/  
Ön yapraq » Oğuz xəbər » Dünya » 1992də Fars rejimi Qarabağ problemində vasitəçilik etdi Şuşa işğalı oldu və 25 il işğalçıya nəfəs oldu— Politoloq Analizi

1992də Fars rejimi Qarabağ problemində vasitəçilik etdi Şuşa işğalı oldu və 25 il işğalçıya nəfəs oldu— Politoloq Analizi

OğuzTv:Nazir Məhəmməd Cavad Zərif Ermənistanı bölgədə “sülhün və əmin-amanlığın carçısı və təminatçısı” adlandırıb.
İran və Quzey Azərbaycan dövlətləri arasında son zamanki isti münasibətlər, İranın Bakı-Tiflis-Qars dəmiryol xəttinə Təbriz şəhərinin də qoşulmasını səsləndirməsi və ölkə prezidentlərinin məhsuldar görüşlərindən sonra fars işğalçı rejiminin XİN rəhbərinin belə çıxış etməsi təəccüblə qarşılanıb.


Baş verən prosesləri politoloq Elşən Manafov “Ölkə.Az”a şərh edib:
“İranın və Rusiyanın bölgə ilə bağlı maraqları bir qayda olaraq ABŞ-ın və ABŞ-ın NATO üzrə müttəfiqlərinin maraqlarından kifayət qədər fərqlənib. İstər Rusiya, istərsə də İran bölgəyə birbaşa aidiyyatı olmayan tərəflərin, xüsusilə Qərbin bu bölgədə möhkəmlənməsinin, buraya kapital qoymasının əlehinə olub. Xatırlatmağa dəyər ki, Xəzərin hüquqi statusu ilə bağlı danışıqların gedişində də İranın və Rusiyanın mövqeyi əksər hallarda üst-üstə düşür. O anlamda ki, hər iki tərəf Xəzərlə bağlı açıqlamalarında Xəzərə birbaşa çıxış imkanı olmayan dövlətlərin orada təmsilçilik hüququnun əlehinə olduqlarını bəyan ediblər.


Əslində Cənubi Qafqaz XIX əsrdə İranla Rusiya tərəfindən bölüşdürülüb, Osmanlının nüfuz dairəsi müəyyən mənada məhdudlaşdırıldıqdan sonra İran və Rusiya əsasən uzlaşdırılmış siyasət həyata keçiriblər. Düşünmürəm ki, İranın xarici işlər nazirinin mövqeyi İran prezidenti Həsən Ruhaninin bölgə ilə bağlı mövqeyindən kifayət qədər fərqlənir. Həsən Ruhaninin özünün də təmsil olunduğu İran, Azərbaycan, Rusiya, Türkiyə regional təhlükəsizlik koalisiyasında bildiyimiz kimi Ermənistan təmsil olunmur.

İran, Rusiya, Azərbaycan və Türkiyə prezidentlərinin bölgə, o cümlədən Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı açıqlamalarında dəfələrlə vurğulanıb ki, Ermənistan özünün qeyri-konsturuktiv mövqeyi ilə danışıqların tənzimlənməsində ciddi maneə törədir, beynəlxalq hüquq normalarına hörmətsizlik edir. Bu tip açıqlamalar Türkiyənin mövqeyində özünü daha qabarıq şəkildə büruzə verib.

İran-Ermənistan Azad Ticarət Zonasının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Tərəflərin hamısı, o cümlədən İran və Rusiya Azərbaycanı bölgənin lider dövləti kimi qəbul ediblər. Əslində bu günlərdə Pakistanın, Türkiyənin, Hindistanın xarici işlər nazirlərinin Azərbaycan prezidenti ilə keçirdiyi görüşlər sübut etdi ki, Hindistan kimi nəhəng dövlət belə Azərbaycanı Cənubi Qafqaz bölgəsinin lider dövləti olaraq qəbul edir. Maraqlıdır ki, Türkiyə, Azərbaycan, Pakistan arasında əldə edilmiş razılıqlar 3 dövlət arasında hərbi sənaye kompleksinin daha da inkişaf etdirilməsini özündə ehtiva etsə də, eyni zamanda bu razılıqlar Ermənistanın bölgə ilə bağlı maraqlarının ziddinədir.
Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib, bu Ermənistanın dövlət gerbində də özünü əks etdirib”.
İranın xarici işlər nazirinin mövqeyinə gəldikdə isə politoloq bildirib ki, ilk baxışda İran xarici işlər nazirinin bəyanatı digər İran rəsmilərinin Azərbaycana münasibətdəki mövqeyindən fərqli təsiri bağışlaya bilər:
“Ancaq nəzərə almaq lazımdır ki, İran Rusiya, o cümlədən ATƏT-in Minsk qrupunda təmsil olunmuş dövlətlər kimi Dağlıq Qarabağ probleminə münasibətdə zaman-zaman ikili standartlardan çıxış edib. İranın iqtisadi dəstəyi sayəsində Ermənistan bugünə qədər duruş gətirə bilib. Rusiyanın Ermənistana birbaşa çıxış imkanları yoxdur. Baxmayaraq ki, Ermənistan Avrasiya İqtisadi birliyinin üzvüdür, ancaq Rusiyanın Ermənistanla nə quru, nə də su sərhədləri yoxdur. Ermənistan əslində beynəlxalq birlikdən təcrid olmuş şəkildə qalmaqda davam edir. Ermənistanın dünyaya çıxış imkanlarını zaman-zaman məhz İran dövləti yaradıb. İran Ermənistanın enerji və ərzaq təminatında ciddi önəm və əhəmiyyət kəsb edən bir dövlətdir.
İranın konstitusiyasında qeyd olunub ki, İran İslam Cümhuriyyəti bütün dünyada islam xalqlarına, islam ölkələrinə münasibətdə təcavüzə yol vermiş bütün dövlətlərlə münasibətləri məhz islam ölkələri ilə həmrəylik konteksində qurmalıdır. Bu mənada İran Ermənistanın Azərbaycana təcavüz etdiyini gözəl başa düşür və zaman-zaman tərəflər arasında vasitəçilik missiyasını da öz üzərinə götürüb. Maraqlıdır ki, İranın bu vasitəçilik təşəbbüsləri 1992-ci ildə Şuşa şəhərinin işğalı ilə nəticələndi. Bu onu göstərirdi ki, İranın Dağlıq Qarabağ problemi ilə bağlı sərgilədiyi mövqedə, verdiyi bəyanatlarda səmimi dövlət təsiri bağışlamır. Bu həm də onu göstərir ki, İran islam həmrəyliyi ilə bağlı məsələlərdə də gerçək islam dövləti olaraq səmimi deyil. İranın zamanında Bosniya, Kosova məsələsində sərgilədiyi mövqe Ermənistan Azərbaycan Dağlıq Qarabağ olaylarından kifayət qədər fərqlənir. İran dəfələrlə bəyan etsə də ki, problemin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsində maraqlıdır və səylərini əsirgəməyəcək, ancaq Ermənistana siyasi və iqtisadi dəstək verməkdən vaz keçməyib.
İran gözəl başa düşür ki, nə qədər Ermənistan onun və Rusiyanın nüfuz və təsir dairəsindədir, Ermənistan ərazisinə Qərbin inteqrasiya etmək, Qərb kapitalının Ermənistana sərmayə qoymaq və Ermənistanı İran və xüsusən Rusiyanın təsir dairəsindən qoparmaq imkanları yetərincə məhdud olacaq. Bu isə bölgə ilə bağlı geosiyasi maraqlardan irəli gəlir. Əslində İran xarici işlər nazirinin bu bəyanatı son vaxtlar Azərbaycanla bölgə dövlətləri arasında əldə edilmiş razılıqların Ermənistan tərəfində doğurmuş olduğu qıcığı və narazılığı aradan qaldırmaq, bir növ erməni siyasi-hərbi elitasının könlünü almaq konteksində qəbul olunmalıdır.
İranın xarici işlər nazirinin bu bəyanatı onu deməyə əsas verir ki, rəsmi Tehran Ermənistanın bundan sonra da nazı ilə oynamağa hazırdır”.
Səxavət Məmməd-Ölkə

Comments,Baxışınız
oguz gif telegram