanaşı, komandanlıq və nəzarət mərkəzlərinin istifadə ediləcəyi qeyd olunub. Təlimin, İran adlanan ölkənin, “təhdidlərə və alçaldıcı qısıtlamalara” qarşı hazır olduğunu göstərmək üçün keçirdiyi ifadə edilib.

Semnanda keçiriləcək təlimdə, qısa mənzilli raketlər sınanacağı açıqlanıb. “Vilayət Savunucuları” adlı hava savunma təliminin beş gün davam edəcəyi bildirilib.

” TEPELERİNE RAKET YAĞIR” 
Associated Press-in xəbərinə görə, İnqilab qoruyucularının yüksək rütbəli komandirlərindən Əmir Əli Hacızadə, İran adlanan ölkənin düşmənlərinin yanlış bir addım atmaları halında,” təpələrinə” raket yağdıracaqlar deyib.

General Hacızadə, “Əgər düşmən çizgiyi keçsə, raketlər təpələrinə enər” – dedi.

ABD SAVUNMA NAZİRİNDƏN AĞIR İTTİHAM
Digər tərəfdən, Yaponiyada danışıqlar aparan ABD Savunma Naziri James Mattis, “terrorizmin ən böyük sponsorunun İran adlanan ölkə” olduğunu dedi.

Həyata keçirdiyi ilk səyahət turu çərçivəsində Güney Koreyaya səfərini tamamlayaraq Yaponiyanın başkənti Tokioya keçən Mattis, ev sahibi ölkənin hökumət yetkililəri ilə keçirdiyi görüşlərin ardından keçirilən basın konfransında İran adlanan ölkəni hədəf aldı.

Mattis, “İran adlanan ölkə dən danışılırsa; Bu, dünyada terrorizmin yeganə böyük dövlət sponsorudur. Görməməzliyə vurmağın faydası yoxdur. Rədd etməyin faydası yox” ifadəsini qullandı.

ABD Savunma Naziri ayrıca, “Bu an ortadoğu da qüvvələrimizin sayının artırılması üçün hər hansı bir gərəklilik görmürəm” – dedi.

İraq və Əfqanıstanın işğalları zamanı meydan komandanlıqları aparmış olan keçmiş general, qüvvə artırımı üçün hər zaman tutumlarının olduğunu sözlərinə əkləyib.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture