/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » 2 isfənd Ana Dili günüdü

2 isfənd Ana Dili günüdü

Oğuz TV: Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, ən mühüm və ən güclü vasitədi. 

Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdı.

2 isfənd (21 fevral) bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd edilir. Bəs haradan və necə yarandı bu tarix?

1331- ci ilin 2 isfənd (1952. 21 fevral) tarixində Pakistanda Benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçrilən aksiyada 4 aksiyaçı şəhid olur. Bangladeş nümayəndələri 2 isfəndi (21 fevralı) məhz həmin şəhidlərin xatirəsinə etiram əlaməti olaraq Ana Dili Günü kimi qeyd edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatına  müraciət edirlər. UNESCO-nun baş konfransında  2 isfənd (21 fevral) Beynalxalq Ana Dili Günü kimi elan olunub. Dil bir millətin simasini səciyyələndirən amillərdən biri və bəlkədə birincisidi. O hər bir xalqın varlığı, onun milli sərvəti, qan yaddaşıdı. İnsanin doğumuyla bərabər verilmiş  bu nemətin hər hansı bir bəhanəylə qadağan olunması isə cinayətdi.

Bugün İran işğalı altında olan Güney Azərbaycanda sayımızın 35 milyon olmasına baxmayaraq, Ana Dilimizdə nə bir məktəbimiz, nə də ki təhsil almaq hüququmuz var. Iran rejmi, cəmiyət əhalisinin əksəriyyətini təşkil edən bir millətin  Ana Dilini qadağan etməklə dünyanın ən böyük cinayətini işləmiş olur. 2 isfənd(21 fevral) məhz öz Ana Dili uğruna şəhid olmuş 4 Benqalın xatirəsinə qeyd olunur. Uzun illərdən bəridir ki, bizlər iran işğalı altında olan Güney Azərbaycanda öz ana dilimizdə danışmaq, təhsil almaq  uğrunda minlərlə şəhid vermişik və bugündə Şəhid veririk.  Zaman ötdü, Bangladeş xalqı nəinki öz dilində danışmaq haqqını, hətta öz Bağımsız dövlətini belə qurdu.Ümid edirik ki, bizim də Güney Azərbaycanda uzun zamandan bəri verdiyimiz bu mücadilənin sonucu olaraq, vətənimizi işğalçılardan təmizləyəcək və dünyanın ən gözəl dili olan Azərbaycan Türkcəsini Təhsil dili ,dövlət dili,sevgi və bariş dili elan edəcəyik.

Ana Dili günün qutlu olsun, ey dili yasaq millətim.
OĞUZTV xəbər otaqı

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture